Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-1093/2023 21.11.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin Hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X6, zərərçəkmiş şəxslər X7 və X5 iştirakları ilə xx xxxx 1989-cu il tarixdə Şəki rayonu, Cumay kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN xxxxxxx olan, orta təhsilli, evli, işləməyən, əlilliyi olmayan, Şəki rayonu, Cumakənd kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X8 tərəfindən tərtib edilmiş 21 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Rayon Məhkəməsinin e-2(075)-2053/2022-013 nömrəli, 14 noyabr 2022-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 12300 manat məbləğində borc və 126.90 manat dövlət rüsumu tutularaq tələbkar X4 xeyrinə ödənilməlidir. Şəki Rayon Məhkəməsinin e-2(075)-2066/2022 nömrəli, 17 noyabr 2022-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 3959 manat məbləğində borc və 59 manat dövlət rüsumu tutularaq tələbkar X5 xeyrinə ödənilməlidir. Sözügedən borclar borclu tərəfindən ödənilmədiyi üçün borcluya dəfələrlə rəsmi və şifahi xəbərdarlıqlar edilmiş və xəbərdarlığa baxmayaraq icra sənədləri üzrə tələbin icrası təmin edilməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X8 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin e-2(075)-2053/2022-013 nömrəli, 14 noyabr 2022-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 12300 manat məbləğində borc və 126.90 manat dövlət rüsumu tutularaq tələbkar X4 xeyrinə ödənilməlidir. İcra sənədi 26 dekabr 2022-cü ildə Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər borcluya göndərilmiş, lakin icra sənədi icra olunmamışdır. Şəki Rayon Məhkəməsinin e- 2(075)-2066/2022 nömrəli, 17 noyabr 2022-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 3959 manat məbləğində borc və 59 manat dövlət rüsumu tutularaq tələbkar X5 xeyrinə ödənilməlidir. İcra sənədi 13 yanvar 2023-cü ildə Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər borcluya göndərilmiş, lakin icra sənədi borclu tərəfindən icra olunmamışdır. Borclu icra sənədləri üzrə tələbləri yerinə yetirmədiyindən borclunun adına nəğd pul vəsaitinin, qiymətli əşyalarının olub-olmaması barədə bank və kredit təşkilatlarına, əmlakının olub-olmaması barədə isə “Elektron İcra” sistemi vasitəsilə sorğular edilmiş, lakin borclunun adına heç bir pul vəsaiti vo daşınar və daşınmaz əmlak əmlak aşkar edilməmişdir. Həmçinin borclunun evində əmlak vəziyyətinə baxış keçirilmiş, lakin borcluda tələb yönəldiləcək əmlak aşkar olunmamışdır. İcra sənədinin icrası məqsədilə borclu dəfələrlə şöbəyə çağırılmış, lakin borclu çağırışlara vaxtında gəlməmiş, çağırışlara gəlmədiyi üçün borclunun məcburi gətirilməsi barədə qərar qəbul olunaraq ünvanına göndərilmişdir. Lakin borclu göndərilmiş qərara da əhəmiyyət verməmiş, belə olan halda bcrclunun məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət olunmuş, təqdimat təmin olunmuş, borclu polis tərəfindən məcburi qaydada şöbəyə gətirilmişdir. Borclu əvvəllər şöbədə olarkən X2 işlədiyini, borcunu ödəyəcəyini bildirmiş, lakin hər iki şəxsə olan borcundan ümumiyyətlə ödəniş etməmişdir. 21 noyabr 2023-cü il tarixdə verdiyi izahatında isə bildirmişdir ki, atası ilə birlikdə 1.3 ha torpaqda qarpız-yemiş əkmiş, 50 ton məhsul toplayıblar, 140000 manat qazancı olub. Qazandığı pullardan 9800 manat müxtəlif şəxslərə olan borcunu ödəyib, 4000 manat isə anasının müalicəsinə xərcləyib. Həmçinin borclu 2023-cü ilin avqust ayınadək X2 işləyib, 700 manat əmək haqqı alıb. Bütün bunlardan görünür ki, borclu Şəxs kifayət qədər gəliri olub, borclarını ödəyə bilərdi, lakin üzürsüz səbəbdən borclarını ödəməyib, icra sənədlərinin icrası üzrə icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Həmçinin borclu izahatında çağırışla bağlı xəbərdarlıqları aldığını bildirmiş, xəstə olduğundan çağırışlara gəlmədiyini bildirmişdir. Buradan da görünür ki, çağırışlara gəlməməklə borclu icra sənədlərinin icrasından yayınır. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Protokolu müdafiə etmiş, qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, borclu Şəxs polis əməkdaşları tərəfindən saxlanılmış, daha sonra səhər saat 11:00-da Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilmiş və bundan sonra tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək saat 16:30-da məhkəməyə aparılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsinin e-2(075)-2053/2022-013 nömrəli, 14 noyabr 2022-ci il tarixli icra sənədi üzrə ondan 12300 manat məbləğində borc və 126,90 manat dövlət rüsumu tutularaq tələbkar X4 xeyrinə ödənilməlidir. Bundan başqa Şəki Rayon Məhkəməsinin e-2(075)-2066/2022 nömrəli, 17 noyabr 2022-ci il tarixli icra sənədi üzrə ondan 3959 manat məbləğində borc və 59 manat dövlət rüsumu tutularaq tələbkar X5 xeyrinə ödənilməlidir. İcra sənədlərindən məlumatı vardır. Anası xəstə olduğu üçün, qazancı az olduğu üçün, maddi imkanı aşağı olduğundan icra sənədində göstərilən borclarını ödəyə bilməmişdir. O, bu günədək icra sənədlərində göstərilən borclardan heç bir ödəniş etməmişdir. Onun hal-hazırda borcunu tam olaraq ödəməyə maddi imkanı yoxdur, ancaq borcunu növbəti bostan, qarpız sezonunda ödəyə bilər. Bildirmişdir ki, o, əvvəllər X2 işləmiş, 2023-cü ilin avqust ayından işdən çıxmışdır. Hal-hazırda rəsmi iş yeri yoxdur. Kənddə fəhləlik etməklə qazanc əldə edir. Günlük qazancı 15-20 manat təşkil edir. Bundan əlavə hər hansı gəlir yeri yoxdur. Göstərmişdir ki, onun hazırki tələbkarlardan başqa həmkəndlisi Afərə 3800 manat məbləğdə borcu olmuş, həmin borcu bu ilin iyul ayında ödəmişdir. Bostanda birlikdə işlədiyi fəhlələrə 2860 manat məbləğdə borcu olmuş, həmin borcu avqust ayında ödəmişdir. Traktoristə 600 manat məbləğdə borcu olmuş, həmin borcu bu ilin iyul ayında ödəmişdir. Bunlardan başqa restorana 1800 manat məbləğdə borcu olmuş, həmin borc məbləğini avqust ayında ödəmişdir. Həmçinin onun müxtəlif şəxslərə də 500 manat məbləğdə borcları olmuş, həmin borcları bu ilin avqust ayında ödəmişdir. Bundan başqa onun qazdan istifadəyə görə də borcu yaranmış, həmin borcu da ödəmişdir. Onun hal-hazırda tələbkarlara olan borcunu tam olaraq ödəməyə maddi imkan yoxdur. Vaxt verilməsini istəyir. Qarşıdan gələn qarpız sezonunda borcunu ödəyəcəkdir. Törətmiş olduğu əməlindən peşmandır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X1 Səxavət Zakir oğlunun əməlində İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından, icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsinin e-2(075)-2053/2022-013 nömrəli, 14 noyabr 2022-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 12300 manat məbləğində borc və 126.90 manat dövlət rüsumu tutularaq onun xeyrinə ödənilməlidir. Borcluya icra məmuru tərəfindən dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq icra sənədlərində göstərilən tələbi yerinə yetirməmişdir. Borclu qərəzli olaraq icra sənədlərinin icrasından yayınır. Bildirmişdir ki, borclu Şəxs bostan əkib becərir, kifayət qədər qazanc əldə edir. Borclu ona olan borcunu ödəmək iqtidarındadır. Ancaq qarpız sezonunda borclu ona nə məhsul vermiş, nə də ki, borcunu qaytarmışdır. Borclu Şəxs şikayətçidir. İcra sənədlərinin icrasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X10 izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsinin e-2(075)-2066/2022 nömrəli, 17 noyabr 2022-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 3959 manat məbləğində borc və 59 manat dövlət rüsumu tutularaq onun xeyrinə ödənilməlidir. Borcluya icra məmuru tərəfindən dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq icra sənədlərində göstərilən tələbi yerinə yetirməmişdir. Borclu icra sənədlərində göstərilən borc məbləğlərini ödəmək iqtidarındadır. Lakin qərəzli olaraq icra sənədlərinin icrasından yayınır. Borclu ona avqust ayında qarpız sezonunda borcunu ödəyəcəyini bildirmişdir. Lakin bostanda əkim işləri aparsa da, aldığı gəlirdən ona olan borcunu qaytarmamışdır. Borclu Şəxs şikayətçidir. İcra sənədlərinin icrasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları, həmçinin işdə olan digər sənədlərlə təsdiq olundu. Belə ki, icra sənədi barədə məlumatı və imkanı olduğu halda qərəzli olaraq icra etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün Şəxs tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir, həmçinin tətbiq edilən inzibati tənbehin gələcəkdə icrasını şübhə altına alır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 11 noyabr 2023cü il tarixdə saat 11:00-da polis əməkdaşları tərəfindən məcburi qaydada polis əməkdaşları tərəfindən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına gətirilmiş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs 11 noyabr 2023-cü il tarixdən, saat 11:00 radələrində polis əməkdaşları tərəfindən saxlanılması, daha sonra Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olması, həmin inzibati binanı öz mülahizəsinə görə tərk edə bilməməsi və həmin inzibati binanın polis əməkdaşları tərəfindən mühafizə edilməsi bir daha təsdiq edir ki, Şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra sərbəst olmamışdır. Bu baxımdan da, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs həbsə alınmasının əvvəli 11 noyabr 2023-cü il tarixdən, saat 11:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 21 noyabr 2023-cü il tarixdən, saat 11:00-dan hesablansın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-1093/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-1093/2023
21.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver