Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-1061/2024 07.10.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X8 Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx.xx.1994-cü il tarixdə Şəki rayonu, Cəyirli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN: xxxxxxx olan, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Şəki rayonu, Cəyirli kəndində kəndində pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər xx.xx.2024-cü il tarixdə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş 18 may 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-96/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 ödənilməlidir. Hazırki tarixə aliment borcu 1925 manat təşkil edir. Şəki Rayon Məhkəməsinin 2(075)-1085/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs ilə "xxxx" İKB ASC arasında bağlanmış 09 avqust 2019cu il tarixli kredit müqaviləsi ləğv edilsin və həmin kredit müqaviləsi üzrə 1976,79 manat əsas borc, 321,89 manat faiz borcu və 63,08 manat cərimə borcu olmaqla, ümumilikdə 2361,76 manat borc və 30 manat dövlət rüsumu borclu Şəxs tutularaq "xxxx" ASC-nin hesabına ödənilməlidir. İcra sənədi üzrə heç bir ödəniş edilməmişdir. Şəki regional "ASAN xidmət" mərkəzində notariat ofisinin 8l-17103 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 725.49 manat pul vəsaiti tutulub "xxxx" ASC-nin hesabına ödənilməlidir. İcra sənədi üzrə heç bir ödəniş edilməmişdir. İcra sənədləri müvafiq olaraq xx.xx.2024-cü il, xx.xx.2020-ci il və xx.xx.2022-ci il tarixlərdə icraata daxil olmuşdur. İcra sənədləri üzrə icraata başlamaq haqqında qərarlar tərtib olunmuş və tələbin könüllü icrası barədə bildirişlə birlikdə borclunun ünvanına göndərilmişdır. İcra sənədlərinin könüllü icrası üçün nəzərdə tutulmuş müddət keçdikdən sonra borclunun əmlak vəziyyətini və gəlirlərin olub-olmadığını müəyyən etmək məqsədi ilə müvafiq orqanlara sorğular göndərilmişdir. Lakin borcluda tələbin yönəldilə biləcəyi heç bir pul vəsaiti və əmlak aşkar olunmamışdır. İcra sənədlərinin icrasını təmin etmək məqsədi ilə borcluya rəsmi və şifahi qaydada xəbərdarlıqlar edilmişdir. xx.xx.2023-cü il tarixdə Yelo Bank və Kapital banka olan borcunu ödəmədiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və Şəki Rayon Məhkəməsinin 3(075)-639/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə 8 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Lakin inzibati qaydada həbs olunduqdan sonra yenə də banklara heç bir ödəniş etməmişdir. borclu Şəxs icra sənədləri üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədləri üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Məhkəmə iclasında Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X7 izahatında bildirdi ki, icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmiş, borclu ilə dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlanılmış və borcun ödənilməsi tələb edilmiş, lakin borclu banka olan borcları üzrə icra heç bir ödəniş etməmiş, aliment borcundan isə qismən ödənişlər etmiş lakin tam olaraq ödəməyərək hazırda 1925 manat aliment borcu yaranmışdır. Borclunun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcunu inkar etmir. Maddi imkanı yaxşı olmadığından mütəmadi olaraq hər ay alimenti və digər borcları ödəyə bilməmişdir. Qeyd edilənləri nəzərə alaraq barəsində qanuni qərar çıxarılmasını xahiş edir. X8 Vəkil Bürosunun vəkili X5 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün və icra məmurunun izahatları və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. İş materiallarına əlavə edilmiş: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-96/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, borclu Şəxs xx.xx.2019-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay sabit pul məbləğində 220 manat alınaraq X2 ödənilməlidir. Alimentin tutulmasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Şəki regional "ASAN xidmət" mərkəzində notariat ofisinin 8l-17103 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, borclu Şəxs cəmi 725.49 manat pul vəsaiti tutulub "xxxx" ASC-nin hesabına ödənilməlidir. Şəki Rayon Məhkəməsinin 2(075)-1085/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədindən görünür ki, borclu Şəxs 2361,76 manat borc və 30 manat dövlət rüsumu alınaraq Yelo Bank ASC-nin hesabına ödənilməlidir. Tələbin könüllü icrası haqqında xx.xx.2020-ci il tarixli, xx.xx.2022-ci il tarixli bildirişlərdən görünür ki, Şəki Rayon Məhkəməsinin 2(075)-1085/2020 nömrəli, xx.xx.2020ci il tarixli və Şəki regional "ASAN xidmət" mərkəzində notariat ofisinin 8l-17103 saylı, xx.xx.2021-ci il tarixli icra sənədlərini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. İş materiallarından görünür ki, borclunun adına tələbin yönəldilə biləcəyi əmlakının, bankda pul vəsaitinin olub olmaması barədə müvafiq orqanlara sorğular edilmiş, lakin borclunun adına tələbin yönəldilə biləcəyi əmlakı, bankda pul vəsaiti aşkar edilməmişdir. Şəki rayonu üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra vərəqənin icrasını təmin etməmişdir. Halhazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, ailə vəziyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, ödənilməmiş borcunun məbləğini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının aşağı həddində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs xx.xx.2024-cü il tarixdən, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs xx.xx.2024-cü il tarixdən, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olması, həmin inzibati binanı öz mülahizəsinə görə tərk edə bilməməsi və həmin inzibati binanın polis əməkdaşları tərəfindən mühafizə edilməsi bir daha təsdiq edir ki, Şəxs icra və probasiya şöbəsinin inzibati binasına daxil olduqdan sonra oranı tərk etməkdə daha sərbəst olmamışdır. Bu baxımdan da məhkəmə belə nəticəyə gəlir ki, Şəxs həbsə alınmasının əvvəli Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən, saat 11:00dan hesablanmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən saat 11:00-dan hesablansın. Qərarın icrası Şəki Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elşən Vəliyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004, Tel: 244-70-13, Faks: (024) 244-30-70 www.shakicourt.gov.az Elektron ünvan Cavab verərkən bizim nömrəyə istinad edin: İş № 3 (075)-1061/2024 xx.xx.2024-cü il Şəki ŞRPŞ-nin rəisi, polis polkovniki cənab Elnur Həsənova Hörmətli Elnur müəllim ! İnzibati xəta edən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Şəki Rayon Məhkəməsinin 3 (075)-1061/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı icra edilməsi üçün Sizə göndərilir. Qoşma: 1) Qərar-02 vərəqə, 04 səhifə, 2) Portaldan çıxarış. Hörmətlə, Hakim: Elşən Vəliyev .
Məhkəmə qərarları › İş №3(075)-1061/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-1061/2024
07.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver