Məhkəmə qərarları › İş №3(075)-1119/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-1119/2023

30.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-1119/2023 30.11.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X4 Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx xxxxxx 1983-cü il tarixdə Şəki rayonu, Kiş kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN:xxxxxxx olan, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Şəki rayonu, Kiş Ərazi Dairəsi Kiş kəndində pasport qeydiyyatında olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 30 noyabr 2023-cü il tarixdə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3267/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə borclu Şəxs 409 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" Məhdud Məsulıyyətlı Cəmiyyətinin xeyrinə ödənilməlidir. Şəki Rayon Məhkəməsinin e-2(075)-2416/ 2022-006 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 2720 manat məbləğində pul vəsaiti və 47.2 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Şəki Rayon Məhkəməsinin e-2(075)-1319/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu Şəxs 3513.32 manat məbləğində pul vəsaiti və 55.54 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. Şəki Regional "ASAN" xidmət mərkəzində notariat ofisinin 8l-17401 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 301.16 manat məbləğində pul vəsaiti və 25 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC- nin xeyrinə ödənilməlidir. Şəki Regional "ASAN" xidmət mərkəzində notariat ofisinin 8l-17400 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 626.81 manat məbləğində pul vəsaiti və 25 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədləri xx.xx.2014-cü il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il xx.xx.2023-cü il tarixlərində Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər məhkəməyə göndərilmişdir. Lakin borclu tərəfindən könüllü icra müddəti ərzində, nə də ondan sonrakı müddətdə tələblərin icrası təmin edilməmiş, borclar ödənilməmiş qalmışdır. Borclu icra sənədləri üzrə tələbləri könüllü müddətdə icra etmədiyindən nəğd pul vəsaitlərinin olub-olmamasını öyrənmək məqsədilə bank və kredit təşkilatlarına, əmlakının olub-olmaması barədə isə "Elektron İcra" sistemi vasitəsilə sorğular edilmiş, lakin borclunun adına heç bir pul vəsaiti və daşınar və daşınmaz əmlak əmlak aşkar edilməmişdir. Borclu icra sənədləri üzrə tələbləri yerinə yetirmədiyindən xəbərdarlıq göndərilmiş, şöbəyə çağırılmış, lakin borclu tələbləri yerinə yetirməmiş, çağırışlara gəlməmişdir. Şöbədə olarkən borcluya cəmi 7743.09 manat borcunun olduğu bildirildi, ümumiyyətlə borclarından ödəyib-ödəməməsi barədə sual verildi, borclu izahat verərək bildirdi ki, indiyədək "xxxx" MMC-nə 250 manat ödəyib, "xxxx" MMC-nə ödəniş edib, digər borclarından isə ümumiyyətlə ödəməmişdir. izahatı alınarkən 2014-cü ildə fəhlə işlədiyini, 2020-ci ildən sonra isə taksi fəaliyyəti ilə məşğul olduğunu, ayda 1000-1200 manat qazancının olduğunu, çağırışlardan, barəsində qəbul olunmuş məcburi gətirilmə qərarından məlumatının olduğunu, xəstəsi olduğu üçün gəlmədiyini bildirdi. Ödənişlərlə bağlı borcli ödəniş sənədi təqdim edə bilmədi. Borcludan bir daha borcunun ödənilməsi tələb edildi, borclu icra sənədləri üzrə tələbləri yerinə yetirmədi, borclarının ödənilməsi ilə bağlı icra məmurunun qanuni tələbini yerinə yetirmədi. Bu səbəbdən də onun həmin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, məhkəmə qətnamələri ilə müəyyən edilmiş borcunu inkar etmir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3267/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə borcunu tam şəkildə ödəmiş, lakin qəbzi olmadığı üçün icra şöbəsinə təqdim edə bilməmişdir. Qalan borcunu pandemiya dövründə işləmədiyindən ödəyə bilməmişdir. Hal-hazırda heç bir ödəniş edə bilmir. Borcunu ödəməkdən qərəzli olaraq yayınmır. Qalıq borcu hər ay hissə-hissə ödəyəcəkdir. Qeyd edilənləri nəzərə alaraq, icraata xitam verilməsini xahiş etmişdir. X4 Vəkil Bürosunun vəkili X5 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün və icra məmurunun izahatları və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. İş materiallarına əlavə edilmiş Nərimanov Rayon Məhkəməsinin 2(005)-3267/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədindən görünür ki, Şəxs 409 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" Məhdud Məsulıyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 2(075)-2416/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, Şəxs 2472,6 manat ödənilməmiş hissə, 247.4 manat cərimə borcu olmaqla, cəmi 2720 manat məbləğində borc və 47.2 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 2(075)-1319/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu Şəxs 2761.02 (iki min yeddi yüz altmış bir manat iki qəpik) manat əsas, 732.07 (yeddi yüz otuz iki manat yeddi qəpik) manat faiz və 20.23 (iyirmi manat iyirmi üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 3513.32 (üç min beş yüz on üç manat otuz iki qəpik) borc və ödənilmiş 55.54 (əlli beş manat əlli dörd qəpik) manat dövlət rüsumu tutularaq "xxxx" KB ASC-yə ödənilməlidir. İş materiallarına əlavə edilmiş Şəki Regional "ASAN" xidmət mərkəzində notariat ofisinin 8İ-17401 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 301.16 manat məbləğində pul vəsaiti və 25 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC- nin xeyrinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş Şəki Regional "ASAN" xidmət mərkəzində notariat ofisinin 8İ-17400 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 626.81 manat məbləğində pul vəsaiti və 25 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında 04 avqust 2014-cü il tarixli bildirişdən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3267/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında 23 noyabr 2022-ci il tarixli bildirişdən görünür ki, Şəki Regional "ASAN" xidmət mərkəzində notariat ofisinin 8İ- 17401 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədlərini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında 07 fevral 2023-cü il tarixli bildirişdən görünür ki, Şəki Rayon Məhkəməsinin 2(075)-2416/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında 19 oktyabr 2023-cü il tarixli bildirişdən görünür ki, Şəki Rayon Məhkəməsinin e-2(075)-1319/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. Şəki rayonu üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra vərəqənin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, ailə vəziyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, ödənilməmiş borcunun məbləğini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının aşağı həddində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 30 noyabr 2023-cü il tarixdən saat 12:00-dan hesablansın. Qərarın icrası Şəki Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar