Məhkəmə qərarları › İş №3(075)-1115/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-1115/2023

26.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-1115/2023 26.12.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, X1, Şəki rayonu Yol Patrul Xidməti inspektoru, polis serjantı X4 iştirakı ilə, X1 23 noyabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 şikayət ilə məhkəməyə müraciət edərək, Şəki ŞRPŞ-nin YPB-nin 23 noyabr 2023-cü il tarixli inzibati tənbeh verilməsi haqqında TP-6128256 nömrəli qərarının qanunsuz olduğundan ləğv edilərək Azerbaycan Respublikası inzibati Xətalar Məcəlləsini 342.5-ci maddəsinin saksiyasında göstərilmiş 50 (əlli) manat cərimə cəzasının üzərindən silinməsi və inspektor Nuran Cavadlı barəsində xüsüsi qərardad çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə, saat 09:29 radələrində Şəki şəhərinin Salman Mümtaz küçəsində **-CC-*** dövlət qeydiyyat nömrəli avtomobillə hərəkətdə olarkən Yol paturul xidmətinin inspektoru sonradan adı ona məlum olmuş polis serjantı X9 tərəfindən saxlanılmışdır. Sənədlərə baxış keçirilərkən heç bir nöqsan aşkar edilməmişdir. Bundan sonra Nuran Cavadlı tərəfindən avtomabilin mühərrik hissəsinin kapotunun açılmasına göstəriş vermiş o, göstərişə tabe olaraq kapotu qaldırmışdır. Mühərrik hissəsinə baxış keçirildikdən sonra polis inspektoru tərəfindən ban nömrəsinin oxunmadığını bəhanə etdi o, inspektora demişdir ki, təqdim etdiyi sənədlərdə açaq aşkar ban nömrəsi barədə qeydlər var siz bunları görə-görə deyirsiz ki, ban nömrəsi yoxdur oxunmur. Nuran Cavadlı öz cavabında demişdir ki, o, deyirsə yoxdur demək. Avtomobil duracağa getməlidir demək ki, getməlidir. O deyəndə ki, bu qanunsuzluqdur polis inspektor ona zor tətbiq edərək ya avromobil duracağa gedəcək, ya da Şəki ŞRPŞ-nin PPX-i çağıracağı barədə hədə qorxu gələrək hüquqları kobud surətdə pozaraq avtomobili duracağa aparmışdır. Ban nömrəsini bəhənə edərək duracağa aparılmış avtomobilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə TP ******* nömrəli qanunsuz qərar qəbul etmişdir. Ondan öncə avtomobil sahibi olan mülkiyyətçi X6 və etibarnamə üzrə sahibi X5 tərəfindən adı gedən avtomobil vasitəsi xx.xx.2023-cü il tarixdə nömrəli MF 15007605 nömrə ilə Şəki RQİ və TBŞ-si tərəfindən texniki baxışdan keçirilmişdir. Əgər hər hansı nasazlıq və yaxud avtomobilin hüquqi sənədlərində catışmayan hər hansı hal olsaydı həmin avtobilin texniki baxışdan keçirilməsi qeyri mümkünsüzlüyü tam şəkildə ortalıqdadır. O, adı gedən **-CC-*** dövlət qeydiyyat nömrəli minik avtomobilini xx.xx.2023-cü il tarixdə alqı-satqı yolu ilə alaraq həmin gündə də adına rəsmiləşdirmişdir. Avtomobildə hər hansı nasazlıq və yaxud catışmazlıq olsa idi Şəki RQİ və TBŞ-si tərəfindən adına rəşmiləşdirilməsi mümkün olardımı. X10 elədiyi qanunsuzluğa görə hazırkı şikayətlə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Adına rəsmiləşdirilmiş avtomobilin hər hansı texniki nasazlığı yoxdur. Belə ki, həmin avtomobil sıfırdan yığılaraq alqı-satqı günü sürülməyə başlanmışdır. Şəki ŞRPŞ-nin YPB-si tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə qərar qəbul edilərək 50 (əlli) manat məbləğdə cərimə edilmişdir. Halbuki avtomobildə heç bir nasazlıq olmaya olmaya. Odur ki, şikayətin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. X3 məhkəmə iclasında şikayətə uyğun izahat verərək göstərmişdir ki, onun İXM-nin 342.5-ci maddəsi ilə cərimə edilməsinə əsas maşının motorunda ban nömrəsinin görünməməsi olmuşdur. Halbuki, ban nömrəsinin üstü boya olduğu üçün görünməmişdir. Polis inspektorunun yanında həmin boya təmizlənmiş və ban nömrə oxunmuşdur. Lakin Buna baxmayaraq onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Şəki rayonu, Yol Patrul Xidməti inspektoru, polis serjantı X9 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, 23 noyabr 2023-cü il tarixdə təxminən saat 09:30 radələrində xidmətdə olduğu zaman **-CC-*** dövlət qeydiyyat nömrəli avtomobil tərəfindən saxlanılmışdır. Özünü təqdim etmiş və ona bildirmişdir ki, küləyə qarşı olan ön şüşəsinin yuxarı hissəsi Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi” Qaydasının 3.1bəndində nəzərdə tutulmuş həddən artıq tündləşdirilmişdir. Belə ki, nəqliyyat vasitəsinin ön şüşəsinin günlüyü olduğundan tündləşdirilmiş hissə həmin günlüyü keçməməli idi. Lakin avtomobildə tündləşdirilmiş hissə günlükdən çox olduğundan barəsində İXM-nin 342.5-ci maddəsi ilə protokol tərtib edilərək inzibati tənbeh vermə haqqında qərara əsasən 50 manat miqdarında cərimə edilmişdir. Samir Qasımovun dediyi kimi maşının mühərrikinə də baxış keçirilmiş, ban nömrəsi yaxşı görünməmişdir. Lakin sonra üzərindəki boya təmizləndikdən sonra ban nömrəsi göründüyündən həmin əsasla barəsində protokol tərtib edilməmişdir. Protokol şikayətçi tərəfindən imzalanaraq yaranmış nasazlığı aradan qaldıracağı qeyd edilmişdir. Həmin vaxt üzərində olan kamerada nasazlıq olduğundan telefon vasitəsilə çəkiliş aparılmışdır. Hesab edir ki, tərtib etmiş olduğu qərar əsaslıdır. Ərizənin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayəti nəzərdən keçirib və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, şikayət təmin edilməməlidir. İşdə olan xx.xx.2023-cü il tarixli İXP ******* saylı protokoldan görünür ki, X13 İXM-nin 342.5-ci maddəsinin tələblərini pozduğuna görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol şikayətçi tərəfindən imzalanmış, yaranmış nasazlığı aradan qaldıracağı barədə qeyd də aparmışdır. İşdə olan 23 noyabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X13 İXM-nin 342.5-ci maddəsinin tələblərini pozduğuna görə 50 manat məbləğində cərimə edilmişdir. Şəki rayonu, Yol Patrul Xidməti inspektoru, polis serjantı X9 tərəfindən təqdim edilərək iş materiallarına əlavə edilmiş video çəkilişdən görünür ki, Şəki rayonu, Yol Patrul Xidməti inspektoru, polis serjantı X2 Samir Kamil oğluna tərtib edilmiş protokolu təqdim edərək etirazının olub-olmamasını soruşur, S.Qasımov isə cavabında etirazı olmadığını və yaranmış nasazlığın düngün tapıldığını bildirir. Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, İXM-nin 342.5-ci maddəsində öz əksini tapmış “belə nasazlığın aradan qaldırılması mümkün olmayan” ifadəsi həmin an üçün aradan qaldırılmalı olması kimi şərh olunmalıdır. Lakin sürücü həmin vaxtda avtomobilində olan qeyd olunan nasazlığı aradan qaldıra bilməmişdir. Şikayətçi məhkəmə iclasında Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsinin tələblərini pozmadığını, protokolun avtomobilin ban nömrəsinin görünməməsi səbəbindən tərtib edildiyini bildirmişdir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İnzibati iş üzrə X13 şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. X8 İXM-nin 342.5-ci maddəsinin tələblərini pozması iş materiallarına əlavə edilmiş sənədlərlə, həmçinin məhkəməyə təqdim edilmiş video görüntü ilə tam təsdiq edilir. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, X8 barəsində qəbul olunmuş 23 noyabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, X8 barəsində qəbul edilmiş 23 noyabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və 50 manat cərimənin silinməsi barədə şikayəti əsaslı olmadığından təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, protokol tərtib edən şəxs Nuran Cavadlı barəsində xüsüsi qərardad çıxarılması barədə tələb də əsassızdır və təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X8 Şəki ŞRPŞ-nin YPB-nin 23 noyabr 2023-cü il tarixli inzibati tənbeh verilməsi haqqında TP-6128256 nömrəli qərarının qanunsuz olduğundan ləğv edilərək Azerbaycan Respublikası inzibati Xətalar Məcəlləsini 342.5-ci maddəsinin saksiyasında göstərilmiş 50 (əlli) manat cərimə cəzasının üzərindən silinməsi və inspektor Nuran Cavadlı barəsində xüsüsi qərardad çıxarılması barədə şikayəti təmin edilməsin. Qərardan surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar