Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-109/2025 13.02.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, xx xxxxxxxx 2002-ci il tarixdə Şəki rayonu, Turan qəsbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN:1VXPSLG olan, orta təhsilli, subay, işləməyən, Şəki rayonu, Turan Ərazi Dairəsi, Turan qəsbəsində qeydiyyatda olan və yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis polkovniki X9 tərəfindən tərtib edilmiş 11 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 11 fevral 2025-ci il tarixdə, saat 16:45 radələrində Şəki rayonu İcra və Probasiya Şöbəsinin inzibati binasında səs-küy salaraq iş rejimini pozmuş, polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamış və beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X9 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Şəxs 11 fevral 2025-ci il tarixdə, saat 16:45 Şəki rayonu İcra və Probasiya Şöbəsinin inzibati binasında səs-küy salaraq iş rejimini pozmuş, polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmadığından polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilmişdir. Bundan sonra Şəxs barəsində 11 fevral 2025-ci il tarixdə İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, o, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin qərarı ilə Şəki ŞRPŞ tərəfindən mülki axtarışa verilmiş və axtarışda olduğu üçün polis əməkdaşının çağırışı ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə getmişdir. Onun işinə icra məmuru Elburus Hacıyev baxmışdır. Orada olarkən icra sənədi üzrə borcun ödənilməsi ondan tələb edilmiş, əks halda inzibati protokol tərtib olunaraq məhkəməyə veriləcəyi bildirilmişdir. Bu zaman aralarında anlaşılmamazlıq yaranmışdır. Onun İcra şöbəsinin iş rejimini pozmaq və icra məmurlarına qarşı zor tətbiq etmək niyyəti olmamışdır. Əməlindən peşmandır. İcra məmurlarından üzr istəyir. Qeyd edilənləri nəzərə alaraq, onun barəsində cərimə cəzası növündə inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X5 məhkəmə iclasında şəxsin əməlindən peşman olmasını olmamasını nəzərə alaraq, iş üzrə yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X7 ifadə verərək bildirdi ki, Şəki rayonu, Turan qəsəbə sakini Şəxs barəsində icraatında Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(075)-1912/ 2022-005 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi vardır. Borclu C.Əlihüseyndən icra sənədinin icrası tələb olunmuş, borcunu ödəyəcəyini bildirsə də, heç bir ödəniş etməmiş, icra sənədinin icrasından yayınmışdır. Borclu qeydiyyatda olduğu ünvanda yaşamadığından mülki axtarışa verilmiş və barəsində Şəki ŞRPŞ tərəfindən axtarış işi açılmışdır. xx.xx.2025-ci il tarixdə borclu Şəxs polisin çağırışı ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə yaxınlaşmışdır. Şöbədə olarkən borcludan icra sənədinin icrası tələb olundu, borclu ödəməkdən imtina etdi. Tərəfimdən borclunun izahatının alınmasına başlandı sualcavab olundu, izahatı başa çatdırıldıqdan sonra oxuyub tanış olması və imzalaması üçün borcluya təqdim olunmuşdur. Borclu Şəxs izahata imza etməkdən imtina etmişdir. Sonra borclu Şəxs ayağa qalxaraq ona aqressiv şəkildə “nə edirsinizsə tez edin, məhkəməyə göndərirsinizsə tezləşdirin” demişdir. Onu sakitləşdirməyə çalışsa da o, buna məhəl qoymamış və ona qarşı nalayiq ifadələr işlədərək çölə çıxmış, icra şöbəsinin iş rejimini pozmuşdur. Onun qanunsuz əməllərini dayandırması üçün şöbəyə mühafizə polisinin əməkdaşları gəlmiş və Şəxs onların da tələblərinə məhəl qoymamış və iş rejimini pozan hərəkətlərini davam etdirmişdir. Bundan sonra Şəki ŞRPŞ-nin əməkdaşları şöbəyə dəvət edilmişdir. Şəki ŞRPŞ-nin istintaq-əməliyyat qrupunun üzvləri Şəxs nizam-intizama dəvət etsələr də, polisin qanuni tələbinə tabe olmamış və polis əməkdaşları tərəfindən Şəki ŞRPŞ-nə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmurları Qasımov Elçin Hicran oğlu və X10 da digər Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3 ifadəsinə uyğun izahat vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin PPXB-nin polis nəfəri X6 ifadə verərək bildirdi ki, 11 fevral 2025-ci il tarixdə saat 17:45 radələrində Şəki ŞRPŞnin məhsul növbətçisindən daxil olmuş məlumat əsasında Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə istintaq əməliyyat qrupunun tərkibində yollanmışlar. İcra şöbəsinə gəldikləri vaxt orada 1 nəfər şəxsin ucadan səs-küy salaraq şöbəsinin iş rejimini pozmasını görmüşlər. Həmin şəxs adı onlara sonradan məlum olan Şəxs olmuşdur. Ona yaxınlaşdıqları zaman onun ucadan səs-küy saldığından nizam intizama dəvət etmişlər. Lakin o, buna baxmayaraq onların qanuni tələblərinə tabə ollmamış səs-küy salaraq icra məmurlarının ünvanına nalayiq ifadələr işlətməyə advam etmişdir. Bundan sonra onu polis şöbəsinə dəvət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin PPXB-nin polis serjantı X2 da digər polis əməkdaşı Vüsal Hüseynzadənin ifadəsinə uyğun izahat vermişdir. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 17:00-da tutulmuşdur. “Şəxsi axtarış və fiziki şəxslərdə olan şeylərin yoxlanılması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs üzərinə baxış keçirilən zaman üzərində 1 ədəd alışqan və 50 qəpik pul aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamasına görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və şahidlərin izahatları ilə təsdiq edildi. Məhkəmə hesab edir ki, Şəxs ünvansız nalayiq ifadələr işlətməklə, Şəki ŞRPŞ-nin polis əməkaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, nalayiq söyüşlər söyməklə səs-küy salmış, ictimai qaydanı pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, əmlak vəziyyətini, digər halları nəzərə alaraq, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 11 fevral 2025-ci il tarixdən, saat 17:00-dan hesab edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №3(075)-109/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-109/2025
13.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver