Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-11/2022 11.01.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi ilə X1 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin əməkdaşı tərəfindən tərtib edilmiş 15 dekabr 2021-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol, həmin protokol əsasında qəbul edilmiş 25 dekabr 2021-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin əməkdaşı tərəfindən barəsində tərtib edilmiş 15 dekabr 2021-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş 25 dekabr 2021-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi, barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq X2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri BDYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. X2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri DYPİ isə nümayəndəsi məhkəmə iclasında iştirak etməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə X1 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. X2 şikayət ərizəsində göstərmişdir ki, onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin adını billmədiyi əməkdaşı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 15 dekabr 2021-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, həmin 15 dekabr 2021-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 (qırx) manat məbləğində inzibati qaydada cərimə edilmişdir və həmin protokolla razı deyil. Belə ki, protokol ona Bakı şəhəri, 3-cü mikrorayon M.Cəlal küçəsində “Leyla” mərasim evinin qarşısında yazılmışdır. Həmin vaxt o özü də anlamadan Daxili İşlər Nazirliyinin BDYPİ-nin əməkdaşları avtomobilinə saxla əmri vermiş və ona işıqforun qırımızı işğında keçərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərini pozduğunu bildirmişlər. Həmin vaxt onlara ondan əvvəl hərəkətdə olan avtomobilin ardınca hərəkət etdiyini, işıqforun qırmızı işığında keçməyi ilə razı olmadığını bildirərək, inzibati xəta törətməsini təsdiq edən video gürüntü ilə onu tanış etmələrini bildirmiş, avtomobilləri video qeydedici cihazla təmin olunmalarına və saxlanıldığı yerdə bütün istiqamətləri qeyd edən kameralar olmasına baxmayaraq polis əməkdaşları onu video gürüntü ilə tanış etməmişlər. Buna səbəb kimi isə yazılmış videogörüntünün avtomatik sistemə yükləndiyini, onların onu görə bilmədiyini göstərmişlər. Həmin an nə qədər etirazını bildirsə də, onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilərək barəsində 15 dekabr 2021-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin vaxtdan indiyədək o, “AsanPay” hökümət portalında olan kabineti ilə barəsində yazılmış protokolun üzərinə görüntünün vurulub-vurulmaması ilə maraqlansa da, indiyədək həmin görüntü protokolun üzərinə işləməmişdir. Yuxarıda qeyd etdiklərinə görə də hesab edir ki, barəsində yazılmış protokol əsassızdır. O, həmin vaxt sfetoforun qırmızı işığında keçməmiş və buna baxmayaraq barəmdə belə bir protokol tərtib edilmişdir. Ona görə də barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin əməkdaşı tərəfindən tərtib edilmiş 15 dekabr 2021-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş 25 dekabr 2021-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “ASAN ÖDƏNİŞ” elektron portalından çıxarılmış 15 dekabr 2021-ci il tarixli, İXP-4360225 nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, X4 15 dekabr 2021-ci il tarixdə idarə etdiyi “BMW minik” markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, 3-cü Mikrarayon, M.Cəlal küçəsinin kəsişməsində svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirməsi ilə yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə tərəfindən məhkəmə iclası təyin olunmaqla, X3 barəsində qeyd edilən protokolun tərtib edilməsi üçün əsas olmuş sənədlərin, sübutların, əgər bunlar yazılı sübutlardırsa, təsdiq edilmiş surətlərinin, videoçəkilişdirsə bununla bağlı görüntülərin məhkəməyə göndərilməsi ilə bağlı Bakı şəhər DYPİ-nə məktublar göndərilmişdir. Bakı şəhər DYPİ tərəfindən məhkəmənin məktubları cavablandırılmamış və Bakı şəhər DYPİ tərəfindən həmin inzibati xətanın törədilməsinin xüsusi texniki avadanlıqlar vasitəsilə qeyd alınması barədə hər hansı foto və ya video görüntülər təqdim edilməmiş, həmçinin protokol hər hansı digər bir sübutla əsaslandırılmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, şikayətçinin şikayəti əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 346.3 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati xəta haqqında elektron protokol tərtib olunur və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. İnzibati xəta haqqında elektron protokol tərtib edildikdən dərhal sonra, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən inzibati xəta haqqında elektron protokol müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə müqaviləsi və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi) barəsində tərtib edilir. Həmin Məcəllənin 122.4-cü maddəsinə əsasən inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.3 və 330-cu maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin, həmçinin, videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək saxlanılmalıdır. Həmin Məcəllənin 122.5-ci maddəsinə əsasən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron protokol tərtib olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “ASAN ÖDƏNİŞ” elektron portalından çıxarılmış 15 dekabr 2021-ci il tarixli, İXP-4360225 nömrəli inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərinin pozulduğu göstərilmişdir. “ASAN ÖDƏNİŞ” elektron portalından çıxarılmış son ödəniş məlumatlarından görünür ki, X3 barəsində 15 dekabr 2021-ci il tarixdə tərtib edilmiş İXP-4360225 nömrəli inzibati xəta haqqında protokol üzrə onun 60 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri DYPİ-nin polis əməkdaşının tərtib etdiyi 15 dekabr 2021-ci il tarixli, İXP-4360225 nömrəli inzibati xəta haqqında protokola istinad etməklə X3 60 manat məbləğində inzibati cərimə edilməsinə dair qərar qəbul etmişdir. Qanunvericiliyin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bundan başqa inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsi inkar edildiyindən, protokolda qeyd edilən inzibati xətanın törədilməsinin digər bir sübutla əsaslandırılması protokolu tərtib etmiş vəzifəli şəxsin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.4-cü maddəsinin də tələbindən də göründüyü kimi inzibati xəta hadisəsinin fotosu həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək saxlanılmalıdır. Lakin, məlumat verilməsinə baxmayaraq, X3 həmin vaxt törətdiyi inzibati xəta hadisəsinin fotosu, video görüntüsü məhkəməyə təqdim edilməmiş, ümumiyyətlə, X3 həmin vaxt Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, X3 barəsində tərtib edilmiş 15 dekabr 2021-ci il tarixli, İXP-4360225 nömrəli inzibati xəta haqqında protokol, onun əsasında Bakı şəhəri DYPİ-nin əməkdaşı tərəfindən 25 dekabr 2021-ci il tarixdə qəbul edilmiş İXP-4360225 nömrəli inzibati tənbeh vermə haqqında qərar edilməli və iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X3 barəsində tərtib edilmiş 15 dekabr 2021-ci il tarixli, İXP-4360225 nömrəli inzibati xəta haqqında protokol və onun əsasında Bakı şəhəri DYPİ-nin əməkdaşı tərəfindən 25 dekabr 2021-ci il tarixdə qəbul edilmiş İXP-4360225 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-11/2022
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-11/2022
11.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver