Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-1102/2024 31.10.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, xx.xx.1989-cu ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Şəki rayonu, Turan qəsəbəsində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Şəki Şəhər-Rayon Polis Şöbəsinin X4 Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəki Şəhər-Rayon Polis Şöbəsinin X4 Bölməsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs 15 oktyabr 2024-cü il tarixdə saat 18:55-də «Daimler Chrysler C180” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanılmış və yoxlama zamanı müəyyən olunmuşdur ki, sürücü avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Təbriz Musayev nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi halına yol verdiyinə görə, Şəki Şəhər-Rayon Polis Şöbəsinin X4 Bölməsinin yol patrul xidməti inspektoru polis baş leytenantı X2 tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaların törədilməsinə dair xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2 izahatında bildirdi ki, 16 oktyabr 2024-cü il tarixdə saat 09:05-də «Daimler Chrysler C180” minik markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanılmış görə nəqliyyat vasitəsi saxlanılmış, həmin vaxt sürücünün sərxoş olması müşahidə edilmişdir. Sürücü Şəxs barəsində İXM-nin 329.1 və 333.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü İXMnin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilməyərək izahatında bildirdi ki, 15 oktyabr 2024-cü il tarixdə saat təxminən 19 radələrində avtomobili idarə edən zaman yol-patrul xidmətinin əməkdaşı onu saxlamış, həmin vaxt o, sərxoş olmamasına baxmayaraq sərxoş vəziyyətdə avtomobili idarə etməsi ona bildirilmişdirş. Bundan sonra onu, Sərxoşluq vəziyyətinin tibbi müayinəsi üçün Mingəçevir Şəhər Narkoloji Dispanserinə aparmışdır. Müayinə zamanı yüngül dərəcəli sərxoş olduğu müəyyən edilmişdir. O, qərarla razılaşmadığından həmi gün yəni xx.xx.2024-cü il tarixdə saat 22:35də Gəncə şəhər Narkoloji Dispanserdə sərxoşluq vəziyyətinin müəyyən edilməsi müayinəsindən keçmiş və sərxoş vəziyyətdə olmaması müəyyən edilmişdir. Onun barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati tənbeh vermə haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 329.1 və 333.1-ci maddələri ilə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Mingəçevir Şəhər Narkoloji Dispanserin 2339 nömrəli, 15 oktyabr 2024-cü il tarixli aktına əsasən sərxoşluq vəziyyətinin tibbi müayinəsindən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 14:30-da sərxoşluq müayinəsindən keçmiş və sərxoş olması halı aşkar edilmişdir. Gəncə Şəhər Narkoloji Dispanserin 3685/2024 nömrəli, 15 oktyabr 2024-cü il tarixli aktına əsasən sərxoşluq vəziyyətinin tibbi müayinəsindən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 22:35-də sərxoşluq müayinəsindən keçmiş və sərxoş olması halı aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 100.1.8-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilir. 122.3.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin başverdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) göstərilir. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. 333.1-cü maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs ilk öncə müayinədən keçirilərkən istifadə olunmuş xüsusi texniki vasitənin göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməli olduğu halda iş materialları ilə həmin halları müəyyən etmək mümkün deyildir. Bundan başqa Şəxs Gəncə Şəhər Narkoloji Dispanserində sərxoşluq vəziyyətinin tibbi müayinə aktından da görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 22:35-də müayindən keçərkən ayıq olmuşdur. Yuxarıda qeyd edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibinin olmamasını təsdiq təsdiq edən mötəbər sübutu (sərxoşluq vəziyyətinin müayinə aktını) məhkəməyə təqdim etmişdir. Həmin akta əsasən şikayətçinin barəsində protokol tərtib edildiyi gün ayıq olması müəyyən edilmişdir. Qanunvericiliyin normasından da görünür ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 329.1-ci və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №3(075)-1102/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-1102/2024
31.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver