Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-1080/2023 07.12.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinın hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC -nin etibarnamə üzrə nümayəndəsi və müdafiəçisi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X8, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin nümayəndəsi X3 iştirakları ilə Hüquqi şəxs Şəxs QSC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X10 Xidməti tərəfindən hüquqi şəxs Şəxs QSC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X10 Xidməti tərəfindən hüquqi şəxs Şəxs QSC-nin barəsində tərtib olunmuş MN ******* nömrəli 03 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, hüquqi şəxs Şəxs QSC tərəfindən X1nun əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb olunması aşkarlanmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin nümayəndəsi X7 izahat verərək göstərmişdir ki, X1 Əmək Müfəttişliyinə müraciət edərər hüquqi şəxs Şəxs QSC tərəfindən onun əmək haqqısının verilməməsini bildirmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, hüquqi şəxs Şəxs QSC tərəfindən X4 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmuşdur. Şəxs QSC Əmək Məcəlləsinin tələblərini pozaraq X5 əmək müqaviləsi bağlamadan, xidməti müqavilə ilə işlərin görülməsinə cəlb etmişdir. Bununla da İXM-nin 192.1-ci maddəsinin tələbləri pozulmuşdur. Bu səbəbdən Şəxs QSC-nin barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə ünvanlanmışdır. Hesab edir ki, inzibati xəta haqqında protokol qanuni və əsaslıdır. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin etibarnamə üzrə nümayəndəsi və müdafiəçisi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X12 izahat verərək göstərmişdir ki, X1 ilə Şəxs QSC arasında 01 aprel 2023-cü il tarixli xidmət müqaviləsi imzalanmışdır. Mülki Məcəllənin tələblərinə uyğun olaraq vətəndaşın xidmət müqaviləsi ilə işləməsinə icazə verilir. Hesab edir Əmək Məcəlləsinin tələbləri də pozulmamışdır. X9 Şəxs QSC-dən başqa digər şirkətlərlə də müqaviləsi vardır. Həmin şirkətlərlə də, işləmişdir. Hesab edir ki, inzibati xəta haqqında protkol qanunsuz olaraq tərtib olunmuşdur. İş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin, inzibati orqanın nümayəndəsinin izahatlarını dinləyib, məhkəmə hesab edir ki, Şəxs QSC barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan 03 noyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs QSC tərəfindən hüquqi şəxs Şəxs QSC tərəfindən X1nun əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb olunmasına yol verildiyi üçün barəsində İXM-nin 192.1-ci maddəsi ilə inzibatə haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan X4 26 oktyabr 2023-cü il tarixli izahatında qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi Şəxs QSC-də usta işləmişdir. Son haqq-hesabının ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan İnternet Vergi İdarəsinin portalından çıxarışdan görünür ki, Şəxs QSC (VÖEN **********) 11 saylı Ərazi Vergilər Baş İdarəsində hüquqi şəxs kimi qeydiyyatdan keçmişdir. İş materiallarında olan 01 aprel 2023-cü il tarixli xidmət müqaviləsindən görünür ki, Şəxs QSC ilə X9 arasında müqavilə müddəti ərzində “Sifarişçinin” tələbinə uyğun xidmət göstərməsinə, həmçinin “Sifarişçinin” görülən işləri qəbul edib müəyyən olunmuş xidmət haqqını “xidmət göstərənə” ödəməsinə dair müqavilə bağlanmışdır. İş materiallarında olan qiymətlərin razılaşdırılması haqqında 01 aprel 2023-cü il tarixli protkoldan görünür ki, X9 və Şəxs QSC keromaqranit yapışdırmanı 14 manat, keromaqranit yapışdırmanı (yamac) 5 manat, kompozit paneli 20 manat, alkopan 11 manat, keromaqranit mexaniki sistem 21 manat, keromaqranit mexaniki sistem 10,50 manat, fasad boyası 6 manat, metal lövhəli üzləməni 11 manat, metal lövhəli üzləməni 22 manat və şüşə cəbhə vitrajı 21 manat məbləğə hazırlamağı razılaşmışlar. İş materiallarında olan Kapital Bank ASC-nin hesabat cədvəlindən görünür ki, X9 “Madoer LLC”, "xxxx"xxxx"xxxx" MMC-də xidmət müqaviləsi əsasında işləmişdir. İş materiallarında olan 18 may 2023-cü il tarixli görülmüş işlərin qəbul aktından görünür ki, X9 tərəfindən Şəxs QSC-də görmüş olduğu işlərin xidmət haqqı kremaqranit mexaniki sistemə görə 5250 manat, kremaqranit mexaniki sistemə görə 1650 manat və ayaqaltı lesa 108 ədəd dirəyə görə 540 manat təşkil edir. İş materiallarında olan 31 may 2023-cü il tarixli görülmüş işlərin qəbul aktından görünür ki, X9 tərəfindən Şəxs QSC-də görmüş olduğu işlərin xidmət haqqı 1 nömrəli binada xarici divarlara keramoqranit mexaniki üsulla vurulmasına görə 1764 manat, 1 nömrəli binada xarici divarlara keramoqranit mexaniki üsulla vurulmasına görə 2310 manat təşkil edir. İş materiallarında olan 12 aprel 2023-cü il tarixli, BD9 saylı ödəniş tapşırığından görünür ki, Kapital Bank ASC tərəfindən 01 aprel 2023-cü il tarixli müqaviləyə əsasən X6 5000 manat məbləğdə ödəniş edilmişdir. İş materiallarında olan 02 iyun 2023-cü il tarixli, BD9 saylı ödəniş tapşırığından görünür ki, Kapital Bank ASC tərəfindən 01 aprel 2023-cü il tarixli müqaviləyə əsasən X6 4924 manat məbləğdə ödəniş edilmişdir. İş materiallarında olan 16 iyun 2023-cü il tarixli, BD4 saylı ödəniş tapşırığından görünür ki, Kapital Bank ASC tərəfindən 01 aprel 2023-cü il tarixli müqaviləyə əsasən X6 2500 manat məbləğdə ödəniş edilmişdir. İş materiallarında olan 21 iyun 2023-cü il tarixli, BD15 saylı ödəniş tapşırığından görünür ki, Kapital Bank ASC tərəfindən 01 aprel 2023-cü il tarixli müqaviləyə əsasən X6 1000 manat məbləğdə ödəniş edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X1 Əmək Müfəttişliyinə şikayət edərək son haqq-hesabının ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Əmək Müfəttişliyi tərəfindən iş üzrə araşdırma aparılaraq hüquqi şəxs Şəxs QSC tərəfindən X1nun əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb olunması aşkarlanmışdır. Buna görə də hüquqi şəxs Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 03 noyabr 2023-cü il tarixli, MN ******* saylı protokol tərtib olunmuş və baxılması üçün aidiyyəti üzrə Şəki Rayon Məhkəməsinə göndərilmişdir. X1 ilə hüquqi şəxs Şəxs QSC-nin arasında xidmət müqaviləsi mövcud olmaqla, o şirkətə xidmət göstərərək xidmət haqqı alır. Xidmət müqaviləsi onun müqavilə müddəti ərzində “Sifarişçinin” tələbinə uyğun xidmət göstərməsi ilə bağlıdır. Xidmət müqaviləsinə əsasən X9 “Sifarişçinin” tələbinə uyğun xidmət göstərir və şirkət tərəfindən xidmət haqqı alır. Həmçinin müqavilənin 4-cü bəndinə əsasən xidmətlərin ödənilməsi qaydaları müəyyən edilmişdir. İş materialların olan ödəniş tapşırıqlarından görünür ki, Şəxs QSC tərəfindən xidmət müqaviləsinə əsasən görülən işlər müqabilində X6 ödənişlər edilmişdir. Azərbaycan Respublikası İXM-nın 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinın bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nın 84-cü maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İXM-nın 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nın 75-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar, inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar imperativ olaraq araşdırılmalıdır. Azərbaycan Respublikası İXM-nın 78-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı inzibati xəta haqqında protokolda, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda, inzibati xəta haqqında işə baxma ilə əlaqədar iclas protokolunda göstərilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46.5-ci maddəsinə əsasən Bu Məcəllənin 43-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş şərtlərdən hər hansı biri göstərilmədən bağlanmış əmək müqaviləsi tərəflərdən birinin təşəbbüsü ilə etibarsız hesab edilə və ya yenidən tərtib edilməsi tələbi qoyula bilər. Həmin şərtin (şərtlərin) əmək müqaviləsində göstərilmədiyi aşkar olunduğu andan onlar işəgötürən tərəfindən əmək müqaviləsinə daxil edilməlidir. Bu halda tərəflərin arasında başqa razılıq olmamışdırsa, əmək müqaviləsi həmin şərtin (şərtlərin) daxil edildiyi tarixdən asılı olmayaraq bağlandığı və ya yazılı formada tərtib edildiyi gündən etibarlı hesab olunur. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Qeyd edilən xüsusatla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən hüquqi şəxs Şəxs QSC barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin yuxarıda qeyd edilən müddəalarının tələbləri pozulmuşdur. Belə ki, inzibati orqan tərəfindən hüquqi şəxs Şəxs QSC barəsində inzibati xəta haqqında iş üzrə zəruri araşdırmalar aparılmamış, protokol tərtib edilərkən X4 görmüş olduğu işlər qarşılığında əmək haqqı alıb-almaması və hansı müqaviləyə əsasən, hansı şərtlərlə alması araşdırılmamışdır. Eyni zaman məhkəmə diqqətə çatdırır ki, Mülki Məcəllənin tələblərinə əsasən işçinin podrat müqavilə, yəni xidmət müqaviləsinə əsasən işləməsinə yol verilir. Bu baxımdan məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC tərəfindən əmək hüquqlarının pozulmasına yol verilməmişdir. Azərbaycan Respublikası Azərbaycan Respublikası İXM-nın 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dispozisiyasından da göründüyü kimi hüquqi şəxs Şəxs QSC-də yoxlama aparılarkən, eləcə də inzibati xəta haqqında protokol tərtib olunarkən qeyd edilən hüquqi şəxs tərəfindən X4 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İXM-nın 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nın 105.1-ci maddəsinə görə həmin Məcəllənın 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs QSC-nin əməlində Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkibi olmadığından onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53.0.2, 105.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Hüquqi şəxs Şəxs QSC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №3(075)-1080/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-1080/2023
07.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver