Məhkəmə qərarları › İş №3(075)-106/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-106/2022

28.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-106/2022 28.02.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, xx xxx 1973-cü il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, işsiz, əlilliyi olmayan, ünvan 1 ünvanında yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta haqqında protokola əsasən Şəxs üzərində 25.02.2022-ci il tarixdə 0,033 qram heroin aşkar edilmiş və 26.02.2022-ci il tarixdə ekspert test üsulu ilə keçirilən analiz zamanı sidiyində morfin aşkar edilmişdir. Beləliklə də Abbasov X2 n Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X6 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, X5 25 fevral 2022-ci il tarixdə saat 19:30 radələrində tanışı X1 40 manat pul müqabilində aldığı 01 ədəd kağız bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə olan 0,033 qram çəkidə heroini gəzdirərək daşımış, Şəki ŞRPŞ-nin polis əməkdaşları tərəfindən həyata keçirilən əməlliyyat-axtarış tədbirləri nəticəsində Şəxs 25.02.2022-ci il tarixdə Şəki şəhəri, Mikayıl Müşfiq küçəsində yerləşən eytiyat hissələri satılan mağazanın qarşısında saxlanılaraq Şəki ŞRPŞ-nə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitə üzərində aşkar edilərək götürülmüşdür. Bu səbəbdən də Şəxs barəsində inzibati xəta haqqında protkol tərtib edilmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, iki ay olar ki, narkotik vasitə olan heroindən istifadə edir. 25 fevral 2022-ci il tarixdə əvvəllər də tanıdığı İsgəndər adlı şəxsə 40 manat verərək 1 ədəd gümüşü bükümdə olan narkotik vasitə olan kakos almışdır. Həmin narkotik vasitəni aldıqdan sonra öz avtomobili ilə oradan uzaqlaşmışdır. Daha sonra Şəki şəhəri, M.Müşfiq küçəsində yerləşən ehtiyyat hissələri mağazasına tərəf gedərkən iki nəfər ona yaxınlaşaraq, polis əməkdaşı olduqlarını və narkotik vasitələrinin qəbulu, satışında şübhəli olduğunu bildirərək üzərində baxış kerilməsi üçün Şəki ŞRPŞ-ya dəvət etmişlər. Bildirmişdir ki, həmin vaxt imkan tapıb üzərində daşıdığı narkotik vasitəni ata bilməmişdir. Polis şöbəsində üzərinə baxış keçirilən zaman öz istifadəsi üçün üzərində daşıdığı narkotik vasitə aşkar edilmişdir. Polis şöbəsində aparılan araşdırma zaman 26 fevral 2022-ci il tarixdə ondan analiz götürülmüşdür. Həmin analizdə onun narkotik vasitədən istifadə etməsi məlum olmuşdur. Həmçinin qeyd etmişdir ki, son bir ildə hər iki valideynini itirdiyi üçün stress yaşamış, buna görə də narkotik vasitədən istifadə etməyə başlamışdır. Göstərmişdir ki, 05.03.2022-ci ildə anasının anım mərasimi olacaqdır. Etdiyi əməlin qanun pozuntusu olduğunu bilir, əməlinə görə peşmandır və gələcəkdə belə halların baş verməyəcəyinə söz verir. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi izahat verərək, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan 26 fevral 2022-ci il tarixli ekspert rəyindən görünür ki, Şəxs sidiyində narkotik vasitə olan morfin aşkar edilmişdir. İşdə olan 27 fevral 2022-ci il tarixli ******* nömrəli inzibati tutma haqqında protokoldan görünür ki, Şəxs 27 fevral 2022-ci il tarixdə, saat 20:50-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə də Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam təsdiq edildi. Məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 357, 360, 362-365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Abbasov X2n Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar