Məhkəmə qərarları › İş №3(075)-1107/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-1107/2024

23.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-1107/2024 23.10.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X12, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Hacı-X1 iştirakları ilə, xx xxxxxxxx 1988-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx olan, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: 23 oktyabr 2024-cü il tarixli İnzibati xəta barədə protokolda göstərilmişdir ki, Şəxs 23 oktyabr 2024-cü il tarixdə Şəki ŞRPŞ-nin inzibati binasında olarkən ünvansız, nalayiq ifadələr işlədərək səs-küy salıb, polisin qanuni iş rejimini pozmuş, polisin qanuni tələbini pozmuşdur. Beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X23 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Şəki şəhər ərazisində qanunsuz küçə ticarəti ilə bağlı tədbirlər keçirilir. Lakin Şəki şəhəri Z.Əliyeva küçəsində yerləşən “Şərifoğlu” tikinti materiallarının sahibi Şəxs dəfələrlə mağazanın qarşısına tikinti materiallarını tökməməsi barədə xəbərdalıq edilməsinə baxmayaraq o, mağzanın qarşısına tikinti materialları töküb qanunsuz küçə ticarəti ilə məşğul olur. Bununla bağlı ona xəbərdarlıq edilməsi ilə bir neçə dəfə akt da tərtib olunmuşdur. xx.xx.2024-cü il tarixdə şəhər ərazisində qanunsuz küçə ticarəti ilə bağlı keçirilən tədbirlər zamanı saat 12:15 radələrində “Şərifoğlu” tikinti materialları mağazasının qarşısında tiknti materiallarını qanunla müəyyən edilməyən yerə qoyub satışı ilə məşğul olması müəyyən edilmişdir. Bununla bağlı Şəxs polis şöbəsinə dəvət olunmuş, onunla qanunsuz küçə ticarətinə yol verməməsi ilə bağlı izahedici işlər aparılan zaman o, polis şöbəsində səs-küy salaraq polisin iş fəaliyyətini pozmuş, tərəflərindən nizam-intizama dəvət edilsə də o, etikadan kənar hərəkət etməklə onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən onun barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokolu müdafiə edir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, o, Şəki şəhəri, Zərifə Əliyeva küçəsində öz adına qeydiyyata alınmış “Şərifoğlu” inşaat materialları mağazasını işlədir. Həmin mağazanı 2021-ci ildən etibarən işlətmişdir. İşlətdiyi mağazanın qarşısında əvvəllər bir neçə dəfə qanunsuz küçə ticarəti ilə məşğul olduğu üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, inzibati məsuliyyətə cəlb edilmişdir. Bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə işlətdiyi inşaat materialları mağazasının qarşısında firma işçiləri tərəfindən bir bağlama tor məhsulu qoyulmuşdur. Həmin məhsullar mağazanın qarşısına qoyuluduqdan sonra təxminən yarım saat gecikmə olmuş, yarım saat ərzində məhsulları mağazaya yığmışlar. O, həmin vaxtı həmin mallardan satış etməmişdir. Bildirmişdir ki, onun mağazasının anabarında yer olmadığı üçün məcbur qalıb bəzi malları mağazanın qarşısına yığmışlar. Göstərmişdir ki, Mallar mağazanın qarşısında olduğu zaman polis əməkdaşları yaxınlaşmış, onu polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşlarına qarşı hər hansı tabesizlik göstərmədən, etiraz etmədən polis şöbəsinə getmişdir. Polis şöbəsində olduğu müddət ərzində də polis əməkdaşlarının qanuni tələblərinə tabe olmuş, tabesizlik göstərməmiş, səs-küy salmamış, nalayiq ifadələr işlətməmişdir. Himayəsində iki azyaşlı övladı vardır. Həyat yoldaşı psixoloji xəstəlikdən əziyyət çəkir. Bundan sonra mağazanın qarşısına mal yığmayacaqdır. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X4 oğlu məhkəmə iclasında şəxsin əməlində inzibati xəta tərkibinin olmamasını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şəki ŞRPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X17 ifadə verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə Şəki şəhəri ərazisində qanunsuz küçəsi ticarətinə qarşı vaxtaşırı keçirilən tədbirlərlə bağlı tağım komandiri Elbrus Eminov və sahə rəisi Anar Xalıqovla birlikdə xidmətdə olduqları zaman şəhəri Z.Əliyeva küçəsi ərazisində yerləşən “Şərifoğlu” inşaat malları mağazası qarşısında inşaat malları yığıldığını, qanunsuz küçə ticarəti ilə məşğul olunduğu aşkar edildi. Əvvəllər həmin mağazanın sahibinə bu barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, yenə də qeyd edilən ərazidə mağazanın qarşısına inşaat malları yığılaraq qanunsuz küçə ticarəti ilə məşğul olunurdu. Onlar həmin mağazanın sahibinə yaxınlaşaraq özlərini təqdim etmiş, qanunsuz küçə ticarəti ilə məşğul olduğuna görə onu polis şöbəsinə dəvət etmişdilər. Şəki ŞRPŞ-nin inzibati binasında mağazanın sahibi Şəxsla qanunsuz küçəsi ticarətinə yol verməməsi barədə izahat alınan zaman, həmin şəxs ucadan səs-küy salaraq polis şöbəsinin iş fəaliyyətini pozmuşdur. Tərəflərindən həmin şəxs nizam-iltizama dəvət edilib, qanunlara hörmətlə yanaşılması bildirilsə də, həmin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şəki ŞRPŞ-nin PPXB-nin bölük komandirinin müavini, polis baş leytenantı X6 ifadə verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə Şəki şəhəri ərazisində qanunsuz küçə ticarəti ilə bağlı sahə rəisi ilə birlikdə reyd keçirilən zaman Şəki şəhəri, Z.Əliyeva küçəsində yerləşən “Şərifoğlu” inşaat materialları mağazasının qarşısında çöl tərəfdə tikinti materialları qoyulub satılması müəyyən edilmişdir. Mağazanın sahibi qanunsuz küçə ticarəti ilə məşğul olduğu üçün polis şöbəsinə dəvət edilmişdir. Şəki ŞRPŞ-də olarkən həmin mağazanın sahibi Şəxs ucadan səs-küy salmağa başladı. Onlar həmin şəxsi dəfələrlə nizam-iltizama dəvət edib, qanunlara hörmətlə yanaşmağını bildirsələr də, həmin şəxs öz hərəkətlərini qərəzli şəkildə davam etdirib, polis şöbəsinin iş rejimini pozmuş, polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X7 və Şəki ŞRPŞ-nin PPXB-nin taqım komandiri, polis komandiri X18 digər şahidlər X17 və X6 ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; - “İnzibati qaydada tutulma haqqında” 23 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 14:30-da tutulmuşdur. - “Şəxsi axtarış və fiziki şəxslərdə olan şeyləri yoxlama haqqında” 23 oktyabr 2024cü il tarixli protokoldan görünür ki, Şəxs üzərinə baxış keçirilən zaman üzərində heç nə götürülməmişdir. - xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 10:30 radələrində Şəxs işlətdiyi “Şərifoğlu” inşaat malları mağazasının qarşısında inşaat malları töküb satdığı üçün İXM-nin 454-cü maddəsinin tələblərini pozmuş, barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. - xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs İXM-nin 454-cü maddəsinə əsasən 80 manat məbləğdə inzibati cərimə edilmişdir. - xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Şəxs Şəki şəhəri Z.Əliyev küçəsində işlətdiyi “Şərifoğlu” inşaat malları mağazasının qarşısında tikinti malları töküb satmaqla küçə ticarəti ilə məşğul olduğu üçün İXM-nin 454-cü maddəsinin tələblərini pozmuş, barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. - xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs İXM-nin 454-cü maddəsinə əsasən 80 manat məbləğdə inzibati cərimə edilmişdir. - xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Şəki şəhəri Z.Əliyev küçəsində işlətdiyi “Şərifoğlu” inşaat malları mağazasının qarşısında qanunsuz küçə ticarəti ilə məşğul olduğu üçün İXM-nin 454-cü maddəsinin tələblərini pozmuş, barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. - xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs İXM-nin 454-cü maddəsinə əsasən 80 manat məbləğdə inzibati cərimə edilmişdir. - xx.xx.2024-cü il tarixli baxış aktında qeyd edilmişdir ki, Şəki ŞİHBA-nın Memarlıq və tikinti şöbəsinin müdiri - baş memar X9, Şəki ŞİHBA-nın Hüquq şöbəsinin müdiri X10, Şəki ŞİHBA-nın Şəhər təsərrüfatı şöbəsinin baş məsləhətçisi X8, Şəki ŞİHB-nın 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi X19, Şəki bələdiyyəsinin sədri X3, Şəki Şəhər- Rayon Polis şöbəsinin rəisinin xidmət üzrə müavini, polis polkovnik-leytenantı X24, Şəki Şəhər-Rayon Polis şöbəsinin Post Patrul Xidmətinin bölük komandiri, polis mayoru X20 və Şəki Şəhər-Rayon Polis şöbəsinin Post Patrul Xidmətinin bölük komandirinin müavini, polis baş leytenantı X2 iştirakı ilə Azərbaycan Respublikasının Prezidentinin müvafiq Fərmanına əsasən Şəki Şəhər İcra Hakimiyyəti başçısı yanında yaradılmış qanunsuz tikintilərlə mübarizə üzrə komissiyası tərəfindən, şəhər ərazisində qanunsuz tikintilərə qarşı mübarizə tədbirləri çərçivəsində keçirilən monitorinq zamanı. Azərbaycanın ən qədim və turistik şəhərlərindən olan Şəki şəhərinin əsas giriş yerlərindən biri olan və şəhərin turistik istirahət zonasına gedən marşrut üzərində yerləşən Zərifə Əliyeva küçəsinə də baxış keçirilmişdir. Keçirilmiş baxış zamanı. ünvan 3 ünvanında yaşayan Şəxs məxsus şəhərin Zərifə Əliyeva küçəsində yerləşən fərdi yaşayış evi adı altında inşa edilmiş təmir-tikinti materiallarının satışı ilə məşğul olduqları ticarət obyektinin qarşısında vətəndaş Şəxs və X14 tərəfindən şəhər bələdiyyəsinə məxsus, ümumi istifadədə olan torpaq sahəsində inşaat materialları yüklü ağır tonnajlı yük maşınlarının saxlanıldığı, eləcə də müxtəlif inşaat materiallarının düzülərək ərazini faktiki olaraq zəbt etmək yolu saxlanc yeri və satış meydançası kimi istifadə edildiyi, həmçinin müxtəlif inşaat materiallarının tullantıları ilə ətraf ərazini müntəzəm olaraq çirləndirdikləri müəyyən edilmişdir. Vətəndaşlar Şəxs və X14 əraziyə dəvət edilmiş, bu halın ilk dəfə olmadığı, onlara dəfələrlə yuxarıda qeyd olunan növqsanların aradan qaldırılması tapşırılmış, qüvvədə olan qanunvericiliyin tələbləri onlara ətraflı izah edilmiş və tərtib edilən aktla şifahi olaraq tanış edilmişlər. - xx.xx.2024-cü il tarixli baxış aktında qeyd edilmişdir ki, Şəki ŞİHBA-nın Memarlıq və tikinti şöbəsinin müdiri - baş memar X9, Şəki ŞİHBA-nın Hüquq şöbəsinin müdiri X10, Şəki ŞİHBA-nın Şəhər təsərrüfatı şöbəsinin baş məsləhətçisi X8, Şəki ŞİHB-nın 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi X19, Şəki bələdiyyəsinin sədri X3, Şəki Şəhər- Rayon Polis şöbəsinin rəisinin xidmət üzrə müavini, polis polkovnik-leytenantı X24, Şəki Şəhər-Rayon Polis şöbəsinin Post Patrul Xidmətinin bölük komandiri, polis mayoru X20 və Şəki Şəhər-Rayon Polis şöbəsinin Post Patrul Xidmətinin bölük komandirinin müavini, polis baş leytenantı X2 iştirakı ilə Şəki Şəhər İcra Hakimiyyəti başçısı yanında yaradılmış qanunsuz tikintilərlə mübarizə üzrə komissiyası tərəfindən, şənər ərazisində qanunsuz tikintilərə qarşı mübarizə tədbirləri çərçivəsində keçirilən monitorinq zamanı, Azərbaycanın ən qədim və turistik şəhərlərindən olan Şəki şəhərinin əsas giriş yerlərindən biri olan və şəhərin turistik istirahət zonasına gedən marşrut üzərində yerləşən Zərifə Əliyeva küçəsinə növbəti dəfə baxış keçirilmişdir. Keçirilmiş baxış zamanı, ünvan 3 ünvanında yaşayan X11 məxsus şəhərin Zərifə Əliyeva küçəsində yerləşən fərdi yaşayış evi adı altında inşa edilmiş təmir-tikinti materiallarının satışı ilə məşğul olduqları ticarət obyektinin qarşısında vətəndaş Şəxs və X14 tərəfindən yenə də bundan bir neçə bir müddət əvvəl keçirilən monitorinq zamanı onlara edilmiş çoxsaylı xəbərdarlıqlara məhəl qoymadan eyni əməlləri təkrar törətdərək şəhər bələdiyyəsinə məxsus, ümumi istifadədə olan torpaq sahəsində inşaat materialları yüklü ağır tonnajlı yük maşınlarının saxlanıldığı, eləcə də müxtəlif inşaat materiallarının düzülərək ərazini faktiki olaraq zəbt etmək yolu saxlanc yeri və satış meydançası kimi istifadə edildiyi, həmçinin müxtəlif inşaat materiallarının tullantıları ilə ətraf ərazini müntəzəm olaraq çirkləndirdiklərı müəyyən edilmişdir. Vətəndaşlar Şəxs əraziyə növbəti dəfə dəvət edilmiş ona qüvvədə olan qanunvericiliyin tələbləri ətraflı izah edilərək yuxarıda sadalan nöqsanların aradan qaldırılması bir daha tapşırılmış və tərtib edilən aktla şifahi olaraq tanış edilmişdir. - CD diskdəki fotoşəkillərdən görünür ki, “Şərifoğlu” inşaat mağazasının qarşısında tikinti materialları yığılmış, eyni zamanda ağır tonnajlı yük maşını saxlanılmışdır. Məhkəmə proses iştirakçılarını və şahidləri dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddələr ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, 535.1-ci maddəsi isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, şahidlərin izahatları və iş materialları ilə təsdiq edildi. Məhkəmə hesab edir ki, Şəxs ictimai yerdə, yəni polis şöbəsində nalayiq ifadələr işlətməklə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, ucadan səs-küy salaraq ictimai qaydanı pozmuşdur. Polis əməkdaşlarının iradlarına əməl etməmişdir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə, Şəxs törətdiyi inzibati xətaların xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, o, İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli və daha ciddi xəta kimi həmin Məcəllənin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində ona inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi qanuni, əsaslı və ədalətlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 23 oktyabr 2024-cü il saat 14:30-dan hesablansın. Qərardan, təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar