Məhkəmə qərarları › İş №3(075)-107/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-107/2023

03.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-107/2023 03.02.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Şəki rayonu YPX baş inspektoru polis leytenantı X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil, Zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx xxxxxx 1997-ci il tarixdə Şəki rayonu, aşağı Göynük kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Şəki rayonu, aşağı Göynük kəndində qeydiyyatda olan və yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta barədə protokolda göstərilmişdir ki, Şəxs sürücülük vəsiqəsi idarə etdiyi nəqliyyat vasitəsinin kateqoriyasına uyğun olmadan tanışı X2 məxsus “Ford Transit” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şəki rayonu, Qoxmuq kəndində yerləşən yanacaq doldurma məntəqəsindən magistral yola çıxan zaman yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən şəraitdən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobil ilə manevr hərəkətləri edən zaman yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli olduğu halda həmin tələblərə riayət etməyib yola bitişik ərazidən (yolun hər iki tərəfinə bitişik olan və nəqliyyat vasitələrinin birbaşa hərəkəti üçün nəzərdə tutulmayan torpaq sahələri və orada yerləşən həyətlər, yaşayış massivləri, avtomobil duracaqları, yanacaq doldurma məntəqələri, müəssisələr və başqa obyektlər) yola çıxarkən, yolda gedən nəqliyyat vasitəsinə yol verməməklə “X8” Azərbaycan Respublikası Qanunun tələblərini pozmaqla “Ford Fiesta” markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşması nəticəsində həmin avtomobilə 9430 manat maddi ziyan vurmuşdur. Beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki rayonu YPX baş inspektoru polis leytenantı X6 protokolu müdafiə edərək izahatında göstərmişdir ki, 21 dekabr 2022-ci il tarixdə Şəki-Qax avtomagistral yolunun Qoxmuq kəndindən keçən hissəsində Şəki şəhər sakini X1 idarə etdiyi “Fors Fiesta” markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şəki rayonu Aşağı Göynük kənd sakini Şəxs idarə etdiyi “Ford Transit" markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Aparılmış aradırmalar zamanı müəyyən olunmuşdur ki, Şəxs sürücülük vəsiqəsi idarə etdiyi nəqliyyat vasitəsinin kateqoriyasına uyğun olmadan tanışı X2 məxsus “Ford Transit” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şəki rayonu, Qoxmuq kəndində yerləşən yanacaq doldurma məntəqəsindən magistral yola çıxan zaman yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən şəraitdən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobil ilə manevr hərəkətləri edən zaman yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli olduğu halda həmin tələblərə riayət etməyib yola bitişik ərazidən yola çıxarkən, yolda gedən nəqliyyat vasitəsinə yol verməməklə “X8” Azərbaycan Respublikası Qanunun tələblərini pozmaqla “Ford Fiesta” markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşması nəticəsində həmin avtomobilə 9430 manat maddi ziyan vurmuşdur. Beləliklə də Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. 29 dekabr 2022-ci il tarixli qərarlar Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikasının İXMnin 327.1 və 332.4-cü maddələrinin tərkib əlamətləri olduğundan qeyd olunan maddə ilə inzibati məsuliyyətə cəlb edilməsindən ötrü qərarın surəti Şəki ŞRPŞ-nin DYPB-nə göndərilmişdir. Buna görə də sürücü Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.1 və 332.4-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Yaşadığı kənddə avtomobil təmiri ilə məşğul olur. “Ford Transit" markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı mikroavtobus tanışı X2 məxsusdur. Bildirmişdir ki, 20 dekabr 2022-ci il tarixdə axşam saatlarında yaşadığı kənddə Rəyala məxsus “Ford Transit” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı mikroavtobusu təmir etmiş, daha sonra həm maşını yoxlamaq, həm də yanacaq vurmaq məqsədilə yaşadığı Aşağı Göynük kəndindən Qoxmuq kəndinə gəlmişlər. Həmin vaxt “Ford Transit" markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı mikroavtobusu o idarə etmiş, Rəyal isə onun yanında əyləşmişdir. Qoxmuq kəndində yerləşən yanacaqdoldurma məntəqəsindən avtomaşına 7 manat dəyərində yanacaq vurmuş və yanacaqdoldurma məntəqəsindən avtomagistral yola çıxıb üzü Aşağı Göynük istiqamətində hərəkət etmək üçün avtomaşının sola dönmə nişanını işə salıb yolun kənarında dayanmışdır. Magistral yolda maşın olub-olmamasını yoxlamış, aşağı istiqamətdə nəqliyyat vasitəsinin hərəkətdə olduğunu görmüşdür. Lakin həmin avtomaşın ona çatana qədər dönmə əməliyyatını başa çatdırıb magistral yolda hərəkətə başlaya biləcəyini düşünmüş və idarə etdiyi “Ford Transit” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla sola dönmə hərəkətinə başlamışdır. Dönmə əməliyyatını başa çatdıran zaman arxadan gələn avtomobil onun idarə etdiyi mikroavtobusa dəymişdir. Hava dumanlı və yağışlı olduğu üçün maşını asta sürətlə idarə edib yolun sağ hissəsində saxlamışdır. Dərhal avtomaşından düşüb digər avtomobilin yanına getmişlər. Hadisə yerində “Ford” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin magistral yol ilə perpendikulyar vəziyyətdə yolun orta hissəsində dayandığını görmüşdür. Avtomobilin yanında dayanan tanımadığı bir nəfər şəxsə yaxınlaşıb kim olduğunu və xəsarət-alıb almadığını soruşmuş, həmin şəxs adının Müşviq olduğunu, əslən Aşağı Göynük kəndindən olduğunu, səhhətinin yaxşı olduğunu demişdir. O, “Ford” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonuna baxmış, hava yastıqlarının açıldığını görmüşdür. Müşviqdən maşında kimlərinsə xəsarət alıb-almadığını soruşduqda o, maşında özündən başqa heç kimin olmadığını ona demişdir. Daha sonra polis əməkdaşları hadisə yerinə gəlmiş və hadisə yerinə baxış keçirilmişdir. Bildirmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı idarə etdiyi “Ford Transit” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Rəyal Nadirov avtomaşında onun yanında ön sağ oturacaqda əyləşmişdir. O, hadisə zamanı spirtli içkinin təsiri altında olmamışdır. Onun nəqliyyat vasitəsini idarə etmək hüququ var. Onun “Ford Transit” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün etibarnaməsi olmasa da, “Ford Transit” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyi zaman həmin avtomobilin sahibi Rəyal Nadirov yol nəqliyyat hadisəsi baş verən zaman avtomobildə onun yanında əyləşmişdir. Avtomobilin sahibi Rəyal Nadirov avtomobili öz razılığı ilə ona idarə etmək üçün vermişdir. Hadisə vaxtı avtomobili təxminən 20 km/saat sürətlə idarə etmişdir. 21 dekabr 2022-ci il tarixdə, saat 00:30 radələrində baş vermiş yol nəqliyyat hadisəsi zamanı heş bir xəsarət almamışdır. Etdiyi hər bir əməldən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən səmimi peşmanlıq çəkməsini nəzərə alaraq ona daha yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs X5 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Şəki şəhəri, F.Abdurahmanov küçəsində yerləşən özünə məxsus avtoyuma yerini işlədir. “Ford Fiesta” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobil anası X3 məxsusdur. Bildirmişdir ki, 20 dekabr 2022-ci il tarixdə axşam saatlarında həmin avtomobili anasından götürüb şəxsi işləri ilə əlaqəli idarə etmişdir. 20 dekabr 2022-ci il tarixdə axşam saatlarında özü tək ona məxsus avtoyuma yerində dayanmış, bir neçə saat orada oturub mobil telefonda oyun oynamışdır. Daha sonra dostuna zəng etmək istədikdə mobil nömrənin balansında kifayət qədər vəsait olmadığı üçün 21 dekabr 2022-ci il tarixdə saat 00:10 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə kontur vurmaq məqsədilə Qoxmuq kəndində yerləşən “24 saat” adlanan marketə getmək qərarına gəlmişdir. Avtoyuma yerinin qapısını bağlayıb "Ford Fiesta" markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmiş, mühərriki işə salıb Qoxmuq kəndi istiqamətində hərəkətə başlamışdır. Hava dumanlı olmuş, nəqliyyat vasitəsini 40 km/saat sürətlə idarə etmişdir. Qoxmuq kəndində yerləşən işıqfordan təxminən 20 metr keçdikdən sonra ağ rəngli “Ford” markalı maşın onu gözləmədən anidən sol tərəfdə yerləşən yanacaq doldurma məntəqəsindən magistral yola çıxmış və üzü aşağı istiqamətdə asta sürətlə hərəkətə başlamışdır. O, idarə etdiyi avtomaşının tormoz əyləcindən istifadə etsə də, asfalt örtük yaş olduğundan avtomobil sürüşərək qarşısında hərəkətə başlayan Ford markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hisəsinə dəymiş, idarə etməni itirdiyi üçün avtomobilin arxa təkərləri asfalt örtükdən kənara çıxmış və idarə etdiyi avtomobil magistral yol ilə perpendikulyar vəziyyətdə yolun orta hissəsində dayanmışdır. Hadisə zamanı idarə etdiyi avtomaşında olan hava yastığı açıldığı üçün onun burun nahiyəsinə dəymiş və burnundan qan axmağa başlamışdır. Ford markalı avtomobil isə ondan təxminən 50 metr aşağıda asfalt yolun kənarında dayanmışdır. Dərhal maşından yerə düşüb digər avtomobilin sürücüsü ilə maraqlanmış, onunla görüşdükdə gözlə görünən hər hansı xəsarəti olmasını görməmişdir. Həmçinin adını sonradan bildiyi Məmməd və onun yanında əyləşən Rəyal adlı şəxslər özləri də xəsarət almadıqlarını ona demişdilər. Daha sonra polis əməkdaşları hadisə yerinə gəlmiş və hadisə yeri müayinə olunmuşdur. Bildirmişdir ki, o, hadisə zamanı idarə etdiyi “Ford Fiesta” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə özündən başqa heç kim olmamışdır. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı spirtli içkinin təsiri altında olmamışdır. Nəqliyyat vasitəsini idarə etmək hüququ olsa da, “Ford Fiesta” markalı, **-EJ- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün etibarnaməsi olmamışdır. 20 dekabr 2022-ci il tarixdə ona maşın lazım olduğu üçün “Ford Fiesta” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün anası Təranə Əlizadədən icazə almışdır. Hadisə zamanı Ford markalı **-BH-*** dövlət nömrə nişanlı avtomobildə sürücü və onun yanında adını sonradan bildiyi Rəyal adlı şəxs olmuşdur. Avtomagistral yolda hərəkətdə olarkən həmin Ford markalı **-BH-*** dövlət nömrə nişanlı avtomobil yolun sol hissəsində yerləşən yanacaqdoldurma məntəqəsindən magistral yola çıxmaq üçün dayanmasını görmüş, əsas yolda hərəkətdə olduğu üçün həmin nəqliyyat vasitəsinin onu gözləyərək magistral yola çıxacağını düşünmüşdür, lakin işıqforu keçən kimi Ford markalı mikroavtobus anidən magistral yola onun qarşısına çıxmış və üzü aşağı istiqamətdə hərəkətə başlamışdır. “Ford Transit” markalı avtomobillə aralarında təxminən 1-2 metr məsafə olmuşdur. Həmçinin Ford markalı avtomobil yeni hərəkətə başladığından sürəti az olduğuna görə idarə etdiyi avtomobil arxadan həmin avtomaşına dəymişdir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün izahatı və Şəki ŞRPŞ-dən daxil olmuş materialla tam təsdiq edildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “X8” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “ 04” avqust 2012-ci il tarixli Q16- 001-12 nömrəli qərarı ilə təsdiq edilmiş nəqliyyat vasitələri sürücülərinin hazırlanması, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması qaydaları haqqında təlimatın 1.4.5-ci maddəsinə əsasən “D” kateqoriyası sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə, 8-dən artıq olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kiloqramdan artıq olmayan “D” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın təhlükəlilik dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.4-cü maddələri ilə təqsirli bilinib həmin Məcəllənin 332.4-cü maddəsinin sanksiyası çərçivəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar