Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-107/2022 15.03.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsi ilə tərtib edilmiş 23 fevral 2022-ci il tarixli, 11000-0084/22/1 saylı inzibati xəta haqqında protokola Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsi ilə tərtib edilmiş 23 fevral 2022-ci il tarixli, 11000-0084/22/1 saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, qeydiyyat ünvanı ünvan 1n Şəxs MMC-nin ünvanına Bolqarıstan Respublikasından 01 dekabr 2021ci il tarixdə “Qırmızı körpü” gömrük postundan keçməklə AK1397-6/A3052B-6 nömrə nişanlı nəqliyyat vasitəsilə daxil olmuş Tütün” yükünə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhədini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Bu əmələ görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi ehtimalına görə 23 fevral 2022-ci il tarixli, 11000- 0084/22/1 saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi və Şəxs MMC məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə tərəflərin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, tərtib edilmiş inzibati xəta haqqında protokolu nəzərdən keçirib və onlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və bu səbəbdən də cəmiyyətə həmin maddədə nəzərdə tutulmuş cərimə inzibati tənbeh növü tətbiq edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsi ilə tərtib edilmiş 23 fevral 2022-ci il tarixli, 11000-0084/22/1 saylı inzibati xəta haqqında protokoldan görünür ki, qeydiyyat ünvanı ünvan 1n Şəxs MMC-nin ünvanına Bolqarıstan Respublikasından 01 dekabr 2021-ci il tarixdə “Qırmızı körpü” gömrük postundan keçməklə AK1397-6/A3052B-6 nömrə nişanlı nəqliyyat vasitəsilə daxil olmuş Tütün” yükünə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhədini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 920 saylı, 21 may 2016-cı il tarixli fərmanının 2.2ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 12 yanvar 2022-ci il tarixli izahatında AK1397-6/A3052B-6 nömrə nişanlı nəqliyyat vasitəsilə idxal edilmiş “Tütün” yükünün Şəxs MMC-nin tapşırığına əsasən Serbiya Respublikasından yüklənərək Rusiya Federasiyası ərazisindən keçməklə Belarus Respublikasına getməli olduğunu, lakin Rusiya Federasiyası qeyd edilən nəqliyyat vasitəsini ölkə ərazisinə buraxmadığı üçün qeyd edilən nəqliyyat vasitəsinin Şəxs MMCnin faxtiki ünvanı olan Şəki şəhəri, Oğuz şossesi 5 ünvanına göndərildiyini, nəqliyyat vasitəsinin ölkə ərazisini nə vaxt keçəcəyi barədə Şəxs MMC-nin məlumatının olmadığına görə mallar gömrük sərhədini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilmədiyini bildirmişdir. Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsində deyilir ki, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşdə olan Şəki Rayon Məhkəməsinin 3(075)-43/2022 saylı, 01 fevral 2022-ci il tarixli qərarından görünür ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 (bir min beş yüz) manat inzibati cərimə edilmişdir. Göründüyü kimi Şəxs MMC İXM-nin 485.2-ci maddəsi ilə il ərzində inzibati məsuliyyətə cəlb olunmuşdur. Bu isə məhkəmə tərəfindən məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Belə ki, eyni xətanıinzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündənbir il ərzində təkrar törədilməsi İXM-nin 33.1.2-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və digər diqqətəlayiq halları nəzərə alaraq, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati cərimə növündə inzibati tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə də, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 (bir min beş yüz) manat inzibati cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-107/2022
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-107/2022
15.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver