Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-1091/2025 29.12.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Cəfərova Şəfəq Natiq qızının sədrliyi, Məmmədli Üvli Valeh oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X7 Vəkil Bürosunun (vəkili) X1 iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 25 dekabr 2025-ci il tarixdə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X5 əvvəlki məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(001)-2013/2020 saylı, 16 iyun 2020-ci il tarixli icra sənədinə əsasən xx.xx.2020-ci il tarixdən hesablanmaqla Şəxs hər ay 1 uşaq üçün 170 manat sabit pul məbləğində aliment alınaraq X2 ödənilməlidir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1370/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 520.6 manat pul vəsaiti alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Şəki regional "ASAN Xidmət" mərkəzində notariat ofisinin 13495 saylı, xx.xx.2022-cı il tarixli icra sənədinə əsasən Şəxs 574 manat alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Şəki regional "ASAN Xidmət" mərkəzində notariat ofisinin 8İ-18397 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 130 manat alınaraq "xxxx" MMC-yə ödənilməlidir. İcra sənədləri xx.xx.2020-ci, xx.xx.2020-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il tarixlərində Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərar qəbul edilmiş, qərar və bildirişin bir nüsxəsi borcluya göndərilmişdir. Lakin borclu tərəfindən bu müddət ərzində tələblərin icrası tam təmin edilməmiş, nəticədə 8900 manat aliment borcu yaranmış, digər icra sənədləri üzrə tələblər isə tam yerinə yetirilməmiş, “Ferrum kapitala” 330.66 manat borcu qalmış, "xxxx" MMC-yə 2022-ci ildə 20 manat ödəmiş, 554 manat borc qalmışdır. Aliment ödənilmədiyi, aliment borcu yarandığından borclunun adına pul vəsaitlərinin və bank hesablarının olubolmaması barədə bank və kredit təşkilatlarına, əmlakının olub-olmaması barədə isə müvafiq orqanlara sorğular göndərilmiş, lakin borclunun adına heç bir pul vəsaiti və əmlak aşkar edilməmiş, rəsmi işləmədiyi, təqaüd, pensiya, müavinət almadığı müəyyən edilmişdir. Borclu Şəxs dəfələrlə icra şöbəsinə çağırılmış, icra sənədinin icrası tələb edilmiş, lakin çağırışa gəlməmiş, borclunun qeydiyyat ünvanında yaşamadığı bildirilmişdir. Borlcunun yeri məlum olmadığından axtarışı barədə qərar qəbul edilərək Şəki şəhərrayon Polis şöbəsinə göndərilmiş, şəxs barəsində axtarış işi açılmışdır. Borclu xx.xx.2025cü il tarixdə şöbəyə gətirilmişdir. Şöbədə olarkən borcludan yaranmış aliment borcunun ödənilməsi tələb edilmiş, borclu aliment borcunu tam ödəməkdən imtina etmişdir. Borclu şöbədə olarkən verdiyi izahatında bildirmiş ki, borcunu hazırda tam ödəyə bilmir, bir hissəsini ödəyir, qalan borcunu isə gələcəkdə hissə-hissə ödəyəcəyini bildirmişdir. Həmçinin barəsində aliment ödənilməsi barədə məhkəmə qətnaməsinin, aliment ödəməli olduğunu bilmiş, lakin qazancı az olduğu və digər məsələlərlə bağlı ödəmədiyini qeyd etmişdir. O məhkəmə qətnaməsindən sonrakı dövr ərzində bir müddət taksi fəaliyyəti ilə məşğul olduğunu, sonradan Bakı şəhərində tikintilərdə elektrik köməkçisi işlədiyini, gündəlik 20 manat qazancının olduğunu bildirmişdir. Lakin borclu işlədiyi, gəlirinin olduğu halda indiyədək ümumiyyətlə cəmi 3000 manat aliment ödəmiş, 8900 manat aliment borcu və digər icra sənədləri üzrə tələblərin yerinə yetirilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Borclu barəsində məhkəmə qətnaməsinin olduğunu bildiyi, işlədiyi, gəlirinin olduğu halda alimenti tam ödəməməklə o, icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzürsüz səbəbdən yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X5 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə icra məmurunun iştirakı olmadan baxılmasını qərara almışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, uşaqlarına baxmaq onun vəzifəsidir, ödənişlər etdiyini və çekləri təqdi etdiyini bildirmişdir. Sonda məhkəmədən iş üzrə ədalətli qərar verilməsini xahiş etdi. X7 Vəkil Bürosunun vəkili X3 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati cərimə tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün izahatı və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. Belə ki, iş materiallarına əlavə edilmiş; Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixdə MN ******* nömrəli İnzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(001)-2013/2020 saylı, 16 iyun 2020-ci il tarixli icra sənədinə əsasən xx.xx.2020-ci il tarixdən hesablanmaqla Şəxs hər ay 1 uşaq üçün 170 manat sabit pul məbləğində aliment alınaraq X2 ödənilməlidir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(001)-2013/2020 saylı, 16 iyun 2020-ci il tarixli icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubunda borclu Şəxs xx.xx.2020-ci il tarixdə şəxsiyyətini təsdiq edən sənədlə birlikdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gəlib icra sənədi üzrə tələbi təmin etməyi tapşırılmışdır. “Borclunun axtarılması haqqında” Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə, borclu Şəxs barəsində axtarış elan edilmiş, qərar icra edilməsi üçün Şəki ŞRPŞ-na göndərilmişdir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə İnzibati xəta haqqında protokol tərtib edilərək Şəki Rayon Məhkəməsinə müraciət edilmişdir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda borclu Şəxs xx.xx.2022-ci il tarixdə şəxsiyyətini təsdiq edən sənədlə birlikdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gəlib icra sənədi üzrə tələbi təmin etməyi tapşırılmışdır. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimat tərtib edilərək Şəki Rayon Məhkəməsinə müraciət edilmişdir. “Borclunun axtarılması haqqında” Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə, borclu Şəxs barəsində axtarış elan edilmiş, qərar icra edilməsi üçün Şəki ŞRPŞ-na göndərilmişdir. “Borclunun axtarılması haqqında” Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə, borclu Şəxs barəsində axtarış elan edilmiş, qərar icra edilməsi üçün Şəki ŞRPŞ-na göndərilmişdir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1370/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 520.6 manat pul vəsaiti alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1370/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. Şəki regional "ASAN Xidmət" mərkəzində notariat ofisinin 13495 saylı, xx.xx.2022-cı il tarixli icra sənədinə əsasən Şəxs 574 manat alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Şəki regional "ASAN Xidmət" mərkəzində notariat ofisinin 13495 saylı, xx.xx.2022-ci il tarixli icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. Şəki regional "ASAN Xidmət" mərkəzində notariat ofisinin 8İ-18397 saylı, xx.xx.2023cü il tarixli icra sənədinə əsasən Şəxs 130 manat alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Şəki regional "ASAN Xidmət" mərkəzində notariat ofisinin 8İ-18397 saylı, xx.xx.2023-cü il tarixli icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. Borclunun adına pul vəsaitlərinin və bank hesablarının olub-olmaması barədə bank və kredit təşkilatlarına, əmlakının olub-olmaması barədə isə müvafiq orqanlara sorğular göndərilmiş, lakin borclunun adına heç bir pul vəsaiti və əmlak aşkar edilməmiş, rəsmi işləmədiyi, təqaüd, pensiya, müavinət almadığı müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində verdiyi izahatında borcunu hazırda tam ödəyə bilmədiyini, bir hissəsini ödəmək imkanının olduğunu, qalan borcunu isə gələcəkdə hissəhissə ödəyəcəyini bildirmişdir. Həmçinin barəsində aliment ödənilməsi barədə məhkəmə qətnaməsinin, aliment ödəməli olduğunu bilmiş, lakin qazancı az olduğu və digər məsələlərlə bağlı ödəmədiyini qeyd etmişdir. O, məhkəmə qətnaməsindən sonrakı dövr ərzində bir müddət taksi fəaliyyəti ilə məşğul olduğunu, sonradan Bakı şəhərində tikintilərdə elektrik köməkçisi işlədiyini, gündəlik 20 manat qazancının olduğunu bildirmişdir. Elektron məhkəmə vasitəsilə icra məmuru tərəfindən iş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, borclu Şəxs xx.xx.2025-ci il tarixdə aliment borcundan 3860 manat, "xxxx" MMC-yə olan borcundan 130 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatı, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qətnaməsinin icrasını üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərinin icrasını təmin etməmişdir. Lakin xx.xx.2025-ci il tarixdə aliment borcundan 3860 manat, "xxxx" MMC-yə olan borcundan 130 manat ödəniş etmişdir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əvvəlki məhkəmə iclasında ödəniş edilməsi üçün vaxt verilməsini və verilən vaxtda borcundan ödəniş etdiyini onun məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alır. İnzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, inzibati xətanın törədilməsi səbəblərini və törədilmiş inzibati xətaya münasibətini nəzərə alaraq hesab edir ki, Şəxs qızı törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Şəfəq Cəfərova
Məhkəmə qərarları › İş №3(075)-1091/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-1091/2025
29.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver