Məhkəmə qərarları › İş №3(075)-1071/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-1071/2024

16.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-1071/2024 16.10.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx xxxxxxx 1973-cü il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx olan, orta təhsilli, evli, taksi sürücüsü işləyən, əlilliyi olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 tərəfindən tərtib edilmiş 16 oktyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Kommersiya Məhkəməsinin 2-2(117)-355/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, Şəki Rayon Məhkəməsinin 2(075)-6801/2016 nömrəli, xx.xx.2016cı il tarixli, Şəki Rayon Məhkəməsinin 2(075)-1757/2021 nömrəli, xx.xx.2021-ci il tarixli və Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 8İ-863 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədləri üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirilmədiyindən borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Şəki Kommersiya Məhkəməsinin 2-2(117)-355/2023 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədi üzrə borclu Şəxs 26100 manat məbləğində pul vəsaiti və 168 manat dövlət rüsumu tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Şəki Rayon Məhkəməsinin 2(075)-6801/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə borclu Şəxs 174.2 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Şəki Rayon Məhkəməsinin 2(075)-1757/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu Şəxs ümumilikdə 1604 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 8İ-863 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu Şəxs 899.38 manat məbləğində pul vəsaiti tutularaq tələbkar “Kapital Bank” Açiq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İcra sənədləri xx.xx.2024, xx.xx.2024-cü il tarixində Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər borcluya göndərilmiş, lakin icra sənədi üzrə tələb borclu tərəfindən yerinə yetirilməmişdir. Borclu icra sənədi üzrə tələbi könüllü müddətdə yerinə yetirmədiyindən borclunun əmlakının axtarışına başlanılmış, banklarda nəğd pul vəsaitinin olubolmamasını öyrənməkməqsədilə banklara sorğu göndərilmiş, həmçinin adına qeydə alınmış daşınar və daşınmaz əmlakın olub-olmaması, işləyib-işləməməsini, sahibkarlıqla məşğul olub-olmadığnı öyrənmək məqsədilə “Elektron icra" sistemi sorğular göndərilmiş, lakin borcluda nəğd pul vəsaiti, daşınar və daşınmaz əmlakın olmadığı, iş yerinin olmadığı, sahibkarlıq fəaliyyətinin olmadığı müəyyən edilmişdir. Borclunun evində əmlak vəziyyətinə baxış keçirilmiş, borcluda tələb yönəldiləcək əmlak aşkar olunmamışdır. Borclu şöbədə olarkən izahatında bildirdi ki, Bakı şəhərində yaşayır, taksi fəaliyyəti ilə məşğul olur, ayda 700-800 manat qazancı olur. Borclunun yeri məlum olmadığından axtarışa verilib, bu gün borclu polis tərəfindən tapılaraq Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə gətirilmişdir. Tələbin icrası üçün borcluya dəfələrlə xəbərdarlıq olunub, icra sənədinin icrası tələb olunub, lakin borclu icra sənədi üzrə tələbləri yerinə yetirməyib. Bununla da borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi müəyyən olunur. Şəxs bu gün saat 10:00-da polis tərəfindən şöbəyə gətirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, icra sənədlərində göstərilən borclarını qəbul edir. Ümumilikdə 6000 manat məbləğdə ödəniş etmişdir. Hazırda 500 manat məbləğdə ödəniş edə bilər. X10 Məhkəməsinin 2-2(117)-355/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və Şəki Rayon Məhkəməsinin 2(075)-1757/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədlərində məlumatı olmuş, lakin digər icra sənədlərindən məlumatı olmamışdır. Maddi imkanı aşağıdır. Borcunu tam olaraq ödəməyə maddi imkanı yoxdur. İşləyib qalan borcunu hissəhissə ödəyəcəkdir. Bu gün saat 10:00-da polis əməkdaşları tərəfindən saxlanılaraq İcra şöbəsinə gətirilmişdir. X7 Vəkil Bürosunun vəkili X8 izahatında Şəxs əməlində hər hansı qərəz olmadığını, həmçinin Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, tibb bacısı işləyir. Əlavə olaraq mürəbbə bişirib satmaqla qazanc əldə edir. Borclu ilə aralarında olan mübahisə 2015-ci ildən davam edir. Borclu qərəzli olaraq icra sənədinin icrasında yayınır. Onun zənglərinə cavab vermir. O, borcunu tam olaraq tələb edir. Hİssə-hissə ödənilməsinə razı deyil. Borcludan şikayətçidir. Barəsində tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir və buna görə o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Borclu tərəfindən icra sənədlərində göstərilən ümumi borcdan 6000 manat məbləğdə ödəniş edilmiş, icra sənədləri tam olaraq icra edilməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün Şəxs tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir, həmçinin tətbiq edilən inzibati tənbehin gələcəkdə icrasını şübhə altına alır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 16 oktyabr 2024cü il tarixdə, saat 10:00-da polis əməkdaşları tərəfindən saxlanılaraq Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına gətirilmiş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 17:20-də məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs sərbəst hərəkət etmək imkanı 16 oktyabr 2024-cü il tarixdən, saat 10:00-dan məhdudlaşdırıldığından, Şəxs həbsə alınmasının əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan, yəni 16 oktyabr 2024-cü il tarixdən, saat 10:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 16 oktyabr 2024-cü il tarixdən, saat 10:00-dan hesablansın. Qərarın icrası Şəki Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar