Məhkəmə qərarları › İş №3(075)-1118/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-1118/2024

28.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-1118/2024 28.12.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, Şəxs Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(075)-1118/2024 saylı inzibati xəta haqqında iş üzrə qərarına xitam verilməsi haqqında vəsatətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs vəsatətlə məhkəməyə müraciət edərək, Şəki Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 3(075)-1118/2024 saylı inzibati iş üzrə qərarına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinin tələblərini pozduğuna görə barəsində EQ 17595122 nömrəli inzibati qərarın cəriməsini qanunla müəyyən olunmamış əsaslar olmadan 3 (üç) aydan artıq müddətdə ödəmədiyinə görə onun barəsində İXM-nin 529.3-cü maddəsi ilə inzibati protokol tərtib edilərək baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(075)-1118/2024 saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmə hüququ 6 ay müddətinə məhdudlaşdırılmışdır. Şəxs vəsatətlə məhkəməyə müraciət etmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 3(075)-1118/2024 saylı inzibati xəta haqqında iş üzrə qərarına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 152.5-ci maddəsinə əsasən barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Şəxs vəsatətindən və vəsatətinə əlavə edilmiş qəbzdən görünür ki, EQ 17595122 nömrəli inzibati xəta haqqında protokol üzrə borc (müvafiq cərimə və dəbbə pulu) ödənilmişdir. Şəxs barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətməyə görə inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmə hüququnun 6 ay müddətinə məhdudlaşdırılması ilə bağlı Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(075)-1118/2024 saylı inzibati xəta haqqında iş üzrə qərarına onun vəsatəti əsasında xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130, 152.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmə hüququnun 6 ay müddətinə məhdudlaşdırılması ilə bağlı Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(075)- 1118/2024 saylı inzibati xəta haqqında iş üzrə qərarına xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar