Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-1050/2024 04.10.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Hacı-X2 iştirakları ilə, xx xxxxx 1994-cü il tarixdə Şəki rayonu, Kiçik Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx olan, orta təhsilli, evli, işləməyən, əlilliyi olmayan, Şəki rayonu, Kiçik Dəhnə kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş 04 oktyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1005/2023 saylı, xx.xx.2023-cü il tarixli, Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 8İ-7132 saylı, xx.xx.2024-cü il tarixli, Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 8İ-22509 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədləri üzrə icra məmurunun qanuni tələbləri yerinə yetirilmədiyindən borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X5 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1005/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2020-ci il tarixli müqavilə üzrə İmei kodu **********80892 Samsung Galaxy A10 markalı telefon üçün 424 (dörd yüz iyirmi dörd) manat əsas, 10 (on) manat cərimə borcu olmaqla, cəmi 434 (dörd yüz otuz dörd) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınaraq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 8İ-7132 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 904 manat məbləğində pul tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə verilməlidir. Şəki regional “ASAN xidmət" mərkəzində notariat ofisi tərəfindən verilmiş 8İ- 22509 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 5625 manat məbləğində pul tutularaq tələbkar X8 xeyrinə verilməlidir. Yuxanda qeyd edilən icra sənədləri müvafiq olaraq xx.xx.2023-cü il, xx.xx.2023-cu il və xx.xx.2024-cü il tarixlərdə Şəki rayonu üzrə icra və probasiya Şöbəsinin icraatına daxil olmuşdur. “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinə uyğun olaraq borclu Şəxs barəsində olan icra sənədləri xx.xx.2024-cü il tarixli qərarla ümumi icraatda birləşdirilmişdir. İcra sənədlərinin mahiyyətinə və icraata daxil olma ardıcıllığına uyğun olaraq ayrı-ayrı tarixlərdə borclu barəsində qanunamüvafıq qaydada məcburi icra tədbirləri tətbiq edilmişdir. Həmin icra sənədləri üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya göndərilmiş, tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmiş, həmin müddət ərzində icra sənədləri üzrə tələb borclu tərəfindən icra edilmədiyi üçün Şəxs rəsmi və şifahi şəkildə xəbərdarlıq edilmiş, əks halda qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb ediləcəyi onun nəzərinə çatdırılmışdır. Lakin bugünədək borclu tərəfindən icra sənədləri üzrə tələbin icrası təmin edilməmişdir. Eyni zamanda tərəfimizdən borclunun əmlak vəziyyətinin və gəlirlərinin müəyyən edilməsi məqsədilə müvafiq dövlət orqanlarına və təşkilatlara, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron icra” informasiya sisteminə sorğu edilmiş və nəticədə banklarda borcluya məxsus pul vəsaitinin və başqa sərvətlərinin, mülkiyyətində tələbin yönəldiləsi əmlakının, pensiya və müavinət kimi gəlirlərinin olmadığı müəyyən edilmişdir. Borclu Şəxs çağırış üzrə gəlmədiyi və yaşayış yerini müəyyən etmək mümkün olmadığı üçün tarixdə orun axtarılması barədə qərar qəbul edilərək Şəki Şəhər-Rayon Polis şöbəsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixində borclu Şəxs Şəki Şəhər-Rayon Polis Şöbəsinin polis əməkdaşları tərəfindən məcburi qaydada Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə gətirilmişdir. xx.xx.2024-cü il tarixdə borclu Şəxs Şəki rayonu üzrə İcra və probasiya şöbəsində verdiyi izahatında hal-hazırki tarixədək icra sənədləri üzrə borc məbləğindən heç bir ödəniş etmədiyini, qalan borc məbləğini hər ay hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 8İ-22509 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbkar X4 rayonu üzrə İcra Şöbəsinə müraciət edərək borclu barəsində məcburi icra tədbirləri görülməsini xahiş etmişdir. Bununlada icra sənədləri üzrə tələtin icrası borclu Şəxs tərəfindən uzun müddət ərzində qərəzli olaraq təmin edilməmişdir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1005/2023 saylı, xx.xx.2023-cü il tarixli, Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 8İ-7132 saylı, xx.xx.2024-cü il tarixli icra sənədləri üzrə ödəniş olmayıb, Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 8İ-22509 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə isə cəmi 600 manat ödəniş etmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Bu gün saat 12:00-da şöbəyə gətirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, maddi imkanı aşağı olduğu üçün icra sənədlərində göstərilən borcunu tam olaraq ödəyə bilməmişdir. Hal-hazırda işləyir. İşləyib borcunu hissə-hissə ödəyəcəkdir. Polis əməkdaşları tərəfindən saxlanılaraq, bu gün saat 09:00 radələrində polis əməkdaşları tərəfindən saxlanılmış, saat 12:00-da icra şöbəsinə gətirilmişdir. X15 Vəkil Bürosunun vəkili X6 oğlu izahatında Şəxs əməlində hər hansı qərəz olmadığını, həmçinin Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X9 izahat verərək bildirdi ki, borclu qərəzli olaraq icra sənədlərinin icrasında yayınır. Borclu barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir və buna görə o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Borclu tərəfindən icra sənədində göstərilən borcdan hissə-hissə az məbləğlərdə ödəniş edilmiş, icra sənədləri tam olaraq icra edilməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün Şəxs tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir, həmçinin tətbiq edilən inzibati tənbehin gələcəkdə icrasını şübhə altına alır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 04 oktyabr 2024cü il tarixdə, saat 09:00-da polis əməkdaşları tərəfindən saxlanılaraq, saat 12:00-da Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına gətirilmiş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 17:00-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs sərbəst hərəkət etmək imkanı 04 oktyabr 2024-cü il tarixdən, saat 09:00-dan məhdudlaşdırıldığından, Şəxs həbsə alınmasının əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan, yəni 04 oktyabr 2024-cü il tarixdən, saat 09:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 04 oktyabr 2024-cü il tarixdən, saat 09:00-dan hesablansın. Qərarın icrası Şəki Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-1050/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-1050/2024
04.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver