Məhkəmə qərarları › İş №3(075)-113/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-113/2022

14.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-113/2022 14.04.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi ilə, X1 barəsində tərtib edilmiş 01.11.2021-ci il tarixli, EXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş 01.11.2021-ci il tarixli, EXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq X2 və Azərbaycan Respublikası DİN-nin Binəqədi RPİ-nin 06-cı PB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Lakin X2 18 mart 2022-ci il tarixdə məhkəmə iclasında iştirak etmiş və məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, 2022-ci ilin aprel ayında hərbi xidmətə çağırıldığı və hərbi xidmətdə olacağı üçün bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsi və ərizənin təmin edilərək barəsində tərtib edilmiş 01.11.2021-ci il tarixli, EXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə X2 və Azərbaycan Respublikası DİN-nin Binəqədi RPİ-nin 06-cı PB-nin nümayəndəsi iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X4 əvvəlki məhkəmə iclasında göstərmişdir ki, onun xəbəri olmadan barəsində inzibati xəta haqqında protokollar tərtib edilmiş və həmin protokollar əsasında inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilərək cərimə edilmişdir. Barəsində tərtib edilmiş bütün protokollar heç bir səbəbi olmadan tərtib edilmişdir. O, protokol tərtib edilən tarixlərdə ümumiyyətlə Bakı şəhərində olmamışdır. Xidmətdə olan polis əməkdaşları qanunsuz olaraq xüsusi karantin vaxtı müxtəlif şəxslər kimi onun da şəxsiyyət vəsiqəsi məlumatlarını ələ keçirməklə protokol tərtib etmişlər. 08.09.2021-ci il tarixdən 19.11.2021 -ci il tarixiədək guya onun barəsində 6 inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu tamamilə absurddur. Belə ki, 01.11.2021-ci il tarixli EXP seriyal № ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, güya o, Xırdalan dairəsi ünvanında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Lakin o, polis tərəfindən saxlanılmamış, nədə ki, yuxarıda qeyd edilən protokolu tərtib etmiş polis əməkdaşını tanımamışdır. Əgər onun barəsində həqiqətən yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol tərtib edilsəydi o, həmin protokola baxılıb qərar qəbul edilməsi üçün müvafiq polis bölmələrinə dəvət edilərdi. Həmçinin 01.11.2021-ci il tarixli EXP seriyal № ******* nömrəli inzibati xəta haqqında protokola onun təqsirini sübut edəcək heç bir sübut əlavə edilməmiş, həmin qərar sadəcə formal mülahizələr əsasında qəbul edilmişdir. Buradan da görünür ki, barəsində tərtib edilmiş protokol qanunsuz və əsassızdır. Buna görə də həmin protokoldan şikayət etməli olmuşdur. Bütün bunları nəzərə alaraq ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. “asanpay.az” saytından əldə edilərək işə əlavə edilmiş məlumatlardan görünür ki, X3 barəsində 01 noyabr 2021-ci il tarixli EXP ******* seriya nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və X4 Azərbaycan Respublikasının İXM-nin 211.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İşdə olan 01 noyabr 2021-ci il tarixli EXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X4 İXM-nin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə brəsində protokol tərtib edilmişdir. Məhkəmə ərizəni təhlil etdikdən sonra iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, şikayətçinin şikayəti əsaslıdır və təmin edilməlidir. Belə ki, İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 211.3-cü maddəsinə əsasən bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə – fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. “asanpay.az” saytından əldə edilərək işə əlavə edilmiş məlumatlardan görünür ki, X4 İXM-nin 211.3-cü maddəsində göstərilən inzibati xətanı törətdiyinə görə 200 manat cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsi inkar edildiyindən, protokolda qeyd edilən inzibati xətanın törədilməsinin digər hər hansı bir sübutla əsaslandırılması protokolu tərtib etmiş vəzifəli şəxsin üzərinə düşür. Ərizəçi şikayət ərizəsində göstərmişdir ki, İXM-nin 211.3-cü maddəsində göstərilən xətanı törətməmişdir. Bundan başqa ondan hər hansı sənəd tələb edilməmiş, həmçinin ona hər hansı sənəd təqdim edilməmişdir. İşin araşdırılması ilə bağlı protokol və qərar qəbul etmiş orqana sorğu verilmiş, protokolun və qərarın çıxarılmasına səbəb olan hallar (sübutlar- fotoşəkil, videoçəkiliş, xəta törətmiş şəxsin izahatı) onlardan istənilmişdir. Lakin inzibati orqanın vəzifəli şəxsi tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Belə ki, inzibati orqan tərəfindən X3 tibbi maskadan istifadə etməməsini əks etdirən hər hansı fotoşəkili, videoçəkilişi, həmçinin onun izahatını əks etdirən ərizəsi məhkəməyə təqdim edilməmişdir. İXM-nə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Qanunvericiliyin yuxarıda sadalanan göstərişini nəzərə alaraq məhkəmə hazırkı iş üzrə şübhələri X3 xeyrinə şərh edir. Buna görə də Azərbaycan Respublikası DİN-nin Binəqədi RPİ-nin 06-cı PB tərəfindən X3 barəsində tərtib edilmiş 01 noyabr 2021-ci il tarixli EXP ******* seriya nömrəli inzibati xəta haqqında protokol və həmin protokol üzrə qəbul edilmiş qərar qanunsuz hesab edilərək ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Azərbaycan Respublikası DİN-nin Binəqədi RPİ-nin 06-cı PB tərəfindən X3 barəsində tərtib edilmiş 01 noyabr 2021-ci il tarixli EXP ******* seriya nömrəli inzibati xəta haqqında protokol və həmin protokol üzrə qəbul edilmiş qərar qanunsuz hesab edilərək ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar