Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-1132/2023 29.12.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, X1, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis polkovnik-leytenantı X8 iştirakları ilə, Şəki ŞRPŞ tərəfindən X5 barəsində qəbul edilmiş 11 sentyabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəki ŞRPŞ tərəfindən qəbul edilmiş 11 sentyabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X11 оğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 521-ci mаddəsində nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək 150 mаnаt miqdarda inzibаti cərimə edilmişdir. X2 ərizə ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş 11 sentyabr 2023cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilən 11 sentyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Şəki rayonu, Şəki kəndində yaşayır. Özünə məxsus torpaq sahəsində üzüm yetişdirib satmaqla qazanc əldə edir. 19 avqust 2023-cü ildə Şəki şəhərində yerləşən “Təzə Bazar”da özünə məxsus üzümlərin pərakəndə satışı ilə məşğul olarkən özünü bazarın sahə rəisi kimi təqdim edən polis əməkdaşı ona və onun yanında satışla məşğul olan həmkəndlilərinə yaxınlaşaraq özünün xidməti otağına dəvət etmişdir. Polis əməkdaşları onun xidməti otağına getdikdən sonra onların barələrində şikayət olduğunu, guya onların qanunsuz satışla məşğul olduqlarını bildirmişdir. Polis əməkdaşlarından şikayətin kim tərəfindən edildiyini və məzmunu ilə bağlı məlumat verməsini xahiş etdikdə, onları kobudlamış və hər-hansı bir məlumat verməmişdir. O, satışla bağlı bazarkom olan Hikmət müəllimdən icazə aldığını və sənədi olduğunu bildirmişdir. Bundan sonra həmin sahə rəisi post patrul xidmətinin əməkdaşlarını dəvət edərək onu və bir neçə digər həmkəndlini Şəki şəhər Polis şöbəsinə aparmışlar. Onları təxminən 5-6 saat Polis şöbəsində saxladıqdan sonra bir neçə sənədə qol çəkdirərək buraxmışlar. Həmin hadisədən sonra o və digər həmkəndliləri bazarda öz işləri ilə məşğul olmuşlar. Keçən müddət ərzində onlara hər-hansı bir protokol və ya qərar göndərilməmişdir. Onlar da, işin bağlandığını düşünərək öz işləri ilə məşğul olmuşlar. Daha sonra 08 dekabr 2023-cü ildə həmkəndlisi X12 ona zəng edərək, Şəki şəhərində təsadüfən sahə rəisi ilə rastlaşdığını, həmin sahə rəisinin onların cərimə olunmaları barədə ona məlumat verdiyini və həmin qərarların Şəki şəhər Polis şöbəsində olduğunu dediyini bildirdi. Bundan sonra o, Şəki şəhər Polis şöbəsinə müraciət edərək, hazırda mübahisələndirdiyi 11 sentyabr 2023-cü il tarixli, MN1369922 nömrəli qərarın surətini almışdır. Həmin qərarla tanış olarkən ona bəlli olmuşdur ki, guya o, 19 avqust 2023-cü il tarixdə saat 04:30 radələrində Şəki şəhəri, S.Rəhman küçəsi bina 23A qarşısında səs-küy salaraq məişət səs-küyünə qarşı mübarizə qaydalarını pozmuşdur. Nəticədə guya Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə ona 150 manat inzibati cərimə tənbeh növünün tətbiq edilməsi barədə MN № ******* nömrəli qərar qəbul edilmişdir. O, heç vaxt, heç yerdə səs küy salmamış, heç kimin rahatçılığını pozmamışdır. Onun hansı pozuntuya görə inzibati cərimə edilməyi ona qaranlıq qalır. 19 avqust 2023-cü ildə təxminən saat 09:00 – 10:00 radələrində Şəki şəhərində yerləşən “Təzə Bazar”ın sahə rəisi onu və digər həmkəndlilərini öz xidməti otağına dəvət edərək onların küçə ticarəti ilə məşğul olduqlarını bildirmişdir. Tərəflərindən buna etiraz edildikdən sonra onu və bir neçə həmkəndlini isə Şəki şəhər Polis şöbəsinə aparmışdır. Göstərmişdir ki, ona tətbiq edilən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsində mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 7-dək səs-küy salmağa və sairə görə məsuliyyət nəzərdə tutulmuşdur. Onun tərəfindən isə maddədə nəzərdə tutulan pozuntuların heç biri törədilməmişdir. Mübahisələndirdiyi qərarın surətini bu gün 08 dekabr 2023-cü ildə Şəki Şəhər-Rayon Polis şöbəsindən götürmüşdür. Odur ki, bərəsində tərtib edilmiş 11 sentyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilən 11 sentyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi X5 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, o, təzə bazarda üzüm satmaqla qazanc əldə edir. İlin bütün vaxtlarında deyil, yalnız yay aylarında, yəni üzüm sezonunda bazarda satış həyata keçirirlər. Bazar müdirinin onlara verdiyi sənəd əsasında bazarın girişinə yaxın ərazidə yol kənarında satış edirlər. Bu barədə bazar müdiri tərəfindən onlara sənəd verilmişdir. Lakin həmin sənədi əhəmiyyətsiz hesab etdiklərindən özlərində saxlamamışlar. O, küçədə hər hansı bir səsküy salmamış, ictimai qaydaları pozmamışdır. Polisdə verdiyi izahatında səs-küy salmasını etiraf etməsinin səbəbi polisdə qanunsuz olaraq saatlarla saxlanılması olmuşdur. Təzyiq altında olduğu üçün o cür izahat vermişdir. Ona qarşı təzyiq olunması ilə bağlı şikayət etməmişdir. X6 polisdə verdiyi izahatında qeyd etdiyi maşınların ona heç bir aidiyyəti yoxdur. Onun istifadəsində maşın yoxdur. Hesab edir ki, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar qanunsuzdur. Şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis polkovnik-leytenantı X13 izahat verərək göstərmişdir ki, vətəndaş X9 tərəfindən şikayət ərizəsi ilə Şəki ŞRPŞnə müraciət edilərək onların yaşadıqları yaşayış binasının qarşısında qanunsuz küçə ticarəti olduğunu, həmin ərazidə çoxlu sayda avtomobillərin yığıldığını, həm gecə saatlarında, həm də gün ərzində səs-küy olduğunu qeyd edərək, tədbir görülməsini xahiş etmişdir. Tərəflərindən araşdırma aparılmış, X3 həmin ərazidə ticarətlə məşğul olduğu, habelə səs-küy salaraq məişət səs-küyünə qarşı mübarizə tələblərini pozması məlum olmuşdur. Buna görə də X5 inzibati məsuliyyətə cəlb olunmuş, barəsində inzibati xəta haqqında protkol tərtib olunmuşdur. Hesab edir ki, inzibati xəta haqqında protokol və onun əsasında qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərar əsaslıdır. Şikayətin təmin edilməməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahat verərək bildirmişdir ki, yaşadığı bina bazar ərazisinə çox yaxın ərazidə yerləşir. Onların binası ilə üz-üzə yerləşən bazar qapısının uyğun olmayan yerdə quraşdırılması həmin ərazidə hər gün qanunsuz küçə ticarətinə, səs-küyün yaranmasına, bazara mal daşıyan ağır tonajlı maşınların həmin əraziyə yığılmasına, qanunsuz avtoparkın formalaşmasına, zibilxana kimi həmin ərazidən istifadə edilməsinə əlverişli şərait yaradır. Həmin ərazidə yaranmış tullantıların qoxusu ətrafa yayılır. Ailələrində allergik xəstəlikləri olan şəxslərə pis təsir edir. Hüseynov Atatürkü şəxsən tanımır. Lakin, hansı maşınların gecə vaxtı gələrək həmin ərazidə səs-küy salması barədə öz ərizəsində ətraflı məlumat vermişdir. Həmin avtomobillərin nömrələrini qeyd etmişdir. Bu səs-küy yay aylarında, üzüm sezonunda olur. Topdan satış edən şəxslər gecə vaxtı saat 03:00-dan etibarən həmin əraziyə gəlməyə başlayırlar. Bəzən musiqiyə qulaq asırlar, yüksək səslə danışırlar, avtomobilləri səsli pultla işləyir. Bir sözlə həmin səs küydən gecə yatmaq mümkün olmur. Şikayəti əsasında bu şəxs cərimə edilmişdir. Çünki, bir neçə dəfə şifahi qaydada məlumat versə də, yazılı şəkildə şikayət eləsə də xeyri olmamışdır. Məcburiyyət qarşısında qalaraq 102 xidmətinə müraciət etmişdir. Həmin müraciətdən sonra polis tərəfindən səs küy salan şəxslər cərimə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 şahid X6 verdiyi izahata uyğun izahat verərək bildirmişdir ki, uzun illərdir ki, ünvan 1 ünvanında yaşayır. Yaşadığı bina bazar ərazisinə çox yaxın ərazidə yerləşir. Onların binasi ilə üz-üzə yerləşən bazar qapısının uyğun olmayan yerdə quraşdırılması həmin ərazidə hər gün qanunsuz küçə ticarətinə, səs-küyün yaranmasına, bazara mal daşıyan ağır tonajlı maşınların həmin əraziyə yığılmasına, qanunsuz avtoparkın formalaşmasına, zibilxana kimi həmin ərazidən istifadə edilməsinə əlverişli şərait yaradır. Həmin ərazidə yaranmış tullantıların qoxusu ətrafa yayılır. Hüseynov Atatürkü şəxsən tanımır. Səs-küy yay aylarında, üzüm sezonunda olur. Topdan satış edən şəxslər gecə vaxtı saat 03:00-dan etibarən həmin əraziyə gəlməyə başlayırlar. Bəzən musiqiyə qulaq asırlar, yüksək səslə danışırlar, Avtomobilləri səsli pultla işləyir. Bir sözlə həmin səs küydən gecə yatmaq mümkün olmur. Dəfələrlə həm bazar rəhbərliyinə, həm də sahə müvəkkilinə şifahi xəbərdarlıqlar etmişdir. Hətta dəfələrlə həmin satışı həyata keçirən şəxslərlə mübahisələri də olmuşdur. Lakin heç bi faydası olmamışdır. İşdə olan sənədləri araşdıraraq məhkəmə hesab edir ki, ərizəçi X3 şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 11 sentyabr 2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X11 оğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 521-ci mаddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün inzibati məsuliyyətə cəlb olunmuşdur. İş materiallarına əlavə edilmiş 11 sentyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinin tələblərini pozduğu üçün 150 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş X6 Şəki ŞRPŞ-nə yazmış olduğu şikayət ərizəsindən görünür ki, X9 yaşadığı binanın qarşısında qeyri-qanuni küçə ticarəti olduğunu, həmin əraziyə çoxlu sayda insanlar, avtomobillər toplandığını, eyni zamanda tullantıların yığılmasını qeyd etmiş, həmin qanunsuzluqların aradan qaldırılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 19 avqust 2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə X9 DİN 102 xidmətinə zəng edərək evinin qarşısında qanunsuz küçə ticarəti ilə məşğul olunması səbəbindən yaranan səs küydən narahat olunması barədə məlumat vermişdir. İş materiallarında olan X6 polisdə verdiyi izahatından görünür ki, V.Qulamov həmin ərazidə səs-küy salan şəxslərin istifadə etdikləri avtomobillərin dövlət qeydiyyat nömrələrini və modellərini qeyd etmişdir. Həmin avtomobillərdən biri də **-BN-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli, VAZ 2106 markalı minik avtomobilidir. İş materiallarına əlavə edilmiş etibarnamələr üzrə axtarış sistemindən görünür ki, **- BN-*** dövlət qeydiyyat nişanlı VAZ 2103 minik markalı avtomobili idarə etmək üçün 24.08.202-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər X4 etibarnamə verilmişdir. İş materiallarında olan CD diskdəki video görüntüdən görünür ki, yaşayış binasının qarşısında günün qaranlıq saatlarında, çoxsaylı avtomobillər yığılmış, səs küy yaranması da müşahidə edilir. İnzibati Xətalar Məcəllənin 521-ci maddəsinə əsasən mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəllənin 7.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz. İnzibati iş üzrə X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. X3 İXM-nin 521-ci maddəsinin tələblərini pozması iş materiallarına əlavə edilmiş sənədlərlə, özünün polis orqanında vermiş olduğu izahatı ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, şahidlərin ifadələri ilə tam təsdiq edilmişdir. İş materiallarından və işə əlavə edilmiş CD diskdən aydın olur ki, Şəki şəhərində bazar ərazisinə çox yaxın məsafədə yerləşən yaşayış binasının qarşısında küçə ticarəti ilə məşğul olurlar. Eyni zaman ərizəçi X3 özü də həmin ərazidə küçə ticarəti ilə məğul olduğunu, üzüm satdığını bildirmişdir. Ərizəçi İXM-nin 521-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməməsini təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslər də yaşadıqları binanın qarşısında küçə ticarəti səbəbli yaranan səs-küydən narahat olduqlarını bildirmişlər. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəki ŞRPŞ tərəfindən qəbul edilmiş 11 sentyabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, X3 bərəsində tərtib edilmiş 11 sentyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayət əsaslı olmadığından təmin edilməməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, X5 şikayətində əlavə olaraq səlahiyyətli orqan tərəfindən onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun da ləğv edilməsini xahiş etmişdir. Şikayətin həmin dəlilini əsassız hesab edərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində yalnız inzibati xəta haqqında iş üzrə qərarlardan və ya qərardadlardan şikayət verilməsi nəzərdə tutulmuş, inzibati xəta haqqında protokoldan şikayət verilməsi isə nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə hesab edir ki, şikayət həmin hissədə də təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 bərəsində tərtib edilmiş 11 sentyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilən 11 sentyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayəti təmin edilməsin. Qərardan surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-1132/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-1132/2023
29.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver