Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-108/2021 08.04.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Rüstəmli Məmmədemin Siracəddin oğlunun katibliyi ilə, X2 xx xxxxxx 2020-ci il tarixdə tərtib edilmiş MN0868494 protokol və onun əsasında qəbul edilmiş qərarın ləğv edilməsi barədə şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2020-ci il tarixdə tərtib edilmiş MN ******* protokol və onun əsasında qəbul edilmiş qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq X3 və Azərbaycan Respublikası DİN-nin Yasamal RP-nin 26-cı Polis bölməsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Sədrlik edən X3 və Azərbaycan Respublikası DİN-nin Yasamal RP-nin 26-cı Polis bölməsinin nümayəndəsi iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X5 ərizəsində göstərmişdir ki, o, xx xxxxxx 2020-ci il tarixdə açıq havada telefonla danışan zaman bir nəfər Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin polis nəfəri ona yaxınlaşaraq şəxsiyyət vəsiqəsini ondan istəmişdir. O da karantin vaxtı olduğundan və icazəsinin olubolmasını yoxladığını zənn edərək öz şəxsiyyət vəsiqəsini heç bir sual vermədən polis əməkdaşına təqdim etmişdir. Polis nəfəri şəxsiyyət vəsiqəsinin şəkilini telefonu vasitəsi ilə çəkib vəsiqəsini ona qaytararaq heç bir problem olmadığını demişdir. O da karantin qaydalarına görə icazəsi olduğundan və karantin qaydalarına riayət etdiyindən heç bir əhəmiyyət vermədən işlərini görmüşdür. Aradan bir müddət sonra “asanpay.az” saytına daxil olmuş və COVİD-19-la bağlı ona cərimənin tətbiq edildiyinin görmüşdür. Lakin onun barəsində tərtib olunmuş COVİD 19-la bağlı protokoldan məlumatı olmamışdır. Ona heç bir sənəd təqdim olunmamışdır. Göründüyü kimi qanunvericiliyin tələbləri pozularaq barəsində olan həmin inzibati xəta haqqında işə baxılarkən o, inzibati işə baxılma yeri və vaxtı barədə məlumatlandırılmamış, barəsində olan inzibati xəta haqqında işə onun iştirakı olmadan və ona məlumat verilmədən baxılmışdır. Göründüyü kimi törədildiyi bildirilən inzibati xəta hadisəsinin törədilməsində qanunla müyyən edilmiş qaydada hər hansı bir təqsiri və qarşılıqlı əlaqəsi olmadan barəsində əsassız və qanunsuz qərar qəbul edilmişdir. Buna görə də həmin qərardan şikayət etməli olmuşdur. Bütün bunları nəzərə alaraq ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli MN ******* seriya nömrəli inzibati xəta haqqında protokoldan və onun əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* seriya nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikasının İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə 100 (yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə ərizəçinin izahatını dinlədikdən sonra iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, şikayətçinin şikayəti əsaslıdır və təmin edilməlidir. Belə ki, İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariyagigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə – fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli MN ******* seriya nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, X5 Azərbaycan prospektində tibbi maskadan istifadə etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsi inkar edildiyindən, protokolda qeyd edilən inzibati xətanın törədilməsinin digər hər hansı bir sübutla əsaslandırılması protokolu tərtib etmiş vəzifəli şəxsin üzərinə düşür. Ərizəçi şikayət ərizəsində göstərmişdir ki, polis əməkdaşları ondan şəxsiyyət vəsiqəsini tələb etmiş o da həmin sənədi əməkdaşlara təqdim etmişdir. Bundan başqa ondan hər hansı sənəd tələb edilməmiş, həmçinin ona hər hansı sənəd təqdim edilməmişdir. İşin araşdırılması ilə bağlı protokol və qərar qəbul etmiş orqana sorğu verilmiş, protokolun və qərarın çıxarılmasına səbəb olan hallar (sübutlarfotoşəkil, videoçəkiliş, xəta törətmiş şəxsin izahatı) onlardan istənilmişdir. Lakin inzibati orqanın vəzifəli şəxsi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər toplusunda inzibati xətanın törədilməsi ehtimal edilən şəxs - X1 rejimləri dövründə fərdi qoruyucu vasitə olan tibbi maskadan istifadə etməməsi hər hansı dəlillə sübut olunmur. Belə ki, inzibati orqan tərəfindən X4 tibbi maskadan istifadə etməməsini əks etdirən hər hansı fotoşəkili, videoçəkilişi, həmçinin onun izahatını əks etdirən ərizəsi məhkəməyə təqdim edilməmişdir. İXM-nə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Qanunvericiliyin yuxarıda sadalanan göstərişini nəzərə alaraq məhkəmə hazırkı iş üzrə şübhələri X4 xeyrinə şərh edir. Buna görə də Azərbaycan Respublikası DİN-nin Yasamal RP-nin 26-cı Polis bölməsi tərəfindən X4 barəsində tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN ******* seriya nömrəli inzibati xəta haqqında protokoldan və onun əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* seriya nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz hesab edilərək ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Azərbaycan Respublikası DİN-nin Yasamal RP-nin 26-cı Polis bölməsi tərəfindən X4 barəsində tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN ******* seriya nömrəli inzibati xəta haqqında protokoldan və onun əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* seriya nömrəli nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz hesab edilərək ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-108/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-108/2021
08.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver