Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-1104/2024 16.12.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, X2 barəsində qəbul edilmiş 29 sentyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətinə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 şikayət ilə məhkəməyə müraciət edərək, Ağcabədi rayonu X8 yol patrul inspektoru polis serjantı X5 tərəfindən xx.xx.2024-cü il saat 12:24 tarixində onun barəsində tərtib edilmiş İXP6585273 nömrəli inzibati xəta protokolu üzrə çıxarılmış qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, ona xx.xx.2024-cü il saat 12:24-də Ağcabədi rayonu Yol patrul xidmətinin inspektoru polis serjantı X5 tərəfindən mənə məxsus olan **-BP-*** nömrəli, Mersedes Benz 250D minik avtomobili üzrə İXP ******* nömrəli inzibati xəta protokolu tərtib etmişdir. İnzibati xəta protokolu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən tərtib edilmişdir. Bu inzibati xəta protokolu üzrə onun 100 manat və 3 bal cərimə edilməsi barədə qərar çıxarılmışdır. Ona qarşı inzibati xəta protokolu tərtib edilən zaman o, protokolla razılaşmayaraq protokol tərtib olunan ərazidə giriş qadağandır yol nişanının olmamasını yol patrul xidmətinin əməkdaşına bildirmişdir. Belə ki, protokol üzrə çıxarılmış qərarın sonradan inzibati orqanda və məhkəmələrdə mübahisələndirilməsi üçün yol patrul xidməti inspektorundan “inzibati xəta haqqında protokolda inzibatı xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitə barədə və inzibati xəta üzrə şahidlər haqqında məlumatların qeyd edilməsini tələb etmişdir. Amma protokolda hər iki fakt üzrə bəndlər olmasına baxmayaraq, yol patrul xidmətinin inspektoru hər iki faktlar barədə məlumatları qeyd etməmişdir. Bundan sonra o, çıxarılmış qərarın ləğv edilməsi ilə bağlı inzibati qaydada həm elektron formada, həm də yazılı poçt məktubu ilə Daxili İşlər Nazirliyinə şikayət ərizəsi göndərmişdir. O, 100 manat cəriməni ödəmişdir. Ona görə ki, onun sürücülük vəsiqəsinin vaxtı xx.xx.2024-cü il tarixində bitirsi. Bu səbəbdən Şəki Asan Xidmətinə yaxınlaşıb sürücülük vəsiqəsini dəyişmək istədikdə Asan Xidmətin X1 bildirdilər ki, cərimə ödənilməsə sürücülük vəsiqəsini dəyişə bilməzlər. O, dəfələrlə bildirdi ki, o, bu qərarla razılaşmır və inzibati qaydada şikayət vermişdir. Məhkəmə qaydasında şikayət verəcəkdir. Yəni bu qərar mübahisələndirilmiş məsələ olduğu üçün ancaq müvafiq məhkəmənin qərarından sonra qüvvəyə minəcək. Amma Asan Xidmətin Polis Hissəsi sürücülük vəsiqəsini dəyişməmiş və o, məcbur olub cəriməni ödəmişdir. Əgər ödəməsəydi, sürücülük vəsiqəsinin vaxtı bitdiyi üçün avtomatik olaraq ona cərimə yazılacaqdı ki, bu cərimə də dövri olacaq idi. Lakin qərarın ləğvinin məhkəmə məsələsi ən azı 1 il müddətində davam edəcəyini nəzərə alaraq, məcburi cəriməni ödəmişdir. Ancaq qərarla razılaşmır və qərar ləğv olunacağı tədirdə Dövlət X8 müvafiq sənədi ilə Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsindən vəsait ona qaytarılacaqdır. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq şikayətçi və inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Ağcabədi rayonu X10 Bölməsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını dinlədikdən sonra şikayəti və əlavə edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, şikayət təmin edilməli, 29 sentyabr 2024-cü il tarixli, TP ******* nömrəli qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 İXM-nin 327.2-ci maddəsinin tələblərini pozduğu üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 İXM-nin 327.2-ci maddəsinə əsasən 100 manat məbləğdə inzibati cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.4-cü maddəsinin də tələbindən də göründüyü kimi inzibati xəta hadisəsinin fotosu həmin inzibati xəta haqqında iş üzrə icraat başa çatanadək saxlanılmalıdır. Lakin, məlumat verilməsinə baxmayaraq, X2 həmin vaxt törətdiyi inzibati xəta hadisəsinin fotosu, video görüntüsü məhkəməyə təqdim edilməmiş, ümumiyyətlə, X2 həmin vaxt Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair 29 sentyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128 - 137-ci maddərini rəhbər tutaraq, məhkəmə qərara aldi : Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada təbeh edilməsinə dair 29 sentyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-1104/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-1104/2024
16.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver