Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-110/2025 13.02.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxx 1958-ci il tarixdə Kəlbəcər rayonu, Zəylik kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx olan, orta təhsilli, aliləli, fərdi əməklə məşğul olan, əlilliyi olmayan, Şəki rayonu Qaratorpaq kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 13 fevral 2024-cü il tarixdə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)- 265/2019-007 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli, **********19 reyestr nömrəli çıxarışa əsasən tələbkar "xxxx" MMC-nin mülkiyyətində elan Şəki rayonu Qaratorpaq kəndi ərazisində yerləşən 5 hektar torpaq sahəsindən borclu Şəxs çıxarılmalı və həmin torpaq sahəsi tələbkar "xxxx" MMC-nə təhvil verilməlidir. Tələbkar "xxxx" MMCnin iddia ərizə ilə bağlı dövlətə ödədiyi 20 manat məbləğində dölət rüsumunun 10 manatı borclu Şəxsdan alınaraq tələbkar "xxxx" MMC-nə verilməlidir. Şəki Rayon Məhkəməsinin 22 fevral 2019-cu il tarixli, 2(075)-265/2019 saylı qərardadına əsasən tələbkar "xxxx" MMCnin iddia ərizəsinin verilməsi üçün artıq ödədiyi 10 manat dövlət rüsumunun dövlət büdcəsindən tələbkar "xxxx" MMC-nə geri qaytarılmasının qərara alınması nəzərə alınmalıdır. İcra sənədi xx.xx.2021-ci il tarixdə Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası haqqında bildirişlə birlikdə borclu Şəxs göndərilmişdir. Lakin könüllü icra müddəti ərzində borclu tələbin icrasını təmin etməmişdir. Könüllü icra müddəti bitdikdən sonra icra sənədi üzrə tələbin məcburi icrası ilə əlaqədar tədbirlərinə xx.xx.2022ci il tarixdə və xx.xx.2023-cü il tarixlərdə icra prosesləri təyin edilmiş və borcluya rəsimi xəbərdarlıq göndərilərək icra sənədinin icrası ondan tələb edilmiş, əks halda qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb ediləcəyi onun nəzərinə çatdırılmışdır. Lakin, borclu Şəxs tələbkar Aqrarco” MMC-nin mülkiyyətində olan və Şəki rayonu. Qaratorpaq kəndi ərazisində yerləşən 5 hektar torpaq sahəsindən bu günədək çıxmamış və tələbin icrasını təmin etməmişdir. Borclu Şəxs icra məmurunun çağırışı üzrə gəlməkdən imtina etdiyinə görə onun məcburi qaydada İcra və Probasiya şöbəsinə gətirliməsi barədə xx.xx.2022-ci il tarixdə Şəki Rayon Məhkəməsinə təqdimat verilmişdir. Şəki Rayon Məhkəməsi tərəfindən təqdimat təmin edilərək borclunun məcburi gətirilməsi barədə qərardan qəbul edilmişdir. Borclu Şəxs məcburi gətirilməsi barədə Şəki Rayon Məhkəməsinin 8(075)-149/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı əsasında xx.xx.2023-cü il tarixdə borclu Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məcburi qaydada Şəki rayonu üzrə İcra və Probasiya Şöbədinə gətirilmişdir. Borclunun icra və probasiya şöbəsində izahatı alınmış, icra sənədi üzrə "xxxx" MMC-nin mülkiyyətində olan və Şəki rayonu Qaratorpaq kəndi ərazisində yerləşən 5 hektar torpaq sahəsindən çıxması ondan tələb edilmişdir. Borclunun həmin tarixdə verdiyi izahatında torpaq sahəsindən hazırda özünün istifadə etdiyi və həmin torpaq sahəsindən çıxmayacağını bildirmişdir. xx.xx.2023-cü il tarixdə borclu barəsində inzibati xəta haqqında protokol verilmiş və 500 manat cərmələnmişdir. xx.xx.2024-cü il tarixdə icra sənədinin icrası ilə əlaqədar yenidən icra prosesi təyin edilmişdir. İcra prosesi zamanı borlu təkrar olaraq 5 hektar topaq sahədindən çıxmayacağını bildirmişdir. Borclu xx.xx.2025-ci il tarixdə icra şöbəsinə gəlmiş və izahatı alınmışdır. Borclu yenədə icra sənədində göstərilən 5 hektar topaq sahəsindən çıxmayacağını bildirmişdir. Əlavə olaraq borclu 5 hektar torpaq sahəsi ilə bağlı müqavilənin ləğv edilməsini tələb etmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, icra sənədlərindən məlumatı vardir. İcra sənədində boşaldılması göstərilən torpaq sahəsi hazırda onun və ailə üzvlərinin mülkiyyətində və istifadəsində olan torpaq sahəsi deyil. Buna görə də torpaq sahəsini boşaltmır. O, qeyd olunan torpaq sahəsində təsərrüfat işləri ilə məşğul olmaqla qazanc əldə edir. Başqa yerdən gəliri yoxdur. Maddi imkanları aşağıdır. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X5 Vəkil Bürosunun vəkili X6 bildirdi ki, icra sənədlərində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən boşaldılması göstərilən torpaq sahəsinin məhv hazırda Şəxs mülkiyyətində və istifadəsində olan torpaq sahəsi olması ilə bağlı hər hansı kadastr rəyi yoxdur. Buna görə də icra sənədlərində göstərilən torpaq sahəsinin Şəxs mülkiyyətində və istifadəsində olan torpaq sahəsi olması qeyri müəyyəndir. Hesab edir ki, icra işləri ilə bağlı kadastr rəyi alınmalıdır. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarına əsasən və işdə olan materiallara baxaraq hesab edir ki, inzibati xəta üzrə işə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 145.1.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəlləyə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda, qərarın icrasına xitam verilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İcra haqqında Azərbaycan respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsası sayılır. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Şəxs inzibati məsuliyyətə cəlb edilməsinin əsası kimi onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi olmuşdur. Yəni, o, barəsində çıxarılmış məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-265/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədində ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli, **********19 reyestr nömrəli çıxarışa əsasən tələbkar "xxxx" MMC-nin mülkiyyətində olan Şəki rayonu Qaratorpaq kəndi ərazisində yerləşən 5 hektar torpaq sahəsindən borclu Şəxs çıxarılması və həmin torpaq sahəsinin tələbkar "xxxx" MMC-yə təhvil verilməsi nəzərdə tutulmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan torpaq sahəsinin onun və ailə üzvlərinin mülkiyyətində olduğunu bildirmişdir. İş materiallarında icra sənədlərində göstərilən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən boşaldılması tələb olunan Şəki rayonu Qaratorpaq kəndi ərazisində yerləşən 5 hektar torpaq sahəsinin məhz Şəxs istifadəsində olan torpaq sahəsi olması barədə hər hansı kadastr sənədi mövcud deyil. İcra sənədində göstərilən 5 hektar torpaq sahəsi qeyri-müəyyən olduğundan, eyni zamanda həmin torpaq sahəsinin məhz Şəxs istifadəsində olan torpaq sahəsi olması müəyyən olunmadığından, Şəxs və ailə üzvlərinin də mülkiyyətində olan torpaq sahəsinə dair məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra dövlət reyestrindən çıxarış alındığından məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməllərində inzibati xəta hadisəsinin olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasənda göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə, fiziki, vəzifəli şəxslər və ya hüquqi şəxslər inzibati məsuliyyət daşıyırlar. Belə olan halda həmin icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halları aradan qalxmışdır. Bu səbəbdən də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra Şöbəsindən daxil olmuş İnzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra Şöbəsindən daxil olmuş inzibati xətaya dair iş üzrə icraata xitam verilsin. Qərardan, təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-110/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-110/2025
13.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver