Məhkəmə qərarları › İş №3(075)-1057/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-1057/2024

16.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-1057/2024 16.10.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, xx.xx.1978-ci il tarixdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şəki rayonu, Şirinbulaq kəndində pasport qeydiyyatda olan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə Şəki ŞRPŞ-nin Sarıca PB-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə müvafiq icra hakimiyyəti orqanından icazə almamış mülki ov silahını saxlama səbəbindən inzibati qaydanı pozmuşdur. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki ŞRPŞ-nin Sarıca PB-dən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş Şəki ŞRPŞ-nin Sarıca PB-nə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məlumat verilməsinə baxmayaraq, Şəki ŞRPŞ-nin Sarıca PB məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, Şəxs isə gəlməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsinin və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilməklə tədqiq edilmiş; Azərbaycan Repsublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X1 Bölməsinin 3- 16-16-2-17/604 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyinin nəticəsindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah zavod üsulu ilə istehsal edilmiş, "İJ" modelli, 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, "E10156" nömrəli, daxili çaxmaqlı, təklüləli tüfəngdir - yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir. MEM-in Şəki regional bölməsində müvafiq texniki şərait (tir) olmadığından ekspert qarşısında qoyulmuş "tüfəngin atəşə yararlı olub-olmaması müəyyən edilsin" sualını cavablandırmaq mümkün olmadı. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah zavod üsulu ilə istehsal edilmiş, "Toz" modelli, 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, nömrəsi silinmiş, qoşalüləli tüfəngdir yivsiz odlu ov silahıdır saz vəziyyətdədir. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah zavod üsulu ilə istehsal edilmiş, 32 kalibrli, patronluğunun uzunluğu 70 mm, lülə nömrəsi "2688" olan, sürüşkən çaxmaqlı, təklüləli tüfəngdir, yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir. MEM-in Şəki regional bölməsində müvafiq texniki şərait (tir) olmadığından eksper qarşısında qoyulmuş "tüfəngin atəşə yararlı olub-olmaması müəyyən edilsin" sualını cavablandırmaq mümkün olmadı. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah zavod üsulu ilə istehsal edilmiş, 20 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, nömrəsi silinmiş, sürüşkən çaxmaqlı, təklüləli tüfəngdir, yivsiz odlu ov silahıdır, nasaz vəziyyətdədir. MEM-in Şəki regional bölməsində müvafiq texniki şərait (tir) olmadığından ekspert qarşısında qoyulmuş "tüfəngin atəşə yararlı olub-olmaması müəyyən edilsin" sualını cavablandırmaq mümkün olmadı. Tədqiqata təqdim edilmiş 20 (iyirmi) ədəd patron 16 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz (hamarlüləli) odlu ov tüfənglərində istidafə edilmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə hazırlanmış, kustar üsulla doldurulmuş patronlardır, istifadəyə yararlıdırlar. Tədqiqata təqdim edilmiş 45 (qırx beş) ədəd giliz zavod üsulu ilə hazırlanmış, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, 16 və 32 kalibrli patronların atəşlə ayrılmış hissəsidirlər, gilizidirlər. Tədqiq edilən ədəd 01 ədəd dəmir qutuda olan predmetlər hamarlüləli ov tüfənglərində istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, patronların daxilinə doldurulan atəş komponentlərinin hissəsidirlər karteç və qırmalardır, istifadəyə yararlıdırlar. Tədqiata təqdim edilmiş 03 (üç) ədəd qutuda ümumu çəkisi 315 qram olan kütlənin tərkibində natrium-nitrat (NaNO3), karbon, kükürd maddələri vardır və bu tərkibə görə həmin kütlə partlayıcı maddə, barıtdır. Barıt zavod üsulu ilə istehsal edilmişdir, təyinatı üzrə istifadəyə yararlı olub hamarlüləli (yivsiz) ov silahlarında döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan patronların hazırlanmasında istifadə olunur. Şəki ŞRPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı Xəyal Səlimlinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, HK-1/160 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilməsi, Şəxs evində aşkar edilmiş 01 ədəd E10156 nömrəli, 16 kalibrli, zavod üsulu ilə istehsal olunmuş, daxili çaxmaqlı, Lj modelli, tək lüləli yivsiz ov tüfəngi, 01 ədəd nömrəsi silinmiş, 16 kalibrli, zavod üsulu ilə istehsal olunmuş, Toz modelli, qoşa lüləli yivsiz ov tüfəngi, 01 ədəd 2688 lülə nömrəli, 32 kalibrli, zavod üsulu ilə istehsal olunmuş, sürüşkən çaxmaqlı, tək lüləli yivsiz ov tüfəngi, 01 ədəd nömrəsi silinmiş, 20 kalibrli, zavod üsulu ilə istehsal olunmuş, sürüşkən çaxmaqlı, tək lüləli yivsiz ov tüfəngi, həmçinin 03 qutu barıt, 20 ədəd patron 16 kalibrli, yivsiz ov tüfənglərində istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, kustar üsulla doldurulmuş patronlar, 45 ədəd 16 və 32 kalibrli, yivsiz ov tüfənglərində istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazirlanmış gilizlər, 03 qutu barıt, 01 qutu karteç və qırmalar DİN-in X2 Baş İdarəsinə göndərilməsi üçün şöbənin aidiyyatı xidmət sahəsinə təhvil verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, Şəxs qeyd olunan hərəkətləri Şəki ŞRP-nin Sarıca PB-dən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halllar müəyyən edilmədi. Məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati cərimə tətbiq etməyi və silahın müsadirə edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat məbləğində inzibati cərimə edilsin. İş üzrə DİN-in X2 Baş İdarəsində saxlanılan 01 ədəd E10156 nömrəli, 16 kalibrli, zavod üsulu ilə istehsal olunmuş, daxili çaxmaqlı, lj modelli, tək lüləli yivsiz ov tüfəngi, 01 ədəd nömrəsi silinmiş, 16 kalibrli, zavod üsulu ilə istehsal olunmuş, Toz modelli, qoşa lüləli yivsiz ov tüfəngi, 01 ədəd 2688 lülə nömrəli, 32 kalibrli, zavod üsulu ilə istehsal olunmuş, sürüşkən çaxmaqlı, tək lüləli yivsiz ov tüfəngi, 01 ədəd nömrəsi silinmiş, 20 kalibrli, zavod üsulu ilə istehsal olunmuş, sürüşkən çaxmaqlı, tək lüləli yivsiz ov tüfəngi, həmçinin 03 qutu barıt, 20 ədəd patron 16 kalibrli, yivsiz ov tüfənglərində istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, kustar üsulla doldurulmuş patronlar, 45 ədəd 16 və 32 kalibrli, yivsiz ov tüfənglərində istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazirlanmış gilizlər, 03 qutu barıt, 01 qutu karteç və qırmalar dövlət nəfinə müsadirə edilsin. Qərarın İcrası Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar