Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-11/2025 11.02.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs оğlunun iştirakı ilə, xx xxx 1982-ci il tarixdə Şəki rayonu, Şin kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx olan, ailəli, Şəki rayonu, Şin kəndində qeydiyyatda olmaqla yaşayan, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs оğlunun barəsində Аzərbаycаn Respublikаsı İnzibаti Xətаlаr Məcəlləsinin 327.8-ci maddəsi ilə Şəki ŞRPŞdən dаxil оlmuş inzibаti xətаyа dаir işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi: Şəki rayonu İnzibati təcrübə üzrə baş inspektor, polis mayoru X5 tərəfindən tərtib edilmiş 18 dekabr 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Аzərbаycаn Respublikаsı İnzibаti Xətаlаr Məcəlləsinin 327.8-ci maddəsinin tələblərini pozduğu üçün inzibati məsuliyyətə cəlb olunmuş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Şəki ŞRPŞ tərəfindən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq inzibati xəta haqqında protokol tərtib edən şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs оğlu izahat verərək bildirdi ki, “Vaz 21099” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı minik avtomobil onun atasının adına qeydiyyata alınmışdır. Həmin avtomobili atası tərəfindən ona verilmiş baş etibarnamə ilə idarə edir. Bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə idarə etdiyi “Vaz 21099” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı minik avtomobillə Şəki şəhəri, S.Mümtaz küçəsi ərazisində yerləşən “Çöl yol” adlandırılan avtomobil yolunda hərəkətdə olmuşdur. Həmin vaxt o, avtomobildə özü tək başına olmuşdur. Yolun yuxarı hissəsindən gəlib “Edem” şadlıq sarayının qabağındakı yol ayrıcından yolun yuxarı istiqamətinə qalxmaq istəmişdir. Buna görə də yol ayrıcına yaxınlaşan kimi yolun aşağı hissəsindən gələn avtomobilləri gözləmişdir. Bu zaman yolun aşağı hissəsindən yuxarıya doğru qalxan “Vaz 2109” markalı avtomobil onun idarə etdiyi avtomobilin orta hissəsindən dəymiş və yol-nəqliyyat hadisəsi baş vermişdir. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Göstərmişdir ki, onun avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi vardır. Hadisə baş verən zaman ayıq vəziyyətdə olmuş, hər hansı spirtli içkinin və ya psixotrop maddənin təsiri altında olmamışdır. Əməlindən peşmandır. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X9 xx.xx.2024-cü il tarixli, 506 nömrəli ekspert rəyindən görünür ki, 1962-ci il təvəllüdlü X1 məhkəmə-tibb ekspertizası zamanı bədənində aşkar edilmiş xəsarətlər: sağ saidin hematoması qərarda göstərilən xx.xx.2024-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi, ağırlıq dərəcəsinə görə sağlamlığı qısa müddətə müvvəqəti pozduğundan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X9 xx.xx.2024-cü il tarixli, 507 nömrəli ekspert rəyindən görünür ki, 1956-cı il təvəllüdlü X2 məhkəmə-tibbi ekspertizası zamanı bədən səthi üzərində gözlə görünən xəsarət və onun izi aşkar edilmədi. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X9 xx.xx.2024-cü il tarixli, 508 nömrəli ekspert rəyindən görünür ki, 1982-ci il təvəllüdlü Şəxs məhkəmə-tibbi ekspertizası zamanı bədən səthi üzərində gözlə görünən xəsarət və onun izi aşkar edilmədi. - Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2024-cü il tarixli, 546 saylı aktda göstərilir ki, X4 ayıq vəziyətdə olmuşdur. - Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2024-cü il tarixli, 547 saylı aktda göstərilir ki, Şəxs ayıq vəziyətdə olmuşdur. - Şəki ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Kamal Xəlilzadə tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, Şəki şəhəri S.Mümtaz küçəsi, “Çöl yol” deyilən ərazidən X2 idarə etdiyi “Vaz 21093” markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Vaz 21099” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması ilə bağlı olan HK-1/2132 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs оğlunun əməlində İXM-nin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibatitəsir tədbirləri görülməsi üçün toplanmış material üzrə qəbul edilmiş qərarın surətinin Şəki ŞRPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. Azərbаycаn Respublikаsı İnzibаti Xətаlаr Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs оğlunun Аzərbаycаn Respublikаsı İnzibаti Xətаlаr Məcəlləsinin 327.8-ci mаddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs оğlunun izahatı və Şəki ŞRPŞ tərəfindən məhkəməyə göndərilmiş sənədlərlə tam təsdiq оlunur. Göründüyü kimi Şəxs оğlunun idarə etdiyi “Vaz 21099” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Vaz 21093” markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində qəza hadisəsi baş vermiş, qəza zamanı X3 yüngül bədən xəsarəti almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, şərh olunanlara əsasən məhkəmə Şəxs Azərbaycan Respublikasının İXMnin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, inzibati tənbehin məqsədlərini, işin hallarını və onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini və təqsirinin dərəcəsini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə növündə tənbeh tətbiri tətbiq etməyi məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərаrа аldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinib, 300 manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-11/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-11/2025
11.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver