Məhkəmə qərarları › İş №3(075)-109/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-109/2023

06.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-109/2023 06.02.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx xxxx 1998-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işsiz, əlilliyi olmayan, ünvan 1 ünvanında yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: xx.xx.2023-cü il tarixli İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 04 fevral 2023-cü il tarixdə, saat təxminən 19:20 radələrində Şəki şəhəri, B.Vahabzadə küçəsində yerləşən “Bənövşə” restoranının qarşısında 1 ədəd LD markalı siqaretinə doldurulmuş qurudulmuş marixuanadan istifadə etmişdir. Beləliklə də Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X7 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, 04 fevral 2023-cü il tarixdə saat təxminən 19:20 radələrində Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri polis baş leytenantı Əli Xəlilov, polis baş leytenantı Şəhriyar Əliyev və polis leytenantı Toğrul Mustafazadə birlikdə Şəki şəhəri ərazisində xidmətdə olarkən “Bənövşə” restoranının arşısında 3 nəfər şəxsin dayandıqlarını və özlərini şübhəli apardıqlarını görmüşlər. Bundan sonra polis əməkdaşları həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxslər özlərini qeyri ciddi və qeyri səmimi aparmaqlarına görə narkotik vasitənin təsiri altında olmaqları barədə şübhə doğurmuşlar və polis əməkdaşlaı tərəfindən polis şöbəsinə dəvət edilmişlər. Şəki ŞRPŞ-də yoxlama zamanı məlum olmuşdur ki, həmin şəxslər Şəki şəhəri sakinləri xx xxxx 1998-ci il təvəllüdlü Şəxs, 14 may 1991-ci il təvəllüdlü X9 və 14 aprel 1995-ci il təvəllüdlü X4r. Daha sonra həmin şəxslərdən həkim narkoloq tərəfindən yoxlanılarkən alınmış sidik analizindən Şəxs narkotik vasitə hesab edilən marixuana, morfin, metadon və amphetamin qəbul etməsi aşkar olunmuşdur. Bu səbəbdən də Şəxs barəsində inzibati xəta haqqında protkol tərtib edilmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, 03 fevral 2023-cü il tarixdə dostu X1 gün, yəni 04 fevral 2023-cü il tarixində Şəki şəhərinə qonaq gələcəyini bildirmişdir. 04 fevral 2023-cü il tarixində, saat təxminən 15:30 radələrində o, Fikrətlə bir yerdə Səbuhini qarşılamaq üçün Şəki Avtovağzalına getmişdir. Bundan sonra onlar X2rşılamışlar. Daha sonra bir yerdə Şəki şəhərində yerləşən “Bənövşə” restoranına nahar yeməyi yemək üçün getmişlər. Həmin kafedə yemək yeyən zaman dostu Səbuhi bir ədəd LD markalı siqaretin içərisində doldurulmuş qurudulmuş marixuana olduğunu demiş və həmin narkotik vasitəni bükülü vəziyyətdə Bakı şəhərində Nərimanov Metrostansiyasının çıxışında tapdığını bildirmişdir. Yemək yeyib qalxdıqdan sonra o, dostu Səbuhi və Fikrət hər üçü birlikdə “Bənövşə” restoranının qarşısında həmin bükülünü yandıraraq istifadə etməyə başlamışlar. Bundan 20-30 dəqiqə sonra onlar özlərini şübhəli aparmağa başlamışlar. Saat təxminən 19:20 radələrində həmin ərazidə xidmətdə olan polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmişlər və onların narkotik vasitə qəbul etmələrində şübhəli olduqlarını bildirərək Şəki ŞRPŞ-nə dəvət etmişlər. Şəki ŞRPŞ-də yoxlama zamanı onların narkotik vasitə qəbul etmələri faktı aşkar edilmişdir. Etdiyi əməlin qanun pozuntusu olduğunu bilir, əməlinə görə peşmandır və gələcəkdə belə halların baş verməyəcəyinə söz verir. Ona yüngül tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi izahat verərək, Şəxs əməlindən peşman olmasını nəzərə alınmasını və həbslə bağlı olmayan yüngül tənbeh verilməsini verilməsini xahiş etmişdir. İşdə olan 05 fevral 2023-cü il tarixli X6 X10 analizindən görünür ki, Şəxs sidiyində narkotik vasitə olan “Marixuana”, “Morfin”, “Metadon” və “Amphetamin” aşkar edilmişdir. İşdə olan 04 fevral 2023-cü il tarixli inzibati tutma haqqında protokoldan görünür ki, Şəxs 04 fevral 2023-cü il tarixdə, saat 19:35-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə də Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam təsdiq edildi. Məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 357, 360, 362-365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar