Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-1118/2023 21.12.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1968-ci il tarixdə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx olan, alli təhsilli, evli, ünvan 1 ünvanda yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 tərəfindən tərtib edilmiş 24 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Rayon Məhkəməsinin e-2(075)-547/2019 saylı, 19 mart 2019cü il tarixli, Şəki Rayon Məhkəməsinin e-2(075)-538/2019 saylı, 16 aprel 2019-cü il tarixli və Şəki Rayon Məhkəməsinin e-2(075)-2975/2017 saylı, 25 may 2017-ci il tarixli icra sənədlərinin icrası təmin edilmədiyi üçün borclu "xxxx" ASC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola 10 yanvar 2023-cü il tarixli, 1 nömrəli əlavədə qeyd edilmişdir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 19 mart 2019-cu il tarixli, 2(075)- 547/2019 saylı icra sənədinə əsasən "xxxx" ASC-nin nizamnaməsinin, "xxxx" ASC-nin 2017-ci ilə dair İdarə heyətinin hesabatının, "xxxx" ASC-nin 2017-ci ilə dair müşahidə şurasının hesabatının, "xxxx" ASC-nin səhmdarlarının təzə reyestrinin, "xxxx" ASC-nin 2017-ci ilin yekunlarına dair keçirilmiş ümumi yığıncağının protokolunun, "xxxx" ASC-nin 2017-ci ilə dair maliyyə nəticələri haqqında hesabatının müəssisənin balansının mənfəət vergisinin bəyannaməsinin müəssisənin balansına 5 saylı əlavənin surətləri hər səhifəsinə “Əsli ilə düzgündür” ştamp və möhürü vurulmaqla "xxxx" ASC-dən alınaraq tələbkar X2 verilməlidir. "xxxx" ASC-dən 10 (on) manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilməlidir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 16 aprel 2019-cu il tarixli, 2(075)-538/2019 saylı icra sənədinə əsasən "xxxx" ASC-nin nizamnaməsinin, "xxxx" ASCnin səhmdarlarının yeni reyestrinin, "xxxx" ASC-nin 2017-ci ilin yekunlarına dair keçirilmiş ümumi yığıncağının protokolunun, "xxxx" ASC-nin 2017-ci ilə dair maliyyə nəticələri haqqında hesabatının müəssisənin balansının mənfəət vergisinin bəyannaməsinin, əlavənin, "xxxx" ASC-nin 2017-ci ilə dair Ümumi yığıncağında iştirak edən qeydiyyatdan keçən səhmdarların siyahısının, "xxxx" ASC-nin emissiya prospektinin, "xxxx" ASC-nin 2017-ci ildə fiziki və digər şəxslərlə bağlanmış icarə müqavilələrinin şərtiəri ilə birlikdə təsdiq olunmuş surətləri "xxxx" ASC-dən alınaraq X5 verilməlidir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 25 may 2017-ci il tarixli, 2(075)-2975/2017 saylı icra sənədinə əsasən "xxxx" ASC-dən nizamnaməsinin surəti, təzə reyestrinin surəti, 2012, 2013, 2014 və 2015ci illərin yekununa dair keçirilmiş ümumi yığıncaqlarının protokollarının surətləti, 2014- 2015-ci illərin maliyyə nəticələri haqqında hesabatların, müəssisənin balansının mənfəət vergisinin bəyannaməsinin surətləri alınaraq X5 verilməlidir. "xxxx" ASC-dən 10 (on) manat məbləğində dövlət rüsumu tutularaq X5 verilməlidir. Qeyd edilən icra sənədləri müvafiq olaraq xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2017-ci il tarixlərdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinə uyğun olaraq borclu "xxxx" ASC barəsində olan icra sənədləri xx.xx.2022-ci il tarixli qərarla ümumi icraatda birləşdirilmişdir. Görülmüş icra tədbirləri nəticəsində borclu hüquqi şəxsin rəhbərinin ünvan 2 ünvanında yaşayan 27 may 1955-ci il təvəllüdlü Şəxs olduğu müəyyən edilmişdir. Həmin müəssisə rəhbərinə rəsmi xəbərdarlıq edilərək icra sənədində göstərilən öhdəlikləri yerinə yetirməsi tələb edilsə də, onun tərəfindən qanuni tələblər yerinə yetirilməmişdir. "xxxx" ASC-nin rəhbəri Şəxs tələbin icrası ilə əlaqədar 11 noyabr 2022-ci il tarixdə verdiyi izahatda həmin sənədlər tərtib olunan dövrdə müəssisə rəhbəri olmadığını, 2021-ci ildə müəssisənin rəhbəri seçildiyini, icra sənədində göstərilən sənədləri rəhbər olarkən ona təqdim olunmadığını bildirmiş və buna görə də həmin sənədləri təqdim edə bilməyəcəyini göstərmişdir. Bununla da "xxxx" ASC-nin rəhbəri Şəxs vəzifəli şəxs kimi icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 protokola əlavəyə uyğun izahat verərək Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-547/2019 saylı, xx.xx.2019-cu il tarixli, 2(075)-538/2019 nömrəli, xx.xx.2019-cu il tarixli və 2(075)- 2975/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədlərində adları göstərilən sənədlər tələbkarlara verilməlidir. O, hazırda faktiki rəhbər olduğu "xxxx" ASC-yə aid heç bir sənəd ona təhvil verilməmişdir. O, həmin müəssisəyə xx.xx.2023-cü il tarixdə rəhbər təyin edilmişdir. Həmin tarixədək onun "xxxx" ASC barədə heç bir məlumatı olmamışdır. Həmçinin rəhbər seçildikdən sonra ona "xxxx" ASC-yə məxsus olan möhürdən başqa heç bir sənəd təhvil verilməmişdir. O, bugünədək bir neçə dəfə icra və probasiya şöbəsində olmuş, icra sənədinin icrası ilə əlaqədar onunla söhbətlər aparılmış və ondan "xxxx" ASCyə məxsus sənədlərin verilməsi tələb edilmişdir. Bununla əlaqədar o dəfələrlə bildirmişdir ki, həmin müəssisəyə rəhbər seçildiyi zaman onunla möhürdən başqa heç bir əmlak və hüquqi sənədlərin təhvil-təslimi olmamışdır. Həmçinin bildirmişdir ki, o, icra məmuru ilə birlikdə "xxxx" ASC-nin binasında sənəri axtarmış, bir neçə sənəd əldə edilmiş, həmin sənədlər də icra məmuruna təhvil verilmişdir. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, artıq 5 ilə yaxın müddət keçməsinə baxmayaraq məhkəmə qətnaməsi icra olunmamış, qeyd olunan sənədlərin ona verilməsi barədə heç bir tədbir görülməmiş həmin sənədlərin ona verilməsi təmin edilməmişdir. Tərəfindən bir neçə dəfə Şəki rayon üzrə İcra və Probasiya Şöbəsinin qəbulunda olmağına baxmayaraq heç bir nəticəsi olmamışdır. İcra məmuru hər dəfə müxtəlif bəhanələr gətirərək məhkəmə qətnaməsini icra etmək istəməmişdir. Azərbaycan Respublikası adından çıxan qətnaməyə bu qədər hörmətsiz münasibətə deməyə söz tapa bilmir. Tapılan sənədləri qəbul etmir, ona görə ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş sənədlərin tam şəkildə ona verilməsini istəyir. Məhkəmə iş materiallarını araşdırıb və proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir və buna görə o, inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyəti müəyyən edir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə Qərarında vurğulayır ki, Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materiallarından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri fiziki şəxslər üçün məcburi olmasına baxmayaraq, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 19 mart 2019-cu il tarixli, 2(075)-547/2019 saylı, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 16 aprel 2019-cu il tarixli, 2(075)-538/2019 saylı və Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 25 may 2017-ci il tarixli, 2(075)2975/2017 saylı icra sənədləri üzrə borclu, "xxxx" ASC-nin qanuni təmsilçisi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanuni qüvvəyə minmiş qərarın icrasına laqeyd münasibət bəsləməklə bu qərarı icra etməmiş və bununla da icrası bütün fiziki və hüquqi şəxslər üçün məcburi olan aktı icra edilməyərək kağız üzərində qalmışdır. Şəki rayonu üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməmişdir. Məhkəmə iclasında da Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, eyni zamanda onun əmlak vəziyyətini, həmçinin İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında vəzifəli şəxslərə ancaq cərimə cəzasının tətbiq edilməsinin nəzərdə tutulmasını nəzərə alaraq onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 4 sentyabr 2018-ci il tarixli qərarının nəticə hissəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 1200 (bir min iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-1118/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-1118/2023
21.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver