Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-1122/2023 18.12.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X2 iştirakı ilə, X5 barəsində tərtib edilmiş EQ 17872664 saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə şikayətə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN Baş Dövlət Yop Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli EQ 17872664 nömrəli protokolun və həmin protokol əsasında yazılmış xx.xx.2023-cü il tarixli EQ17872664 saylı inzibati tanbeh vermə haqqında elektron qərarın ləğv edilərək, bərəsində olan iş üzrə icrata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, ona məxsus olan **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında dayandığı zaman yol patrul xidməti əməkdaşı tərəfindən onun avtomobilinə İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsinə əsasən “ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına görə” EQ17872664 nömrəli protokol tərtib etmişdir. Lakin qeyd edilmiş protokol və göndərilmiş şəkillər bunu əks etdirmir, çünki nəqliyyat vasitəsinin şəkli ayrıca, yol nişanın şəkli ayrıca çəkilmişdir. Əgər o, qayda pozuntusuna yol vermişdisə maşınla bərabər qadağanedici nişan da düşməli və məsafə göstərilməli idi. Lakin bu şəkillər ayrı-ayrılıqda çəkilmişdir. Şəkildən də göründüyü kimi həmin yerdə çoxlu sayda avtomobil dayanmışdır. O, avtomobili düzgün yerdə saxlamış və heç bir qayda pozuntusuna yol verməmişdir. Bununla bağlı xx.xx.2023-cü il tarixdə Baş Dövlət Yol Polis idarəsinə elektron müraciət etmişdir. Ünvanladığı müraciətin araşdırılıb müvafiq tədbir görülməsi üçün xx.xx.2023-cü il tarixdə BDYPİ-dən Şəki Şəhər RPŞ-nə məktub göndərilmişdir. xx.xx.2023-cü il tarixdə Şəki Şəhər DYP bölməsindən ona telefon vasitəsi ilə zəng olunaraq yol patrul əməkdaşının haqlı olduğunu, düzgün protokol tərtib etdiyini və çəkilmiş şəkillər əsasında onun qayda pozuntusuna yol verdiyi bildirilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən xx.xx.2023-cü il tarixli EQ17872664 saylı inzibati tanbeh vermə haqqında elektron qərarın ləğv edilərək, bərəsində olan işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X5 məhkəmə iclasında şikayətə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə inzibati xəta haqqında qərarından şikayət verilmiş Şəki ŞRPŞ-nin nümayəndəsini iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 05 dekabr 2023-cü il tarixli, EQ seriyalı, 17872664 nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikasının İXM-nin 346.2-ci maddəsi ilə təqsirli bilinərək 40 (qırx) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan SMS bildirişdən görünür ki, xx.xx.2023-cü tarixli, EQ 17872664 nömrəli qərarla X5 Azərbaycan Respublikasının İXM-nin 346.2-“ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına görə” təqsirli bilinərək 40 (qırx) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək, onlara birlikdə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, şikayət qismən təmin edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə qırx manat məbləğində cərimə edilir. Həmin məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Məhkəmə iclasında müəyyən edildi ki, iş materiallarına əlavə edilmiş 05 noyabr 2023-cü il tarixli, EQ seriyalı, 17872664 nömrəli inzibati tənbeh vermə haqqında qərarda X2 Azərbaycan Respublikası İXM-nin 346.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyi qeyd edilsə də, X5 inzibati xəta haqqında qərarda qeyd edilmiş inzibati xətanı törətmədiyini göstərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 tərəfindən həmin xətanın mövcudluğu inkar edilmiş, həmin xətanın törədilmədiyi bildirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsi inkar edildiyindən, protokolda qeyd edilən inzibati xətanın törədilməsinin digər bir sübutla əsaslandırılması protokolu tərtib etmiş vəzifəli şəxsin üzərinə düşür. Lakin, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəmə iclasına gəlməməklə, tərəfindən məhkəməyə bununla bağlı heç bir sübut təqdim edilməmişdir. Qərara əlavə edilmiş foto şəkillərdə avtobusun dayanacaq yeri (5.12) yol nişanının olduğu görünsə də X3 məxsus ** CB *** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze minik” markalı avtomobilin məhz həmin nişandan 15 metrdən az məsafədə saxlanılması müəyyən edilməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair 05 noyabr 2023-cü il tarixli, EQ seriyalı, 17872664 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, X4 şikayətində əlavə olaraq səlahiyyətli orqan tərəfindən onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun da ləğv edilməsini xahiş etmişdir. Şikayətin həmin dəlilini əsassız hesab edərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində yalnız inzibati xəta haqqında iş üzrə qərarlardan və ya qərardadlardan şikayət verilməsi nəzərdə tutulmuş, inzibati xəta haqqında protokoldan şikayət verilməsi isə nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə hesab edir ki, şikayət həmin hissədə təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şikayət qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair 05 noyabr 2023-cü il tarixli, EQ seriyalı, 17872664 nömrəli qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-1122/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-1122/2023
18.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver