Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-1059/2025 23.12.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, X4 oğlunun katibliyi ilə, xx.xx.1992-ci il tarixdə Şəki rayonu, Baş Göynük kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx olan, orta təhsilli, evli, işləməyən, Şəki rayonu, Baş Göynük kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokolda göstərilmişdir ki, Şəxs babasından qalma qanunsuz ov silahını qanunsuz olaraq evində qanunsuz saxlaması səbəbindən inzibati qaydanı pozmuşdur. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki ŞRPŞ tərəfindən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri inzibati xəta haqqında protokolu tərtib etmiş Şəki ŞRPŞ-yə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şəki ŞRPŞ-nin nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, HK-1/1861 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəki rayonu, Baş Göynük kənd sakinləri X3 və X1 əməlinə görə inzibati məsuliyyətə cəlb olunması üçün qəbul edilmiş qərarın surəti şöbənin aidiyyatı xidmət sahəsinə göndərilməsi, Şəki rayonu, Baş Göynük kənd sakinləri Şəxs evində saxladığı 01 ədəd silah zavod üsulu ilə hazırlanmış, “TOЗ” modelli, kalibrli, patronluğunun uzunluğu 70 mm olan, “H3279” nömrəli, xarici çaxmaqlı, qoşalüləli tüfəng, yivsiz odlu silahı, 01 ədəd silah zavod üsulu ilə hazırlanmış, “TOЗ” modelli, 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, “10800” nömrəli, xarici çaxmaqlı, qoşalüləli tüfəng, yivsiz odlu ov silahı və X2 evində saxladığı 01 ədəd silah zavod üsulu ilə hazırlanmış, “ИЖ” modelli, 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, “9774 Д” nömrəli, xarici çaxmaqlı, təklüləli tüfəng, yivsiz odlu ov silahı DİN-in X7 Baş İdarəsinə göndərilməsi üçün şöbənin aidiyyəti xidmət sahəsinə təhvil verilməsi qərara alınmışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarın məzmununda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin xx.xx.2025-ci il tarixli 17/719 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim olunmuş 01 (bir) ədəd silah zavod üsulu ilə istehsal edilmiş, “TOЗ” modelli, 20 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, “H3279” nömrəli, xarici çaxmaqlı, qoşalüləli tüfəngdir, yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir. Tədqiqata təqdim olunmuş digər 01 (bir) ədəd silah zavod üsulu ilə istehlsal edilmiş, “TOЗ” modelli, 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, “10800” nömrəli, xarici çaxmaqlı, qoşalüləli tüfəngdir, yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir. Tədqiqata təqdim olunmuş digər 01 (bir) ədəd silah zavod üsulu ilə istehsl edilmiş, ИЖ” modelli, 16 kalibri, patronluğunun uzunluğu 70 mm olan, “9774 Д” nömrəli, xarici çaxmaqlı, təklüləli tüfəngdir, yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, Şəxs qeyd olunan hərəkətləri özünün polis bölməsində verdiyi izahatı, Şəki ŞRPŞ-dən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq etməyi və silahın müsadirə edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat məbləğində inzibati cərimə edilsin. İş üzrə Şəki ŞRPŞ-də saxlanılan 01 ədəd silah zavod üsulu ilə hazırlanmış, “TOЗ” modelli, kalibrli, patronluğunun uzunluğu 70 mm olan, “H3279” nömrəli, xarici çaxmaqlı, qoşalüləli tüfəng, yivsiz odlu silahı, 01 ədəd silah zavod üsulu ilə hazırlanmış, “TOЗ” modelli, 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, “10800” nömrəli, xarici çaxmaqlı, qoşalüləli tüfəng, yivsiz odlu ov silahı dövlət nəfinə müsadirə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-1059/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-1059/2025
23.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver