Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-1082/2025 10.02.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Şəfəq Natiq qızının sədrliyi, Məmmədli Ülvi Valeh oğlunun katibliyi ilə, Hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC-nin barəsində Balakən Gömrük İdarəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda göstərilmişdir ki, "xxxx" MMC tərəfindən Balakən Gömrük İdarəsinin Şəki gömrük postunda rəsmiləşdirilən **********2235 sorğu nömrəli bəyannamə üzrə "tütün tulllantıları" yükünün Xorvatiya Respublikasına ixrac olunan ümumi dəyəri 7577 USD (12880.9 manat, kurs 1 usd=1,70 AZN) vəsaitin "xxxx" MMC-nin müvəkkil bank hesabına köçürülmədiyi müəyyən edilmişdir. "xxxx" MMC-nin hüquqi ünvanına həmin bəyannamələr üzrə xx.xx.2025-ci il tarixli 3-33-1400/2-001010/2025 nömrəli bildiriş göndərilmişdir. "xxxx" MMC tərəfindən ixrac olunan mallar müqabilində qaytarmalı olan vəsait barədə Şəki gömrük postuna indiyə qədər heç bir sənəd təqdim edilməmişdir. Qeyd olunan faktla bağlı Balakən Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsində aparılan araşdırılma ilə əlaqədar "xxxx" MMC tərəfindən konsiqnasiya yolu ilə ixrac olunmuş malların müqabilində müvəkkil bankdakı hesabına məcburi qaydada köçürülməli olan 7577 ABŞ dolları məbləğində xarici valyutanın geri qaytarılmamasının səbəbinin aydınlaşdırılması məqsədilə "xxxx" MMC-nin işçisi X1 sual olunarkən bildirmişdir ki, "xxxx" MMC-də tütünün çeşidlənməsi üzrə çalışır. "xxxx" MMC (VÖEN: **********) 2018-ci ildən fəaliyyət göstərir və əsas fəaliyyət istiqaməti tütünün becərilməsi, qurudulması və ixracından ibarətdir. İxrac adətən xarici ölkələrdə fəaliyyət göstərən hüquqi şəxslərə edilir. 2024-cü ildən əmək müqaviləsi əsasında həmin şirkətdə çalışır. xx.xx.2025-ci il tarixli "**********2235" sorğu nömrəli gömrük bəyannaməsi üzrə ümumilikdə 27177 ABŞ dolları (iyirmi yeddi min yüz yetmiş yeddi dollar) dəyərində ümumi çəkisi 19391.1 kq olan "tütün tullantıları" yükü Almaniyanın FCV German Leaf şirkətinin tapşırığı ilə Xorvatiya Respublikasına İİB0020/2025 nömrəli müqaviləyə əsasən ixrac olunmuşdur. Həmin ixrac əməliyyatını və gömrük rəsmiləşdirilməsini şirkətin adından etibarnamə əsasında Samir Hacıəliyev həyata keçirmiş, müvafiq gömrük ödənişləri və gömrük yığımını e-customs mobil tətbiqi vasitəsilə ödəmişdir. Malları faktiki ixrac edən isə şirkətin direktoru X3r. Qeyd olunan gömrük bəyannaməsi üzrə 19600 ABŞ dolları vəsaitin şirkətin müvəkkil bank hesabına xx.xx.2025ci il tarixində köçürüldüyünü (İnvoice 003 xx.xx.2025 Contract İİB0020/2025) qalıq vəsaitin 7577 ABŞ dollar təşkil etdiyini bildirmişdir. Qeyd olunan bəyannamə üzrə 7577 ABŞ dolları vəsaitin geri qaytarılmaması ilə bağlı qeyd etmişdir ki, FCV German Leaf şirkəti göndərdikləri yükdə əlavə tullantı qalıqları ( toz və qum) olduğu üçün həmin vəsaiti şirkətin müvəkkil bank hesabına köçürməmişdir. Şirkətin direktoru İbad İbadov tərəfindən idxalçı şirkət ilə aparılan email danışıqları və qeyd etdiyi hal ilə bağlı qarşı tərəfin məktubunu izahatına əlavə etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Balakən Gömrük İdarəsi və barəsində inzibati xəta haqqına iş üzrə icraat aparılan şəxs Şəxs MMC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin xx.xx.2026-cı il tarixdə Balakən Gömrük İdarəsi məhkəməyə məktubla müraciət edərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs MMC tərəfindən İXM-in 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirildiyindən Şəxs MMC həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlər: İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə xx.xx.2025-ci il tarixli qərardaddan görünür ki, 16 dekabr 2025-ci il tarixli 00500-01837/25 nömrəli protokol və inzibati xəta haqqında işin digər materialları baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2025-ci il tarixli ,İİB0020/2025 №-li müqaviləyə № 3A əlavə Rev 1-dən görünür ki, bir tərəfdən İİB AQRO MMC direktoru cənab İbad İbadov və direktor Hubert Bleile “FCV German Leaf GmbH & CO.KG” təmsil olunduğu digər tərəfdən malın ümumi dəyəri 819000 (səkkiz yüz on doqquz min) ABŞ dolları barədə xx.xx.2025-ci il tarixli İİB0020/2025 №-li müqavilənin №3 əlavəsini bağlamışlar. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında xx.xx.2025-ci il tarixli qərardaddan görünür ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və tərəfindən inzibati araşdırma aparılmışdır. Barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, X2 "xxxx" MMC-də tütünün çeşidlənməsi üzrə çalışır. "xxxx" MMC (VÖEN: **********) 2018-ci ildən fəaliyyət göstərir və əsas fəaliyyət istiqaməti tütünün becərilməsi, qurudulması və ixracından ibarətdir. İxrac adətən xarici ölkələrdə fəaliyyət göstərən hüquqi şəxslərə edilir. 2024-cü ildən əmək müqaviləsi əsasında həmin şirkətdə çalışır. xx.xx.2025-ci il tarixli "**********2235" sorğu nömrəli gömrük bəyannaməsi üzrə ümumilikdə 27177 ABŞ dolları (iyirmi yeddi min yüz yetmiş yeddi dollar) dəyərində ümumi çəkisi 19391.1 kq olan "tütün tullantıları" yükü Almaniyanın FCV German Leaf şirkətinin tapşırığı ilə Xorvatiya Respublikasına İİB0020/2025 nömrəli müqaviləyə əsasən ixrac olunmuşdur. Həmin ixrac əməliyyatını və gömrük rəsmiləşdirilməsini şirkətin adından etibarnamə əsasında Samir Hacıəliyev həyata keçirmiş, müvafiq gömrük ödənişləri və gömrük yığımını e-customs mobil tətbiqi vasitəsilə ödəmişdir. Malları faktiki ixrac edən isə şirkətin direktoru X3r. Qeyd olunan gömrük bəyannaməsi üzrə 19600 ABŞ dolları vəsaitin şirkətin müvəkkil bank hesabına xx.xx.2025-ci il tarixində köçürüldüyünü (İnvoice 003 xx.xx.2025 Contract İİB0020/2025) qalıq vəsaitin 7577 ABŞ dollar təşkil etdiyini bildirmişdir. Qeyd olunan bəyannamə üzrə 7577 ABŞ dolları vəsaitin geri qaytarılmaması ilə bağlı qeyd etmişdir ki, FCV German Leaf şirkəti göndərdikləri yükdə əlavə tullantı qalıqları ( toz və qum) olduğu üçün həmin vəsaiti şirkətin müvəkkil bank hesabına köçürməmişdir. Şirkətin direktoru İbad İbadov tərəfindən idxalçı şirkət ilə aparılan email danışıqları və qeyd etdiyi hal ilə bağlı qarşı tərəfin məktubunu izahatına əlavə etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən əldə olunmuş arayışdan görünür ki, X2 xx.xx.2024-cü il tarixdən Şəxs MMC-də çeşidləyici, fəhlə kimi fəaliyyət göstərir. 07 yanvar 2026-cı il tarixdə Şəxs MMC tərəfindən Şəki Rayon Məhkəməsinə ünvanlanan məktubda barələrində tərtib olunan protokolda qeyd edilən 7577 ABŞ dolları məbləğinin ödənilməsi borc deyil, alıcı tərəfindən keyfiyyət uyğunsuzluğuna görə tutulmuş məbləğ olduğunun nəzərə alınması xahiş edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs (VÖEN **********) MMC İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sənədlərlə tam sübuta yetir. Bundan başqa protokolda qeyd edilən məbləğin alıcı şirkət tərəfindən keyfiyyət uyğunsuzluğuna görə tutulmuş olan məbləğ olması hazırkı inzibati xəta üzrə icraata xitam verilməsi üçün əsas təşkil etmir. Belə ki, əgər MMC tərəfindən bu barədə gömrük orqanlarına vaxtında məlumat verilməmiş, xx.xx.2025-ci il tarixli bildirişə baxmayaraq, MMC-nin heç bir sənəd təqdim etməmişdir. MMC-yə təqdim edilmiş elektron məktub birtərəfli xarakter daşıyır və tərəflər arasındakı alqı-satı müqaviləsinin ayrılmaz tərkib hissəsi olan rəsmi keyfiyyət aktı və ya ekspertiza rəyi ilə təsdiq olunmur. Həmçinin, cavabdeh (MMC) tərəfindən həmin vəsaitin geri qaytarılması üçün real hüquqi tədbirlərin görüldüyü sübuta yetirilməmişdir. Bu səbəbdən həmin məktub inzibati məsuliyyətdən azad olunmaq üçün əsas hesab edilmir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olmuş 7577 (yeddi min beş yüz yetmiş yeddi) ABŞ dolları məbləğində xarici valyutanın 30 (otuz) faizi miqdarında – 2273,1 ABŞ dolları məbləğində inzibati cərimə edilməlidir. Şəxs (VÖEN **********) MMC-nin əməlində inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən edilmədi. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-in 18.5, 31, 40, 48-51, 114, 115 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olmuş 7577 (yeddi min beş yüz yetmiş yeddi) ABŞ dolları məbləğində xarici valyutanın 30 (otuz) faizi miqdarında – 2273,1 ABŞ dolları məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfəq Cəfərova
Məhkəmə qərarları › İş №3(075)-1082/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-1082/2025
10.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver