Məhkəmə qərarları › İş №3(075)-107/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-107/2025

05.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-107/2025 05.03.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, X1 iştirakı ilə, X2 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətinə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 şikayət ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, özünə məxsus “Ford Transit” yük markalı, **-KD-*** dövlət qeydiyyat nömrəli avtomobili Şəki şəhərində idarə edərkən işıqforda saxlayarkən Şəki Şəhər-rayon yol patrul xidmətinin əməkdaşları onu görüb yolpatrul xidmətinin avtomobilini çevirərək arxasınca gəldilər. O, həmin vaxtı mağazanın qarşısında saxlamış və avtomobildən düşərək mağazaya yaxınlaşdıqda Şəki Şəhər-rayon yol patrul xidmətinin əməkdaşları onun yanında avtomobillərini saxlayaraq siqnal verərək onu çağırdılar. Həmin vaxtı yol patrul xidmətinin inspektoru Nurlan Həsənov ona bildirdi ki, onun avtomobilinin fərqlənmə nişanı yoxdur. O da bildirdi ki, avtomobil onun şəxsi avtomobilidi o, yük daşınması ilə məşğul olmur, işdən evə evdən işə sürdüyü avtomobildir. Həmin vaxtı digər yol patrul xidmətinin əməkdaşı bildirdi ki, onda avtomobilin içərisinə baxış keçirək. Yol patrul xidmətinin əməkdaşları avtomobilin içərisinə baxış keçirdikdə də gördülər ki, avtomobildə heç bir yük yoxdur. O, yol patrul xidmətinin əməkdaşına bildirdi ki, yük daşımır, qazanc əldə etmir nəyə görə fərqlənmə nişanı almalıdır. Lakin yol patrul xidmətinin əməkdaşları ona qulaq asmadılar və ondan avtomobili cərimə meydançasına sürməyini tələb etdilər. Səhərisi günü Yol patrul Xidmətinə gəlmiş, oradan ona bildirdilər ki, 350 manat verməlidir, o, həmin məbləğdə pulunun olmamasını bildirdikdə 200 manata, daha sonra isə 150 manata düşdülər. Sonradan o, qayda-qanunu öyrənib onlara bildirdi ki, bəs o, qanunla heç bir məsuliyət daşımır. Lakin polis əməkdaşları ona bildirdilər ki, 50 manat cəriməsi var və AYNA-nın əməkdaşlarını bölməyə dəvət etdilər. Onlar da onun VÖEN-i olmadığına görə cərimə yaza bilmədilər, lakin buna baxmayaraq Şəki rayonu YPX inspektoru X6 onun barəsində qanunsuz xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul etdi. Buradan da görünür ki, qəbul edilmiş qərar qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Məhkəmə iclasında şikayətçi X4 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Şəki rayonu X9 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını dinlədikdən sonra şikayəti və əlavə edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, şikayət təmin edilməli, xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 İXM-nin 324.4-cü maddəsinə əsasən 50 manat məbləğdə inzibati cərimə edilmişdir. İşdə olan flash kartdakı video görüntüdən görünür ki, X3 məxsus “Ford Transit” markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin yük yerinə cərimə meydançasında baxış keçirilmiş, hər hansı yük aşkar olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən buraxılış kartı olmadan yük və qeyrimüntəzəm sərnişin daşınmasına görə əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.4-cü maddəsinin də tələbindən də göründüyü kimi inzibati xəta hadisəsinin fotosu həmin inzibati xəta haqqında iş üzrə icraat başa çatanadək saxlanılmalıdır. Lakin, məlumat verilməsinə baxmayaraq, X2 həmin vaxt törətdiyi inzibati xəta hadisəsinin fotosu, video görüntüsü məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi inzibati xəta haqqında protokol tərtib edən orqan tərəfindən X2 idarə etdiyi avtomobilin yük yerinə baxış keçirilməsi, avtomobildə yük daşınmasına dair, ümumiyyətlə, X2 həmin vaxt Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128 - 137-ci maddərini rəhbər tutaraq, məhkəmə qərara aldi : Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati qaydada təbeh edilməsinə dair xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar