Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-109/2021 19.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki rayon məhkəməsinin hakimi Mehdiyev Elçin Məhəmməd oğlunun sədrliyi Ağabalayev Səxavət Məmməd oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə xx xxxxxx 1979-cu il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X6 tərəfindən Şəxs barəsində 19 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası İnibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri tərtib edilərək məhkəməyə təqdim edilmiş MN-0643928 nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 17 fevral 2021-ci il tarixdə, saat 19:40 radələrində “VAZ-2106” markalı, **-BJ-*** dövlət nömrə nişanlı avtomobillə Şəki şəhəri, M.F.Axundov prospektində hərəkətdə olarkən yol polisi əməkdaşları tərəfindən ona saxlama işarəsi verildiyinə görə ucadan nalayiq sözlər işlədərək kobudluq etmiş və onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, həmçinin, tibbi müayinəsinin nəticəsi üzrə onun 04 fevral 2021-ci il tarixdə Şəki şəhəri ərazisində meşədə odun yığarkən narkotik vasitədən istifadə etməsi müəyyən edilmişdir. Məhkəmə iclası zamanı protokol tərtib etmiş Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X6 izahatında göstərdi ki, Şəxs 17 fevral 2021-ci il tarixdə, saat 19:40 radələrində “VAZ-2106” markalı, **-BJ-*** dövlət nömrə nişanlı avtomobillə Şəki şəhəri, M.F.Axundov prospektində hərəkətdə olarkən yol polisi əməkdaşları tərəfindən ona saxlama işarəsi verildiyinə görə ucadan nalayiq sözlər işlədərək kobudluq etmiş və onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də Şəxs Şəki ŞRPŞ-nə dəvət edilmişdir. Şəki ŞRPŞ-də araşdırma aparılarkən Şəxs öz razılığı əsasında tibbi müayinə edilməsi məqsədi ilə X5 əməkdaşına təqdim edilmiş və 19 fevral 2021-ci il tarixdə sidiyindən tibbi müayinə edilərkən onun narkotik maddə qəbul etməsi müəyyən edilmişdir. Araşdırma zamanı Şəxs narkotik vasitə olan marixuana qəbul etməsi və həmin narkotik vasitə olan marixuananı 04 fevral 2021-ci il tarixdə Şəki şəhəri ərazisində meşədə odun yığarkən istifadə etdiyi müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206 və 535.1ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, 17 fevral 2021-ci il tarixdə, saat 19:40 radələrində “VAZ-2106” markalı, **-BJ-*** dövlət nömrə nişanlı avtomobillə Şəki şəhəri, M.F.Axundov prospektində hərəkətdə olarkən yol polisi əməkdaşlarının xidməti avtomobilindən ona saxlama işarəsi verilmiş, o, da avtomobilini kənara çəkib saxlamışdır. Bundan sonra yol polisi əməkdaşları ona yaxınlaşdıqda, o, yol polisi əməkdaşlarından nəyə görə onu saxladıqlarını soruşmuşdur. Lakin, həmin vaxt polis əməkdaşlarına qarşı hər hansı bir kobud hərəkət etməmiş, eyni zamanda ucadan nalayiq sözlər işlətməmişdir. Həmçinin, o, həmin gün spirtli içki qəbul etməmişdir. Lakin, hərdənbir narkotik vasitə qəbul edir. Sonuncu dəfə narkotik vasitəni 04 fevral 2021-ci il tarixdə, saat təxminən, 15 radələrində meşədə odun yığarkən heç kimin olmadığı vaxtda qəbul etmişdir. O, öz razılığı əsasında sidiyindən tibbi müayinə edilmiş və 19 fevral 2021-ci il tarixdə sidiyindən tibbi müayinə edilərkən onun narkotik maddə qəbul etməsi müəyyən edilmişdir. Özünü narkotik vasitə qəbul etməkdə təqsirli bilsə də, polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamaqla bağlı hissədə özünü təqsirli hesab etmir. Qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin DYPB-nin YPX-nin inspektoru X2 izahatında göstərdi ki, 17 fevral 2021-ci il tarixdə, təxminən saat 19:30 radələrində Şəki şəhəri, M.F.Axundov prospektində “Karvansaray” adlanan ərazidə digər yol polisi X1 ilə birgə xidmətdə olarkən qarşılarında hərəkətdə olan “VAZ-2106” markalı, **- BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi baqajı açıq olduğu üçün tərəfindən saxlanılmışdır. Nəqliyyat vasitəsini saxladıqdan sonra onun sürücüsünə yaxınlaşaraq özlərini təqdim edib adını sonradan bildiyi Şəxs baqajının açıq olduğunu bildirmişlər. Bu zaman Şəxs ucadan səs-haray salmaqla və onlara qarşı nalaiyiq ifadələr işlətməklə onlarla kobud rəftar etmiş və avtomobilini sürərək getmişdir. Onlar da hər hansı biri bədbəxt hadisənin baş verməməsi üçün Şəxs təqib etməmişlər. Həmin vaxt Şəxs davranışından onun sərxoş olması müəyyən edilirdi. Bütün bunları diqqətə alaraq, bu barədə rəhbərliyə raportla məlumat vermişlər. Bundan sonra Şəxs müəyyən edilərək, Şəki ŞRPŞ-nə dəvət edilmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin DYPB-nin YPX-nin inspektoru X1 da mahiyyət etibarı ilə şahid X2 ilə eyni məzmunlu izahat verdi. İşdə olan “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi mayinəyə dair 19 fevral 2021-ci il tarixli, 51 nömrəli protokoldan görünür ki, Şəxs sidiyindən tibbi müayinəsi zamanı onun narkotik vasitə olan marixuana qəbul etdiyi müəyyən edilmişdir. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün qismən etiraf edici, protokol tərtib etmiş şəxsin və şahidlərin izahatları ilə yanaşı iş materialları ilə də tam təsdiq edildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair materialda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməmiş, məhkəmə araşdırması zamanı onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun törətdiyi inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, onun törətdiyi inzibati xətanın xarakterini və onun şəxsiyyətini nəzərə alaraq, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım : Şəxs Azərbaycan Respublikası İXM-nin 206 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin sanksiyası çərçivəsində 02 (iki) ay müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli onun inzibati qaydada tutulduğu 19 fevral 2021-ci il saat 13:40-dan hesab edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elçin Mehdiyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004, Tel: 244-70-13, Faks: (024) 244-30-70 www.shakicourt.gov.az Elektron ünvan Cavab verərkən bizim nömrəyə istinad edin: İş № 3 (075)-109/2021 19 fevral 2021-ci il Şəki ŞRPŞ-nin rəisi, polis polkovniki cənab Azər Muradova Hörmətli Azər müəllim ! İnzibati xəta edən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Şəki Rayon Məhkəməsinin 3 (075)-109/2021 nömrəli, 19 fevral 2021-ci il tarixli qərarı icra edilməsi üçün Sizə göndərilir. Qoşma: 1) Qərarı-02 vərəqə, 03 səhifə, 2) Portaldan çıxarış. hörmətlə, Hakim Elçin Mehdiyev .
Məhkəmə qərarları › İş №3(075)-109/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-109/2021
19.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver