Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-1106/2024 23.10.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X2 iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Şəki rayonu, Baş Küngüt kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx olan, subay, fərdi əməklə məşğul olan, Şəki rayonu, Baş Küngüt kəndində qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs polis şöbəsinin inzibati binasında ucadan səs-küy salaraq nalayiq ifadələr işlədərək polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış və beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X4 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə müraciət əsasında polis şöbəsinə dəvət olunmuş, şöbəyə gəldikdən sonra inzibati binasının qarşısında şöbəyə sassız olaraq dəvət olunduğunu bildirərək ucadan səs-küy salaraq nalayiq ifadələr işlədərək polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmadığından polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilmişdir. İnzibati binanın daxilində də, o yüksəkdən danışaraq polisin iş rejimini pozmuş, nalayiq ifadələr işlədərək polisin qanuni tələblərinə tabe olmamışdır. Bundan sonra Şəxs barəsində xx.xx.2024-cü il tarixdə İXMnin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin Şəxs xx.xx.2024-cü il tarixdə Şəki Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətinə cəlb olunaraq 200 (iki yüz) manat inzibati cərimə olunmuşdur. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə evin elektrik enerjisinin kəsilməsi səbəbi ilə poçta ödəniş etməyə getmiş lakin ödəyə bilmədiyi üçün “DİN”-nin 102 xidmətinə zəng edərək şikayətini bildirmiş, əsəbləşdiyi üçün polisin və operatorun ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan sonrə Şəki ŞRPŞ tərəfindən ona zəng gələrək polis şöbəsinə dəvət olunmuş, o isə Bakı şəhərində olduğu üçün gələ bilməyəcəyini rayona qayıdanda gələcəyini demişdir. Daha sonra iş yoldaşı ilə işlədiyi idarəyə qol çəkmək üçün gedib oradan çıxanda polis əməkdaşları tərəfindən avtomobilə əyləşdirilib polis şöbəsinə aparılmışdır. O, polis şöbəsində ucadan səs-küy salmamış heç bir tabesizlik göstərməmişdir. “102” Qaynar Xəttinə zəng edib polisi təhqir etdiyi üçün əməlindən peşmandır. Qeyd edilənləri nəzərə alaraq, onun barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X5 məhkəmə iclasında şəxsin əməlində inzibati xəta tərkibi olmadığından, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis kiçik leytenantı X6 ifadə verərək bildirdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarışı İdarəsi tərəfindən daxil olmuş məktuba əsasən Şəxs “102” Qaynar Xəttinə zəng edərək təhqiramiz ifadələr işlətməsi səbəbi ilə göstərilən əməllərdən çəkinməsinin izah olunması səbəbindən Polis Şöbəsinə dəvət olunmuşdur. Polis şöbəsində o, izahat verərkən ucadan səs-küy salaraq nalayiq ifadələr işlətmiş və polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin PPX bölüyünün polis baş serjantı X11 ifadə verərək bildirdi ki, xidmətdə olduğu zaman 1 nəfər şəxsin polis şöbəsində səs-küy saldığını görmüşdür. Yaxınlaşıb onu nizamn intizama dəvət etsələr də, Şəxs ucadan nalayiq ifadələr işlədərək polisin qanuni tələblərinə tabe olmayaraq tabesizlik göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin PPX bölüyünün polis nəfərləri X10 və X7 şahid X8 izahatına uyğun izahat vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahat verəərk bildirdi ki, Möylam onun iş yoldaşıdır. İdarəyə qol çəkmək üçün birlikdə getmişlər, idarədən çıxanda 3 maşın olmaqla 7-8 nəfər polis əməkdaşı Şəxs maşına mindirərək polislərdən birinin dediyinə görə polis şöbəsinə aparmışlar. Möylamın anasına telefonla məlumat verdikdən sonra polis şöbəsinə getmişdir. İş materiallarında olan; “İnzibati qaydada tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 17:37-də tutulmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarışı İdarəsi tərəfindən Şəki ŞRPŞ-nə ünvanlanmış məktubdan görünür ki, Şəki rayonu Baş Küngüt kəndində yaşayan Şəxs xx.xx.2024-cü il tarixdə saat 21:18-də “DİN”-in 102 xidməti zəng mərkəzinə ***-***-**-** saylı mobil nömrədən zəng edib evinin elektrik enerjisinin kəsilməsindən və poçt xidmətinin bağlı olması səbəbindən ödəniş edə bilməməsindən narazı olduğunu bildirib, təhqiredici ifadələr işlətməsi ilə bağlı X3 Xidmətindən daxil olmuş və rəhbərlik tərəfindən nəzarətə götürülmüş raportun araşdırılması səbəbindən nəticə barədə 3 gün müddətinə BCAİ-yə məlumat verilməsi xahiş edilmişdir. “Şəxsi axtarış və fiziki şəxslərdə olan şeylərin yoxlanılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs üzərinə baxış keçirilən zaman üzərində heçnə aşkar edilməmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(075)-997/2024 nömrəli qərardan görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətinə cəlb olunaraq 200 (iki yüz) manat inzibati cərimə olunmuşdur. Şəxs Şəki ŞRPŞ-də verdiyi izahatdan görünür ki, o, evində elektrik enerjisinin kəsilməsi səbəbindən Daxili İşlər Nazirliyinin “102” Qaynar Xəttinə zəng edərək əsəbləşdiyindən nalayiq ifadələr işlətmiş, polisləri təhqir etmişdir. Bu səbəbdən xx.xx.2024-cü il tarixdə Şəki ŞRPŞ-ya çağırılan zaman inzibati binanın qarşısında səs-küy salaraq nalayiq ifadələr işlətmiş daha sonra inzibati binanın içərisinə daxil olduqdan sonra orada da nalayiq ifadələr işlədərək polislərin qanuni tələblərinə tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamasına görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs məhkəmə zalında inzibati məsuliyyətə cəlb olunmamaq məqsədilə polis şöbəsində etdiklərini etiraf etməsə də, o verdiyi izahatda törətdiyi əməlləri etiraf etmişdir. Bu səbəbdən məhkəmə Şəxs Şəki ŞRPŞ-da verdiyi izahatını daha mötəbər hesab edir. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, özünün polis şöbəsində verdiyi və şahidlərin izahatları ilə təsdiq edildi. Məhkəmə hesab edir ki, Şəxs ünvansız nalayiq ifadələr işlətməklə, Şəki ŞRPŞ-nin polis əməkaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, nalayiq söyüşlər söyməklə səs-küy salmış, ictimai qaydanı pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi İXM-nın 33.1.2-ci maddəsinə əsasən nzibati xətanı ağırlaşdıran hal kimi müəyyən olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, əmlak vəziyyətini, digər halları nəzərə alaraq, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli xx.xx.2024-cü il tarixdən, saat 17:37-dən hesab edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elşən Vəliyev AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004, Tel: 244-70-13, Faks: (024) 244-30-70 www.shakicourt.gov.az Elektron ünvan Cavab verərkən bizim nömrəyə istinad edin: İş № 3 (075)-1106/2024 23 oktyabr 2024-cü il Şəki ŞRPŞ-nin rəisi, polis polkovniki cənab Elnur Həsənova Hörmətli Elnur müəllim ! İnzibati xəta edən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Şəki Rayon Məhkəməsinin 3 (075)-1106/2024 nömrəli, 23 oktyabr 2024-cü il tarixli qərarı icra edilməsi üçün Sizə göndərilir. Qoşma: 1) Qərar-03 vərəqə, 05 səhifə, 2) Portaldan çıxarış. Hörmətlə, Hakim: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №3(075)-1106/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-1106/2024
23.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver