Məhkəmə qərarları › İş №3(075)-1067/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-1067/2024

10.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-1067/2024 10.10.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Şəki ŞRPŞ-nin nümayəndəsi İTB-nin polis sahə rəisi, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X5 iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə Şəki rayonu, Kiçik Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx olan, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Şəki rayonu, Kiçik Dəhnə kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: 10 oktyabr 2024-cü il tarixli İnzibati xəta barədə protokolda göstərilmişdir ki, Şəxs 08 oktyabr 2024-cü il tarixdə Şəki ŞRPŞ-nin inzibati binasında olarkən səs-küy salmış, ucadan nalayiq ifadələr işlətmiş, polisin iş rejimini pozmuş və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən ŞRPŞ-nin nümayəndəsi İTB-nin polis sahə rəisi, polis baş leytenantı X3 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Şəxs barəsində edilmiş şikayətlə bağlı xx.xx.2024-cü il tarixdə, saat 20:25 radələrində polis şöbəsinə dəvət olunmuşdur. Həmin şəxs polis şöbəsində, Şəki ŞRPŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis baş leytenantı Coşqun İsrafilova məxsus otaqda olarkən ucadan səs-küy salaraq şikayətin yalan olmasını bildirmiş, yüksək səslə danışmağa başlamış, Şəki ŞRPŞ-nin PPXB-nin polis nəfəri Azər Qazıyevlə onu sakitləşdirmək istəsələr də, həmin şəxs polis əməkdaşlarına hədə-qorxu gələrək onlardan şikayət edəcəyini bildirmişdir. Polis əməkdaşları həmin şəxsi nizam-iltizama dəvət edib, ictimai qaydalara riayət etməyə, qanunlara hörmətlə yanaşmağa, polis şöbəsinin iş rejimini pozmamağa dəvət etsələr də, həmin şəxs onlara məhəl qoymayaraq öz hərəkətlərini daha da aqresiv şəkildə davam etdirdi. Həmin şəxs daha da aqresiv hərəkətlər edib, ucadan nalayiq ifadələr işlədərək öz əməllərinə haqq qazandırmağa çalışdı. Polis əməkdaşları Şəxs polisin qanuni tələblərinə tabe olmağa, qanunlara hörmətlə yanaşmağa dəvət etsələr də, o, öz hərəkətlərini davam etdirərək polisin qanuni əmr və göstərişlərinə qəsdən tabe olmamış və aqresiv hərəkətlər etmişdir. Bu səbəbdən onun barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokolu müdafiə edir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, barəsində edilmiş şikayətlə əlaqədar xx.xx.2024cü il tarixdə Şəki ŞRPŞ-nə dəvət olunmuşdur. Polis Şöbəsinin inzibati binasında olarkən əməliyyat müvəkkili Coşqun İsrafilovun ona verdiyi suallara cavab verərəkən əsəbiləşmiş, onunla mübahisə etmiş, ucadan nalayiq ifadələr işlətmişdir. Daha sonra polis əməkdaşları onu nizam-iltizama dəvət etsələr də, o, daha da aqresiv hərəkətlər etmişdir. Onu sakitləşdirməyə çalışan, nizam-iltizama dəvət edən polis əməkdaşlarına məhəl qoymamışdır. Daha sonra öz hərəkətlərini anlayıb, sakitləşmişdir. Əməlindən peşmandır. Gələcəkdə bu cür əməllərə yol verməyəcəkdir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X12 məhkəmə iclasında şəxsin əməlində inzibati xəta tərkibinin olmamasını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şəki ŞRPŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis baş leytenantı X4 ifadə verərək bildirdi ki, Şəxs barəsində edilmiş şikayətlə bağlı xx.xx.2024-cü il tarixdə, saat 20:25 radələrində polis şöbəsinə dəvət olunmuşdur. Həmin şəxs polis şöbəsində, ona məxsus otaqda olarkən ucadan səs-küy salaraq şikayətin yalan olmasını bildirmiş, yüksək səslə danışmağa başlamışdır. O və Şəki ŞRPŞnin PPXB-nin polis nəfəri X11 Cəlilovu sakitləşdirmək istəsələr də, həmin şəxs onlara hədə-qorxu gələrək onlardan şikayət edəcəyini bildirmişdir. Onlar həmin şəxsi nizamiltizama dəvət edib, ictimai qaydalara riayət etməyə, qanunlara hörmətlə yanaşmağa, polis şöbəsinin iş rejimini pozmamağa dəvət etsələr də, həmin şəxs onlara məhəl qoymayaraq öz hərəkətlərini daha da aqresiv şəkildə davam etdirmişdir. Həmin şəxs daha da aqresiv hərəkətlər edib, ucadan nalayiq ifadələr işlədərək öz əməllərinə haqq qazandırmağa çalışmışdır. Şəxs polisin qanuni tələblərinə tabe olmağa, qanunlara hörmətlə yanaşmağa dəvət etsələr də, o, öz hərəkətlərini davam etdirərək polisin qanuni əmr və göstərişlərinə qəsdən tabe olmamış və aqresiv hərəkətlər etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şəki ŞRPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı X8 ifadə verərək bildirdi ki, vətəndaş Şəxs barəsində edilmiş şikayətlə bağlı xx.xx.2024-cü il tarixdə, saat 20:05 radələrində Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkli, polis baş leytenantı Coşqun İsrafilov tərəfindən polis şöbəsinə dəvət olundu. Həmin şəxs polis şöbəsində olarkən ucadan səs-küy salaraq şikayətin yalan olmasını bildirdi və yüksək səslə danışmağa başladı polis baş leytenantı Coşqun İsrafilovla onu sakitləşdirmək istəsələr də, həmin şəxs onlara hədə-qorxu gələrək onlardan şikayət edəcəyini bildirdi. Onlar Şəxs nizam-intizama və ictimai qaydalara riayət etməyə, qanunlara hörmətlə yanaşmağa, polis şöbəsinin iş rejimini pozmamağa dəvət etsələr də, onlara məhəl qoymayaraq öz hərəkətlərini davam etdirdi və dahada aqresiv hərəkətlər etməyə başladı. Ucadan nalayiq ifadələr işlədərək öz əməllərinə haqq qazandırmağa çalışdı. Onlar həmin şəxsi polisin qanuni tələblərinə tabe olmağa, qanunlara hörmətlə yanaşmağa dəvət etsələr də, Şəxs öz hərəkətlərini davam etdirərək polisin qanuni əmr və göstərişlərinə qəsdən tabe olmamış və aqresiv hərəkətlər etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 və X7 digər şahid X8 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; - “İnzibati qaydada tutulma haqqında” 08 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 20:05-də tutulmuşdur. - “Şəxsi axtarış və fiziki şəxslərdə olan şeyləri yoxlama haqqında” 08 oktyabr 2024cü il tarixli protokoldan görünür ki, Şəxs üzərinə baxış keçirilən zaman üzərində heç bir şey aşkar edilməmişdir. Məhkəmə proses iştirakçılarını və şahidləri dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddələr ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, 535.1-ci maddəsi isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, şahidlərin, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları ilə təsdiq edildi. Məhkəmə hesab edir ki, Şəxs ictimai yerdə, yəni polis şöbəsində nalayiq ifadələr işlətməklə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, söyüş söymüş, ictimai qaydanı pozmuşdur. Polis əməkdaşlarının iradlarına əməl etməmişdir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə, X2 törətdiyi inzibati xətaların xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, o, İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli və daha ciddi xəta kimi həmin Məcəllənin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində ona inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi qanuni, əsaslı və ədalətlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 08 oktyabr 2024-cü il saat 20:05-dən hesablansın. Qərardan, təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar