Məhkəmə qərarları › İş №3(075)-1068/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-1068/2024

17.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-1068/2024 17.12.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 şikayət ilə məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin rəis müavini Elçin Xasıyev tərəfindən qəbul edilmiş 05 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və həmin cərimə məbləğlərinin onun üzərindən götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, onun mülkiyyətində “VAZ-2103” markalı, **-BK-*** dövlət nömrə nişanlı avtomobil vardır. O, həmin avtomobillə bağlı 9 il bundan əvvəl, yəni 2015-ci ildə etibarnamə vermiş və həmin etibarnamənin müddəti 1 il olmuşdur. Həmin vaxtdan sonra mülkiyyətində olan “VAZ-2103” markalı, **-BK-*** dövlət nömrə nişanlı avtomobillə bağlı heç kimə hər hansı bir etibarnamə verməmişdir. Lakin, artıq doqquz ildir ki, onun mülkiyyətində olan “VAZ-2103” markalı, **-BK-*** dövlət nömrə nişanlı avtomobil şəxsiyyəti məlum olmayan şəxs (şəxslər) tərəfindən səlahiyyətləri olmadan mütəmadi şəkildə idarə edilir, hətta həmin avtomobil Bakı şəhəri ərazisinə daxil olur, demək olar ki, bütün rayonları gəzir. Həmin avtomobil uzun müddətdir ki, texniki baxışdan keçirilmir. Ümumiyyətlə, əldə etdiyi fotogörüntülərlə müəyyən edilir ki, həmin avtomobil istismara yararsız vəziyyətdədir. Lakin, həmin avtomobili idarə edən həmin şəxs bir dəfə də olsun yol polisi tərəfindən aşkar edilmir. Yəni, bu 9 il müddətində həmin avtomobil bir dəfə yol polisi tərəfindən saxlanılmır. Lakin, həmin avtomobilə görə onun barəsində inzibati xəta haqqında protokollar yazılmaqda davam edir. 16 aprel 2024-cü il tarixdə həmin avtomobil hərəkətdə olarkan Azərbaycan Respublikası İXM-nin müvafiq maddəsi ilə EQ- 20587635 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında qəbul edilmiş qərar əsasında o, 50 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bundan sonra həmin avtomobil 17 aprel 2024-cü il tarixdə hərəkətdə olarkan Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə EQ-20609248 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında qəbul edilmiş qərar əsasında o, 10 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bundan sonra həmin avtomobil 17 aprel 2024-cü il tarixdə hərəkətdə olarkan Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə EQ-20609258 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında qəbul edilmiş qərar əsasında o, 10 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Halbuki, qeyd edilən avtomobil uzun müddətdir ki, texniki baxışdan keçməmiş, səlahiyyətləri olmayan şəxs tərəfndən idarə edilir. O, həmin avtomobilin səlahiyyəti olmayan şəxs tərəfindən idarə edilməsi nəticəsində tərtib edilmiş inzibati protokolları ödəməkdən yorğun düşmüşdür. Bununla bağlı dəfələrlə DİN-nə və Baş X9 İdarəsinə elektron qaydada müraciət etmiş, lakin, uzun müddətdir ki, müraciəti cavabsız qalmışdır. Hətta, onda olan son məlumatlara görə qeyd edilən dövlət nömrə nişanı başqa bir eyni markalı avtomobilin üzərinə yerləşdirilməklə istifadə edilir. Göründüyü kimi bu məsələlərə aidiyyəti orqanlar və əməkdaşlar tərəfindən hərəkətsiz (qanunsuz) mövqe nümayiş etdirilir. Bütün bunlar isə onun hüquqlarının pozulması ilə nəticələnir. Burada cinayət tərkibinin olması halları da istisna deyildir. Yəni, yuxarıda qeyd edilən belə bir xəta mövcuddursa da, həmin xətanı o deyil, avtomobili idarə edən şəxs törətmişdir. Lakin, bununla bağlı inzibati xəta haqqında protokol həmin şəxsin barəsində deyil, onun barəsində tərtib edilmişdir. Bu isə onun hüquqlarının pozulması ilə nəticələnir. Halbuki, həmin xətanın törədilməsində onun heç bir təqsiri olmamışdır. Buna görə də o, barəsində tərtib edilimiş həmin inzibati xəta haqqında qərarlardan Şəki Rayon Məhkəməsinə şikayət etmişdir. Şəki Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli, 3(075)-329/2024 nömrəli, Şəki Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli, 3(075)-330/2024 nömrəli və Şəki Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli, 3(075)-331/2024 nömrəli inzibati xəta haqqında iş üzrə qərarlarına əsasən müvafiq olaraq barəsində tərtib edilmiş EQ-20587635 nömrəli, EQ-20609248 nömrəli və EQ-20609258 nömrəli inzibati xəta haqqında protokollar ləğv edilmiş və inzibati xəta haqqında işlər yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Baş X9 İdarəsinə göndərilməsi qərara alınmışdır. 08 oktyabr 2024-cü il tarixdə ona Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən 21 sentyabr 2024-cü il tarixli müşayiət məktubu ilə 05 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərar göndərilmişdir. Həmin qərara əsasən o, qeyd edilən protokollar əsasında 10, 10 və 50 manat olmaqla, ümumilikdə cəmi 70 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Barəsində olan həmin inzibati işə baxılarkən onun iştirakı təmin edilməmiş, bununla bağlı ona hər hansı bir qaydada çağırış edilməmişdir. Ümumiyyətlə, barəsində olan işə baxılması vaxtı və yerindən məlumatı olmamışdır. Bu özü özü özlüyündə bir qanun pozuntusu olmaqla yanaşı, məhkəmənin qərarının icrasına edilən saymazyanalığın, diqqətsizliyin və laqeydsizliyin olduğunu ehtiva edir, həmçinin, nəticə etibarı ilə süründürməçiliyə şərait yaradır, vətəndaş hüquqları pozulur və bununla yanaşı məhkəmənin iş yükünün artırılmasına gətirib çıxarır. Məhkəmə elektron sistemi vasitəsi ilə də müəyyən etmək olar ki, o, barəsində qəbul edilmiş həmin məhkəmə qərarlarının uzun müddətdir ki, icrasız qalması ilə bağlı məhkəmənin özünə belə rəsmi qaydada müraciət etmiş və həmin işə baxılmasında maraqlı olmuşdur. Yəni, barəsində olan işə baxılmasından məlumatı olsa idi, mütləq iştirak edərdi. Üzərimdə qanunsuz cərimənin qalması ona çətinliklər yaratmaqda davam edir, ümumiyyətlə məhkəmə qərarının uzun müddət icrasız qalması və sonda belə bir qərar qəbul edilməsi nəticəsində mülkiyyətində olan avtomobilin üzərinə həbs qoyulacağı və sürücülük hüququnun məhdudlaşdırılacağı da qaçılmazdır. Bundan başqa 05 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarda göstərilir ki, qeyd edilən avtomobilin onun tərəfindən sürülməsi öz təsdiqini tapmışdır. Bunun hansı şəkildə öz təsdiqini tapdığı ona məlum deyildir və bununla bağlı hər hansı bir sübut növü mövcud ola bilməz. O, hər hansı bir qüvvədə olan etibarnaməsi olmadan, onun mülkiyyətində olan və onun iradəsi ziddinə idarə edilən “VAZ-2103” markalı, **-BK-*** dövlət nömrə nişanlı avtomobilin saxlanılaraq ona təhvil verilməsi, həmçinin, bu qədər müddət ərzində həmin avtomobili qanunsuz idarə edən şəxslərin məsuliyyətə cəlb edilmələri, həmçinin, qeyd etdiyi müraciət üzrə ehtimal olunan cinayət tərkibinin də olub-olmadığının araşdırılması barədə aidiyyəti üzrə göstəriş verilməsi barədə Azərbaycan Respublikası DİN və BDYPİ-nə dəfələrlə şikayət ərizəsi ilə müraciət etmişdir. Onun həmin müraciəti araşdırılması üçün Şəki ŞRPŞ-nə göndərilmişdir. Şəki ŞRPŞ tərəfindən ona göndərilmiş 16 fevral 2024-cü il tarixli məktubda götərilmişdir ki, qeyd edilən nəqliyyat vasitəsinin sonuncu etibarnamə ilə Zaqatala rayonu, Çocankol kəndində qeydiyyatda olan X1 verilməsi müəyyən edilmiş, bu səbəbdən də qeyd edilən şikayəti araşdırılması üçün aidiyyəti üzrə Zaqatala RPŞ-nə göndərilmişdir. Yəni, Şəki ŞRPŞ tərəfindən ona göndərilmiş 16 fevral 2024-cü il tarixli məktubla qeyd edilən nəqliyyat vastəsinin Zaqatala rayonu, Çocankol kəndində qeydiyyatda olan X4 tərəfindən idarə edilməsi müyyən edilir. Odur ki, onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmadığı üçün barəsində tərtib edilmiş inzibati xəta haqqında qərar ləğv edilməli və həmin cərimə məbləğləri onun üzərindən götürülməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq şikayətçi və inzbati tənbeh vermə haqqında qərar qəbul etmiş Baş X9i İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; - İnzibati xəta haqqında iş üzrə xx.xx.2024-cü il tarixli, 16/1-123423 saylı qərardan görünür ki, X5 “Vaz” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə İXM-nin 328.1 və 339.1-1-ci maddələrində nəzərdə tutulan inzibati xətalara yol verilməsinə görə inzibati məsuliyyətə cəlb olunması və barəsində biri 50 manat, ikisi isə 10 manat məbləğində olmaqla üç ədəd inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. - Şəki ŞRPŞ-nin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Vaz 2103” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin etibarnaməsiz idarə olunması, həmin avtomobilin sürücüsü tərəfindən törədilən yol hərəkəti qayda pozuntuları barədə elektron qərarların onun adına gəlməklə narahatçılıq yaratması barədə ərizə icraata götürülmüş və baxılmışdır. Araşdırma zamanı müraciətdə qeyd olunan nəqliyyat vasitəsinin sonuncu dəfə etibarnamə ilə Zaqatala rayonu, Çobankol kəndində qeydiyyatda olan X2 verilməsi müəyyən edilmişdir. Bu səbədən də, Şəki ŞRPŞ-nə ünvanlanmış şikayət ərizəsi baxılması üçün ərazi aidiyyəti üzrə Zaqatala Rayon Polis Şöbəsinə göndərilmişdir. Məhkəmə, şikayətin dəlilləri ilə razılaşaraq qeyd edir ki, X5 barəsində inzibati xəta haqqında qərar qəbul edilərkən iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1.3-cü naddəinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 328.1-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə on manat məbləğində cərimə edilir. 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə əlli manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, ərizəçi əvəllər barəsində qəbul olunmuş xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 20609258 saylı elektron qərardan şikayət vermiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(075)-329/2024 qərarı ilə X3 Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul olunmuş 17 aprel 2024-cü il tarixli, EQ-20609258 nömrəli qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinə göndərilmişdir. Bundan başqa ərizəçi barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 20587635 nömrəl inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(075)- 331/2024 qərarı ilə X3 Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul olunmuş 16 aprel 2024-cü il tarixli, EQ-20587635 nömrəli qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinə göndərilmişdir. Eyni zamanda ərizəçi xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 20609248 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(075)- 330/2024 qərarı ilə X3 Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin Mərkəzi Məlumat xidmətinini rəisi polis polkovnik-leytenantı Elçin Xasıyev tərəfindən qəbul olunmuş 17 aprel 2024-cü il tarixli, EQ-20609248 nömrəli qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinə göndərilmişdir. DİN Baş X9ində yenidən qeyd olunan inzibati xətalar üzrə araşdırma aparılmış, xx.xx.2024-cü il tarixli qərar qəbul edilərək X5 İXM-nin 339.1-1-ci maddəsi ilə 50 manat, 328.1-ci maddəsi ilə 10 manat məbləğdə inzibati cərimə edilmişdir. Səlahiyyətli orqan qərarında xx.xx.2024-cü il tarixli qərarında inzibati xəta haqqında işlərə yenidən baxılarkən törədilmiş yol hərəkəti qayda pozuntularının tam olaraq sübuta yetirildiyini, habelə həmin dövr üçün nəqliyyat vasitəsinin yalnız X3 istifadəsində olması təsdiqini tapdığını qeyd eləsə də, bununla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi səlahiyyətli orqan kifayət qədər dəlil, sübut olmadan şikayətçinin inzibati məsuliyyətə cəlb olunmasına dair qərar qəbul etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsi inkar edildiyindən, qərarda qeyd edilən inzibati xətanın törədilməsinin digər bir sübutla əsaslandırılması qərarı qəbul etmiş vəzifəli şəxsin üzərinə düşür. Lakin, inzibati xəta haqqında qərarı qəbul etmiş orqanın nümayəndəsi məhkəmə tərəfindən lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməməklə, qəbul edilmiş qərarın hansı inzibati xəta əsasında qəbul edilməsi ilə bağlı məhkəməyə heç bir sübutu da təqdim etməmişdir. X5 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarda inzibati xəta haqqında işə baxılarkən səlahiyyətli orqan tərəfindən avtomobilin kim tərəfindən idarə edilməsi göstərilməmiş, qərarın məzmununda sadəcə habelə həmin dövr üçün nəqliyyat vasitəsinin yalnız X3 istifadəsində olması qeyd edilməklə kifayətlənilmişdir. Bundan əlavə qeyd edilməlidir ki, qanunvericilik İXM-nin 328.1 və 339.1-1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq, həmin işlər üzrə faktiki halları hərtərəfli araşdırmaqla qərar qəbul etmək səlahiyyətini məhkəməyə deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə etmişdir (İXM-nin 43.1-ci maddəsi, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndi). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Qeyd edilən qanunvericilik aktlarını nəzərə alaraq məhkəmə hesab edir ki, İXM-nin 328.1 və 339.1-1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair qəbul edilmiş qərardan şikayət verildiyi halda, məhkəmə yalnız iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında şikayət verilmiş qərarın qüvvədə olan qanunvericiliyə uyğun olub-olmamasını yoxlayır, müstəqil qaydada həmin inzibati xəta haqqında iş üzrə sübutlar toplamaqla faktiki halları araşdırmamalıdır. Beləliklə, şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, X8 oğlunun İXM-nin 328.1 və 339.1-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı işin yuxarıda qeyd olunan mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları və ziddiyyətli məqamları araşdırılmadığından xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X8 oğlunun Azərbaycan Respublikası İXM-nin 328.1 və 339.1-1-ci maddələri ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinə göndərilsin. Qərardan, təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar