Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-113/2021 22.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlu, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Bakı Şəhər İdarəsi tərəfindən barəsində tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: X2 şikayət ərizəsi məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Bakı Şəhər İdarəsi tərəfindən barəsində tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli, ******* nömrəli inzibati protokol əsasında qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi məhkəmədən xahiş etmişdir. İşdə olan materiallara baxaraq məhkəmə hesab edir ki, şikayət onu vermiş şəxsə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. İşdə olan xx xxxxxx 2021-ci il tarixli aktdan görünür ki, X1 Şəki Rayon Məhkəməsinə ünvanladığı şikayət ərizəsində imza aşkar olunmamışdır. Göründüyü kimi X2 şikayət ərizəsini imzalamamışdır. X1 şikayətini iş materiallarını araşdıraraq belə qənaətə gəlirəm ki, X1 şikayət ərizəsi imzalanmadığından onun şikayəti İXM-nin 109.1.6-cı maddəsinə əsasən geri qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Bakı Şəhər İdarəsi tərəfindən barəsində tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli, ******* nömrəli inzibati protokol əsasında qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti geri qaytarılsın. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-113/2021
Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-113/2021
22.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver