Məhkəmə qərarları › İş №3(075)-105/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-105/2025

01.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-105/2025 01.08.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinın hakimi Cəfərova Şəfəq Natiq qızının sədrliyi, X13 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X2, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin nümayəndəsi X8 iştirakı ilə X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Qarabağ regional şöbəsi tərəfindən barəsində qəbul edilmiş 09 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində X15 Xidmətinin Qarabağ regional şöbəsi tərəfindən qəbul edilmiş 09 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X6 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, ƏSSMN yanında X11 Xidməti Qarabağ regional şöbəsinin rəisi v.m.i.e X9 tərəfindən tərtib olunmuş qərara əsasən o, "məktəbin direktoru kimi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X4 iş və xidmətlərə cəlb etdiyinə görə" Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməyinə dair 09 avqust 2024-cü il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarla vəzifəli şəxs qismində 3.000 (üç min) manat cərimə edilmişdir. Aşağıda şərh olunan əsaslara görə hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Qarabağ regional şöbəsinin rəisi v.m.i.e X9 tərəfindən tərtib edilmiş 09 avqust 2024-cü il tarixli, ******* saylı qərarı etibarsız, şöbənin vəzifəli şəxslərinin qanunsuz protokol tərtib etməklə fiziki şəxs qismində 3.000 manat cərimə edilməyi, bununla da hüquqlarımın kobud şəkildə pozulması ilə nəticələnən hərəkətləri qanunsuz hesab edilməli və inzibati xəta hadisəsi törədilmədiyindən hazırkı iş üzrə icraata xitam verilməlidir. Sözügedən qərarda guya o, əmək qanunvericiliyini pozduğuna görə cərimə olunmuşdur. Hansı ki, ona hər hansı bir xəbərdarlıq məktubu göndərilməmişdir. İş üzrə bildirmişdir ki, Ələddin Əhmədov 10 ildən artıqdır ki, məktəbdə təşkilatçı müavin vəzisəfində çalışır. Hər il işçilərin əmək müqaviləsi tədris müddəti 14 iyunda bitdiyi üçün xx.xx.2024-cü il tarixədək bağlanır. Bu səbəbdən də onunla bağlanmış əmək müqaviləsi bağlanılarkən texniki yanlışlığa yol verərək əmək müqaviləsi sistemə gec daxil edilmişdir. 2014-cü ildən məktəb direktoru vəzifəsində çalışır. İşlədiyi müddətdə hərhansı intizam pozuntusuna və nöqsana yol verməmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Qarabağ regional şöbəsinin 09 avqust 2024-cü il tarixli, ******* nömrəli qərarı qanunsuz və əsassız olduğundan, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməlidir. Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(075)-1070/2024 saylı qərarı ilə şikayətin təmin edilməsi, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada təbeh edilməsinə dair X15 Xidmətinin Qarabağ regional şöbəsi tərəfindən qəbul edilmiş 09 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, X2 əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(075)-1070/2024 saylı qərarından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti tərəfindən apellyasia şikayəti verilmiş, inzibati xətaya dair iş materialı apellyasiya şikayəti ilə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 3(107)-31/2025 saylı qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi, Şəki Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, 3(075)-1070/2024 saylı qərarının ləğv edilməsi, inzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında işin mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Şəki Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Şəki Rayon Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, 3(075)-105/2025 saylı qərarı ilə şikayətin təmin edilməsi, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada təbeh edilməsinə dair X15 Xidmətinin Qarabağ regional şöbəsi tərəfindən qəbul edilmiş 09 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, X2 əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin 13 iyun 2025-ci il tarixli, 3(107)-161/2025 saylı qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi, Şəki Rayon Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, 3(075)-105/2025 saylı qərarının ləğv edilməsi, inzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında işin mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Şəki Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Məhkəmə iclasında izahat verən şikayətçi X6 ərizəni müdafiə edərək göstərdi ki, Xocalı şəhər 3 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışır. X10 məktəbin direktor müavini olmaqla müəllim kimi də rus dili dərsini tədris edir. Rəhbərliyin göstərişi ilə onunla əmək müqaviləsinin müddəti növbəti tədris ilinin əvvəlinə kimi yəni 14 sentyabr 2024-cü ilədək bağlanmışdır. Hazırda Xocalı şəhər 3 nömrəli tam orta məktəb Şəki rayonu, Çələbixan qəsəbəsində, Xocalı təhsil idarəsi isə Goranboy rayonu Ağcakənd qəsəbəsində yerləşir. Məktəblə bağlı hər bir əməliyyatın aparılması üçün Şəkidən Goranboy rayonu ərazisində yerləşən Ağcakənd qəsəbəsinə getməli olur. Buna görə də Əllədin Əhmədovla bağlanmış əmək müqaviləsi ilk dəfə düzgün tarixdə yerləşdirilməsinə baxmayaraq, sonradan əmək müqaviləsi dəyişdiyindən texniki olaraq gecikmə olmuşdur. Gecikmə olmasına baxmayaraq, müəllimin əmək haqqı vaxtı vaxtında ödənilmiş, hər hansı gecikmə olmamışdır. Sədrlik edənin sualına cavab olraq bildirmişdir ki, direktor müavini ilə bağlanmış müqaviləyə xitam verilməsinə baxmayaraq, yaşadıqları ərazidə internetdə yaranmış problemlərə görə müvafiq sistemə gec yüklənmişdir. Ona görə də, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Qarabağ regional şöbəsi tərəfindən barəsində qəbul edilmiş 09 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahat verən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin nümayəndəsi X1 Əmək Müfəttişliyi Xidmətinin Qarabağ regional şöbəsi tərəfindən qəbul edilmiş 09 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı müdafiə edərək məhkəmədən şikayətin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan: 31 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X6 tərəfindən vətəndaş X3 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb olunmasına yol verildiyi üçün barəsində İXM-nin 192.1-ci maddəsi ilə inzibatə haqqında protokol tərtib edilmişdir. X15 Xidmətinin Qarabağ regional şöbəsi tərəfindən qəbul edilmiş 09 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat məbləğində inzibati cərimə edilmişdir. xx.xx.2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, Xocalı şəhər 3 nömrəli tam orta məktəbin direktoru X6 ilə X10 arasında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək rus dili ixtixasının tədrisi üzrə əmək müqaviləsi bağlanmışdır. Əmək müqviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X6 ilə X10 arasında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək rus dili ixtixasının tədrisi üzrə əmək müqaviləsi bağlanmışdır. Müqavilə xx.xx.2024-cü il tarixdə elektron sistemə daxil edilmişdir. Əmək müqviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X6 ilə X10 arasında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək rus dili ixtixasının tədrisi üzrə əmək müqaviləsi bağlanmışdır. Müqavilə xx.xx.2024-cü il tarixdə elektron sistemə daxil edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinın bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. 75-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar, inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar imperativ olaraq araşdırılmalıdır. 78-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı inzibati xəta haqqında protokolda, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda, inzibati xəta haqqında işə baxma ilə əlaqədar iclas protokolunda göstərilir. 84-cü maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 105.1-ci maddəsinə görə həmin Məcəllənın 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 7-ci maddəsinin 2-1-ci hissəsinə əsasən Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. 46.5-ci maddəsinə əsasən Bu Məcəllənin 43-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş şərtlərdən hər hansı biri göstərilmədən bağlanmış əmək müqaviləsi tərəflərdən birinin təşəbbüsü ilə etibarsız hesab edilə və ya yenidən tərtib edilməsi tələbi qoyula bilər. Həmin şərtin (şərtlərin) əmək müqaviləsində göstərilmədiyi aşkar olunduğu andan onlar işəgötürən tərəfindən əmək müqaviləsinə daxil edilməlidir. Bu halda tərəflərin arasında başqa razılıq olmamışdırsa, əmək müqaviləsi həmin şərtin (şərtlərin) daxil edildiyi tarixdən asılı olmayaraq bağlandığı və ya yazılı formada tərtib edildiyi gündən etibarlı hesab olunur. 49.3-cü maddəsinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsində müəyyən edilmiş hallarda bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vətəndaş X3 müraciəti əsasında Əmək Müfəttişliyi tərəfindən iş üzrə araşdırma aparılaraq X6 tərəfindən vətəndaş X3 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb olunması aşkarlanmışdır. Buna görə də X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 09 avqust 2024-cü il tarixli, MN ******* saylı qərar qəbul edilərək 3000 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan əmək müqavilələrindən görünür ki, Xocalı şəhər 3 nömrəli tam orta məktəbin direktoru X6 ilə X10 arasında ilk öncə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi bağlanaraq Əmək müqviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi də elektron informasiya sistemə yerləşdirilmişdir. Bundan sonra tərəflər arasında olan əmək müqaviləsi yenilənərək yazılı formada xx.xx.2024-cü il tarixdə yenidən bağlanmasına baxmayaraq elektron informasiya sistemə xx.xx.2024-cü ildə daxil edilmişdir. Əhmədоv Ələddin Şаhverdi оğlu 2024-cü ilin may ayının 1, 2, 3, 4, 21, 22, 23, 24, 25, 26, iyun ayının 1 tarixlərdə Xocalı şəhər 3 nömrəli tam orta məktəbdə təşkilatçı kimi işləmişdir. X5 2024-cü ilin may ayı üçün 1139,65 manat əmək haqqı hesablanmış, 967,23 manat məbləğdə əmək haqqı almışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında faktiki əmək münasibətləri mövcud olmuşdur, X3 görüdüyü iş qanuni əmək funskiyasından ibarət olmuş, bunun qarşılığında ona əmək haqqı ödənilmişdir. Əmək müqaviləsi üzrə bildiriş texniki problem səbəbindən yanlış tarixdə elektron informasiya sistemə yerləşdirilmişdir. Beləliklə də hazırki iş üzrə işəgötürənin texniki səhvə yol verməsi mahiyyətcə pozuntu hesab edilməməlidir. Qeyd edilən xüsusatla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti tərəfindən Xocalı şəhər 3 nömrəli tam orta məktəbin direktoru X6 barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin yuxarıda qeyd edilən müddəalarının tələbləri pozulmuşdur. Belə ki, inzibati orqan tərəfindən X6 barəsində inzibati xəta haqqında iş üzrə zəruri araşdırmalar aparılmamış, inzibati tənbehvermə haqqında qərar qəbul edilərkən X7 görmüş olduğu işlər qarşılığında əmək haqqı alıbalmaması və hansı müqaviləyə əsasən, hansı şərtlərlə alması araşdırılmamışdır. Bu baxımdan məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X6 tərəfindən əmək hüquqlarının pozulmasına yol verilməmişdir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin dispozisiyasından da göründüyü kimi, X6 yoxlama aparılarkən, eləcə də inzibati xəta haqqında qərar tərtib olunarkən qeyd edilən şəxs tərəfindən X2 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, X2 əməlində Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkibi olmadığından onun barəsində X15 Xidmətinin Qarabağ regional şöbəsi tərəfindən qəbul edilmiş 09 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53.0.2, 105.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada təbeh edilməsinə dair X15 Xidmətinin Qarabağ regional şöbəsi tərəfindən qəbul edilmiş 09 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X2 əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Şəfəq Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar