Məhkəmə qərarları › İş №3(075)-1100/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-1100/2023

24.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-1100/2023 24.11.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Muşviq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən Şəki ŞRPŞ-nin Sarıca polis bölməsinin sahə rəisi, polis kapitanı X7, Zərərçəkmiş şəxs X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxx 1984-cü il tarixdə Şəki rayonu, Orconikidze qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN: xxxxxxx olan, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Şəki rayonu, Turan Ərazi dairəsi, Turan qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki ŞRPŞ X11 daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəki ŞRPŞ-nin Sarıca polis bölməsinin sahə rəisi, polis kapitanı X9 tərfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 19 aprel 2023-cü il tarixdə, Şəki rayonu, Turan qəsəbəsində qonşusu X6 döymüşdür. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən Şəki ŞRPŞ-nin Sarıca polis bölməsinin sahə rəisi, polis kapitanı X9 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, 19 aprel 2023-cü il tarixdə, təxminən saat 16:00 radələrində Şəxs şəxsi münasibətlər zəminində həmkəndlisi X1 yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Faktla bağlı Şəki ŞRPŞ-nin TB-də araşdırma aparılmış, toplanmış materialda cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanılması rədd edilmiş və hadisəni törətmiş Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati təsir tədbirlərinin görülməsi üçün, qəbul edilmiş qərar icra edilməsindən ötrü şöbənin İTB-nə göndərilmişdir. Protokolu müdafiə edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, X4 qonşusudur. 19 aprel 2023-cü il tarixdə onunla X8 arasında narazılıqlar olmuşdur. Lakin o, X6 döyməmişdir. X3 onu döymüşdür. Qeyd edilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X2 Zeynəb Niymət qızının onu döydüyünü bildirərək barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilir. Belə ki, iş materiallarında olan “Sübutların qiymətləndirilməsi, əmələ hüquqi qiymət verilməsi və cinayət işinin materiallarından material ayrılması haqqında” xx.xx.2023-cü il tarixli qərarın surətində qeyd edilir ki, təyin edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 152 nömrəli ekspert rəyindən görünür ki, başın təpə nahiyyəsinin yumşaq toxumalarının əzilməsi, travmatik şişkinliyi, sağ əl arxasının qançırı bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla, qərarda qeyd edilən xx.xx.2023-cü il tarixinə uyğundur və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Həmin qərarın nəticə hissəsində göstərilir ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərtib əlamətləri olduğundan onun barəsində inzibati-təsir tədbirləri görülməsi üçün qəbul edilmiş qərarın surəti Şəki ŞRPŞ-nin İTB-nə göndərilsin. İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, lakin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53, 105 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar