Məhkəmə qərarları › İş №3(075)-1072/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-1072/2024

04.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-1072/2024 04.11.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin təmsilçisi X5 iştirakları ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Xankəndi Şəhər Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Xankəndi Şəhər Prokurorluğu tərəfindən xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək, material ilə birlikdə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarda göstərilmişdir ki, hüquqi şəxs Şəxs MMC-ni təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs - qanuni təmsilçi X8 adı çəkilən hüquqi şəxsin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxs X2 15 iyul 2024-cü il tarixdən 10 avqust 2024-cü il tarixədək olan müddət ərzində Xankəndi şəhər ərazisində yerləşən “Qədim Şəki şirniyyat evi” adlanan restoranda işçi heyyəti üçün yemək bişirən aşbaz və xadimə kimi işlərin yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq Xankəndi Şəhər Prokurorluğunun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Xankəndi Şəhər Prokurorluğunun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin təmsilçisi X8 izahat verərək bildirdi ki, vətəndaş Rüxsarə Məmmədhəsənova onların şirkətinin işçisi olmuşdur. O, Xankəndi şəhərində yaşadığı evi səliqəyə salan zaman şüşə qırılıb onun qolunu zədələmişdir. Polis əməkdaşları hadisə ilə bağlı ondan soruşublar. Ondan izahat alınmışdır. Hesab edir ki, baş vermiş hadisə düzgün araşdırılmamışdır. Belə ki, xanım xəsarət alanda onların şirkətinin işçisi olmamışdır. Rüxsarə Məmmədhəsənovanın oğlu hərbi xidmətə getdiyi üçün işə gec başlamışdır. İyul ayının 20-si işə gəlmişdir. Lakin əmək müqaviləsi 10 avqustda bağlanmışdır. Şirkətlə həmin xanımın arasında rəsmi əmək müqaviləsi mövcuddur. Bildirmişdir ki, vətən müharibəsi iştirakçısıdır. Aprel döyüşlərində iştirak etmişdir. Əlilliyi vardır. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; - Xankəndi şəhər prokuroru, ədliyyə müşaviri Rəşadət Orucov tərəfindən qəbul edilmiş, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, hüquqi şəxs Şəxs MMC-ni təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs - qanuni təmsilçi X8 adı çəkilən hüquqi şəxsin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxs X2 15 iyul 2024-cü il tarixdən 10 avqust 2024-cü il tarixədək olan müddət ərzində Xankəndi şəhər ərazisində yerləşən “Qədim Şəki şirniyyat evi” adlanan restoranda işçi heyyəti üçün yemək bişirən aşbaz və xadimə kimi işlərin yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün hüquqi şəxs Şəxs MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanmışdır. - Xankəndi şəhər prokurorunun, böyük köməkçisi vəzifəsini icra edən İİ dərəcəli hüquqşünas, Tural Mustafa tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış 14C-24 nömrəli material üzrə cinayət işinin başlanmasının CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilməsi, Şəxs MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müraciət edilməsi qərara alınmışdır. - Sənədlərə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokolda qeyd edilmişdir ki, baxış zamanı müəyyən edildi ki, X1 Şəxs MMC ilə adına əmək müqaviləsi vardır. Əmək müqaviləsi məlumatlarında müqavilənin başlama tarixi: xx.xx.2024, müqavilənin qeydiyyata alınma tarixi: xx.xx.2024, aktivlik statusu: qüvvədədir, vəzifə: xadimə, işəgötürənin fini: 0V7MN1K olaraq göstərilmişdir. Baxış zamanı əlavə iş üçün əhəmiyyət kəsb edən hər hansı hal müəyyən edilməmişdir. - Əmək müqaviləsi məlumatlarına baxışa dair xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, X3 xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə əsasən Şəxs MMC-də xadimə vəzifəsində işə götürülmüşdür. Əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. - Sənədlərə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokolda qeyd edilmişdir ki, baxış zamanı müəyyən edildi ki, X1 “işçi” olması səbəbilə xx.xx.2024 xx.xx.2024-cü il tarixləri və xx.xx.2024 - xx.xx.2024-cü il tarixləri üzrə “İşğaldan azad olunmuş ərazilərə buraxılış” informasiya sistemi vasitəsilə Xankəndi şəhərinə buraxılmasına dair müvafiq icazənin olması barədə icazəni istəyən təşkilat Şəxs MMC olması barədə məlumatlar əks olunmuşdur. - İşğaldan azad olunmuş torpaqlara getmək üçün icazə verilən şəxs və nəqliyyat vasitələrinə dair cədvəldən görünür ki, Şəxs MMC X1 “işçi” olması səbəbilə xx.xx.2024 xx.xx.2024-cü il tarixləri və xx.xx.2024 - xx.xx.2024-cü il tarixləri üzrə “İşğaldan azad olunmuş ərazilərə buraxılış” informasiya sistemi vasitəsilə Xankəndi şəhərinə buraxılmasına dair müvafiq icazə istəmişdir. - X7 Xidmətinin Qarabağ Regional Şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-17-5/2- 65115/2024 saylı məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsistemində məktubda adı qeyd edilən X1 adına xx.xx.2024-cü il tarixdən Şəxs MMC-də aylıq 172.5 manat əmək haqqı ilə 2/1 ştat vahidi ilə “xadimə” vəzifəsində işlədiyinə dair əmək müqaviləsi bildirişi daxil edildiyi məlum olmuşdur. Əmək müqaviləsi bildirişi sistemə xx.xx.2024-cü il tarixdə daxil edilmişdir və hal-hazırkı statusu “aktiv”dir. - Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsinə dair çıxarışdan görünür ki, ********** VÖEN altında fəaliyyət göstərən Şəxs MMC-nin qanuni təmsilçisi X6r. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 1-ci və 3-cü maddələrinə əsasən, işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir və işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə əmək müqaviləsi (kontraktı) adlanır; Həmin Məcəllənin 7-ci maddəsinə əsasən İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. Bu Məcəllənin 7-ci maddəsinin 21-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 42-ci maddənin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 49-cu maddəyə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir. Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vətəndaş X3 Şəxs MMC-də xadimə vəzifəsində xx.xx.2024-cü il tarixdə işə başlasa da, əmək müqaviləsi bildirişi elektron sistemə xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, Şəxs MMC ilə X3 arasında bağlanmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə başlayır, qeydiyyata isə xx.xx.2024-cü il tarixdə düşür. Eyni zamanda barəsində inzibati xəta haqqında iş üzr icraat aparılan hüquqi şəxs Şəxs MMC X1 “işçi” olması səbəbilə xx.xx.2024 - xx.xx.2024-cü il tarixləri və xx.xx.2024 - xx.xx.2024-cü il tarixləri üzrə “İşğaldan azad olunmuş ərazilərə buraxılış” informasiya sistemi vasitəsilə Xankəndi şəhərinə buraxılmasına dair müvafiq icazə istəmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Lakin barəsində inzibati xəta haqqında iş üzr icraat aparılan hüquqi şəxs Şəxs MMC X2 onunla bağlanmış əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Bununla da İXM-nin 192.1-ci maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən X2 onunla bağlanmış əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla da, Şəxs MMC hüquqi şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq məhkmə qərara aldı : Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 20000 (iyirmi min) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar