Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-1053/2025 17.12.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Şəfəq Natiq qızının sədrliyi, Məmmədli Ülvi Valeh oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X7 iştirakları ilə xx.xx.1989-cu il tarixdə Ağdam rayonu Cəvahirli kəndində anadan olmuş, Azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, FİN xxxxxxx olan, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əlilliyi olmayan, Ağdam rayonu Cəvahirli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X8 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Abşeron Rayon Məhkəməsi tərəfindən verilmiş 2(012)-3389/2024 saylı, xx.xx.2024-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs iki uşağın yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay sabit pul məbləğində cəmi 400 manat aliment alınaraq tələbkar X2 ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlanılaraq tərəflərə məlumat verilmişdir. İcra sənədinin icrası ilə əlaqədar borcluya 10 gün könüllü icra müddəti verilmişdir.Könüllü müddət ərzində icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. İcra sənədi xx.xx.2025-ci il tarixli qərara əsasən icra sənədi ərazi aidiyyəti üzrə Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra sənədi üzrə tələbin məcburi icrası ilə bağlı borclunun əmlak vəziyyətinin müəyyən edilməsi məqsədi ilə müxtəlif dövlət orqanlarına və banklara sorğular verilmiş, sorğulara alınan cavablarda borclunun adına hər hansı əmlak və ya qızıl-zinət əşyası aşkar edilməmişdir. Borclu Şəxs icra sənədində qeyd edilən ünvanda yaşamadığı müəyyən edilmiş və xx.xx.2025-ci il tarixdə barəsində axtarış elan edilərək qərar icrası üçün Şəki ŞRPŞ-nə göndərilmişdir. Borclu barəsində 822349 saylı axtarış işi açılmışdır.Borclu Şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək xx.xx.2025-ci il tarixdə şöbəyə gətirilmişdir. Həmin tarixdə borcluya icra sənədinin mahiyyəti, hüquq və vəzifələr izah edilməklə ondan izahat alınmışdır. Borclu verdiyi izahatında hazırda aliment borcundan 200 manat ödəniş edə biləcəyini bildirmişdir. Qeyd olunan 200 manat məbləğ ilə tələbkar Mehparə Babayeva qəti razı olmadığını bildirmiş, hal-hazırda borclu Şəxs icra sənədi üzrə aliment borcu 7600 manat təşkil edir. Bununlada keçən müddət ərzində icra sənədi üzrə tələbin icrası borclu Şəxs tərəfindən qərəzli olaraq icra edilmədiyinə görə 7600 manat aliment borcu yaranmışdır. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, əvvəllər rəsmi olmasa da, uşaqlarının tələbatlarını qaşılamaq üçün kart hesabına müəyyən ödənişlər etmişdir. Hal-hazırda 500 manat ödəmək imkanının olduğunu bildirmiş və məhkəmədən iş üzrə qanuni qərarın çıxarılmasını xahiş etmişdir. X9 Vəkil Bürosunun vəkili X10 iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs izahat verərək, əvvəllər müəyyən ödəniçlər etdiyini təsdiq edərək, son vaxtlar heç bir ödəniş etmədiyini bildirmişdir. Uşaqların maddi imkanlarını qarşılamaq üçün imkanının olmadığını bildirmiş, borclunun hal-hazırda 500 manat ödəniş etməyi ilə razılaşmadığını qeyd etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun, zərərçəkmiş şəxsin izahatları və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. İş materiallarına əlavə edilmiş; Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixdə MN ******* nömrəli İnzibati xəta haqqında protokol tərtib edilmişdir. Ağdam rayonu üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli icra sənədinin aidiyyəti üzrə göndərilməsi haqqında məlumatında Abşeron Rayon Məhkəməsinin 2(012)- 3389/2024 saylı, xx.xx.2024-ci il tarixli icra sənədi icra olunması Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Ağdam rayonu üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli icra sənədinin aidiyyəti üzrə göndərilməsi haqqında qərarında Abşeron Rayon Məhkəməsinin 2(012)- 3389/2024 saylı, xx.xx.2024-ci il tarixli icra sənədi icra olunması Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə göndərilməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-3389/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən iddia qismən təmin edilmiş, xx.xx.2024-cü il tarixdən başlayaraq 04 iyun 2011-ci il təvəllüdlü X5 və 22 avqust 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi, cavabdeh Şəxs 68 (altmış səkkiz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilməsi, qətnamənin aliment hissəsi dərhal icraya yönəldilməsi qərara alınmışdır. Ağdam rayonu üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-3389/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. Şəki şəhər İcra Hakimiyyəti başçısının Yeni Çələbixan məcburi köçkünlər qəsəbəsi üzrə İcra Nümayəəndəliyi tərəfindən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə xx.xx.2025-ci il tarixli məktubunda Şəxs Şəki rayonu Yeni Çələbixan məcburi köçkünlər qəsəbəsində 219 saylı evdə qeydiyyatda olduğu lakin qəsəbədən kənarda qeyri müəyyən ünvanda yaşadığı bildirilmişdir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli aktında Şəki rayonu Yeni Çələbixan məcburi köçkünlər qəsəbəsində 219 saylı evə baxış keçirildiyi lakin borclu Şəxs faktiki olaraq həmin ünvanda yaşamadığı qeyd edilmişdir. “Borclunun axtarılması haqqında” Ağdam rayonu üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə, borclu xx.xx.1989-cu il təvəllüdlü Ağdam rayonu Cəvahirli kəndində qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmiş, qərar icra edilməsi üçün Ağdam Rayon Polis Şöbəsinə göndərilmişdir. Zərərçəkmiş şəxs X6 xx.xx.2025-ci il tarixdə şikayət ərizəsi ilə müraciət edərək borclunun 7600 manat məbləğində aliment borcu olduğunu bildirmiş lakin həmin borcdan ödəniş etmədiyini qeyd etmişdir. Barəsində inzibati xəta haqqında iş aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində verdiyi izahatında icra sənədindən məlumatının olduğunu bildirmiş, imkanı olmadığı üçün ödəniş edə bilmədiyini qeyd etmişdir. Aliment borcundan 200 manat ödəniş edə biləcəyini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə bildirir ki, “İcra məmurları” haqqında Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən alimentin məhkəmənin qətnaməsində və ya aliment ödənilməsi barədə sazişdə göstərilən miqdarına uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada borcları müəyyən etmək icra məmurunun vəzifəsidir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə müəyyən edilmişdir ki, Şəxs məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra vərəqənin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Məhkəmə qeyd edir ki, şəxsin cəzaya məhkum edilməsi onu qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcu üzrə ödənilməmiş məbləğləri ödəməkdən azad etmir, şəxsin həmin öhdəliyi qalmaqda davam edir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericilikin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikasını İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsi məqsədə uyğun hesab edilir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasinda olan inzibati cərimə tənbeh növünün Şəxs tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir, həmçinin tətbiq edilən inzibati tənbehin gələcəkdə icrasını şübhə altına alır. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs həbsə alınmasının əvvəli 17 dekabr 2025-ci il tarixdən, saat 10:30-dan hesablanmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 17 dekabr 2025-ci il tarixdən, saat 11:00-dan hesablansın. Qərarın icrası Şəki Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Şəfəq Cəfərova
Məhkəmə qərarları › İş №3(075)-1053/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-1053/2025
17.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver