Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-1064/2024 08.10.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X26 oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X12 iştirakı ilə, xx xxxxxx 1973-cü il tarixdə Ağdam rayonu, Mərzili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx olan, əlilliyi olmayan, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Ağdam rayonu, Mərzili kəndində qeydiyyatda olan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X4 tərəfindən tərtib edilmiş 08 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 07 oktyabr 2024-cü il tarixdə Şəki ŞRPŞ-nın inzibati binasında ucadan səs-küy salmış, nalayiq ifadələr işlədərək polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış və beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki ŞRPŞ-nin nümayəndəsi İTB-nin polis sahə rəisi, polis baş leytenantı X15 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Şəxs 07 oktyabr 2024-cü il tarixdə Şəki ŞRPŞ-nın inzibati binasında ucadan səs-küy salmış, nalayiq ifadələr işlədərək polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bundan sonra Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protkol tərtib edilmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, o, Şəki ŞRPŞ-da istintaqı aparılan yaxın qohumlarının günahsız yerə həbs olunması və onlara şiddət göstərilməsi səbəbi ilə xx.xx.2024-cü il tarixdə digər qohumları Yeganə və Rasim ilə birlikdə ŞRPŞ-ya getmişlər. Rəisin qəbuluna girmək istəsələr də, onlara dediklərinə görə rəis şöbədə olmadığından Cinayət Axtarış bölməsinin rəisi X5 qəbuluna girmək istəmiş lakin bu zaman Fuad Səmədov onların üzrənə qışqıraraq nalayiq ifadələr işlətmiş, onların ünvanlarına təhqiramiz ifadələr işlədərək qovmuşdur. Bundan sonra onlar da qışqıraraq şöbədə əsəblərini cilovlaya bilmədiklərindən qarşılıq vermiş, övladlarının haqsız yerə tutulması səbəbi ilə etirazlarını bildirmişlər. Barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X24 məhkəmə iclasında şəxsin əməlində inzibati xəta tərkibinin olmamasını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, şöbənin yaxınlığında yerləşən avtoyuma məntəqəsində avtoyuyucu işləyir. Bu səbəbdən polis əməkdaşının avtomobilni yuduqdan sonra açarı təhvil vermək üçün polis şöbəsinə gəlmişdir. Bu zaman polis şöbəsinin daxilində 3 qadın və 1 kişinin səs-küy salaraq polisin ünvanına nalayiq ifadələr işlətməsini, övladlarının döyülməsi və haqsız yerə həbs olunmasına etiraz etdiklərini eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, şəxsiyyət vəsiqəsini itirdiyi üçün Şəki RPŞ-ya gəlmiş bu zaman görmüşdür ki, 1 kişi və 3 qadın polis şöbəsinin binasında səs-küy salaraq polislərin ünvanlarına nalayaq ifadələrlə təhqir etdiklərini eşitmişdir. Həmçinin qadınlardan biri özünü divara vuraraq qışqırmışdır. Polis əməkdaşları onları sakitləşməyə çalışsalar da, onlar sakitləşməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin CAŞ-nin rəisi X16 izahatında göstərmişdir ki, 07 oktyabr 2024-cü il tarixdə, xidməti otağında oturan zaman 1 kişi və yanında 3 qadın onun otağına daxil olaraq söyüş və təhqirlərlə onun ünvanına ifadələr işlətməyə başlamışlar. Bu hal bundan əvvəl də yaşanmışdır. Onlar övladlarına işgəncə verilməsi və haqsız yerə həbs olunması ilə bağlı ittiham edirlər. Lakin belə hal mövcud deyil. Onlara da, eyni qaydada izah edib sakitləşdirməyə çalışsa da, sakitləşməmiş, qışqıraraq polisin iş rejimini və daxili sakitliyini pozmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin CAŞ-nin əməliyyat müvəkkili X11 izahatında göstərmişdir ki, xidməti otaqlarında oturan zaman səs-küy eşitmiş və otaqdan çıxdıqda isə 1 kişi və 3 qadının qışqıraraq Fuad Səmədovun ünvanına nalayiq ifadələr işlətdiyini eşitmişdir. Onları sakitləşdirməyə çalışsalar da, heç bir nəticə olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin CAŞ-nin əməliyyat müvəkkilləri X7, X17 və X8 da şahid X3 izahatına uyğun izahat vermişlər. İş materiallarında olan: “İnzibati qaydada tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 17:40-da tutulmuşdur. “Şəxsi axtarış və fiziki şəxslərdə olan şeylərin yoxlanılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs üzərinə baxış keçirilən zaman üzərində heç bir əşya aşkar edilməmişdir. DVD diskdən görünür ki, Şəxs,X9 və X1 RPŞ-nin ərazisində ucadan səs-küy salaraq polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş, polisin qanuni tələblərinə tabe olmamışlar. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün izahatı, və Şəki ŞRPŞ-dən daxil olmuş materialla tam təsdiq edildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngüllədirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs şəxsiyyətini, yaşını, törətdiyi inzibati xətanın təhlükəlilik dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsinin sanksiyasında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməli, onun 07 oktyabr 2024-cü il tarixdə saat 17:40-dan inzibati qaydada tutulması nəzərə alınmaqla, barəsində təyin ediləcək inzibati cərimənin məbləği azaldılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs 07 oktyabr 2024-cü il tarixdə saat 17:40-dan inzibati qaydada tutulması nəzərə alınmaqla, ona təyin olunmuş inzibati cərimə azaldılaraq 150 (yüz əlli) manat məbləğində müəyyən olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №3(075)-1064/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-1064/2024
08.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver