Məhkəmə qərarları › İş №3(075)-114/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-114/2021

22.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-114/2021 22.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X6, Zərərçəkmiş şəxs X2 nümayəndəsi X3 iştirakları ilə, xx xxx 1990-cı il tarixdə Şəki rayonu, Vərəzət kəndində şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əlilliyi olmayan Şəki rayonu, Vərəzət kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta barədə Protokolda göstərilir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1127/2019 saylı, xx xxxx 2019-cu il tarixli icra sənədinə əsasən X4, X9, Şəxs, X1 tələbkar X7 qaytarılmamış qızıl zinət əşyaları və digər əşyaların dəyəri olan 7294 manat alınaraq X7 ödənilməlidir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X10 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1127/2019 saylı, xx xxxx 2019-cu il tarixli icra sənədinə əsasən X4, X9, Şəxs, X1 tələbkar X7 qaytarılmamış qızıl zinət əşyaları və digər əşyaların dəyəri olan 7294 manat alınaraq X7 ödənilməlidir. İcra sənədi xx.xx.2019-ci ildə Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər Sizə göndərilmişdir. İcra sənədi borclu tərəfindən icra edilmədiyindən ona məxsus 12 baş qoyun siyahıya alınmış, üzərinə həbs qoyulmuş, 1440 manat dəyərində qiymətləndirilmişdir. Əmlak qiymətləndirildikdən, tələbkara təklif edildikdən sonra borclu tərəfindən satılmış və dəyəri olan 1440 manat tələbkara ödənilmişdir. Borclu tərəfindən könüllü müddət və ondan sonrakı icra müddəti ərzində tələbin icrası tam təmin edilməmiş, qızıl-zinət və digər əşyalar nə naturada tələbkara qaytarılmamış nə də dəyəri ödənilməmişdir. Əmlakların dəyərinin ödənilməsi ilə bağlı borclu dəfələrlə icra şöbəsinə çağırılmış, çağırışlara gəlməmiş, əmlakların dəyərinin ödənilməsi tələb edilmiş, lakin borclu icra sənədi üzrə tələbi yerinə yetirməməklə, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Eyni zamanda borclunun adına pul vəsaitlərinin və bank hesablarının olubolmaması barədə bank və kredit təşkilatlarına, əmlakının olub-olmaması barədə isə müvafiq orqanlara sorğular göndərilmişdir. Lakin borclunun adına heç bir pul vəsaiti və əmlak aşkar edilməmişdir. Hal-hazırda isə borclunun 5854 manat borcu vardır. Borclu Şəxs həmçinin borcunun hissə-hissə ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmiş, məhkəmə borclunun ərizəsini təmin etməmişdir. Lakin borclu buna baxmayaraq yenə də borcunu hissə-hissə ödəyəcəyini ifadə etmişdir. Əlavə olaraq bildirdi ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdən, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra saat 12:30-da məhkəməyə aparılmışdır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)- 1127/2019 saylı, xx xxxx 2019-cu il tarixli icra sənədinə əsasən X4, X9, X1 və ondan tələbkar X7 qaytarılmamış qızıl zinət əşyaarı və digər əşyaların dəyəri olan 7294 manat alınaraq X7 ödənilməlidir. Maddi imkanı olmadığından borcunu tam ödəyə bilməmişdir. Hazırda işsizdir, sadəcə 8 qoyunu və 6 quzusu var. İcra sənədi üzrə borcunu yalnız hissəhissə ödəyə bilər. Əlavə olaraq bildirdi ki, xx xxxxxx 2021-ci il tarixdən, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra saat 12:30-da məhkəməyə aparılmışdır. Əməlindən peşmandır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 nümayəndəsi X8 izahat verərək göstərdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1127/2019 saylı, xx xxxx 2019-cu il tarixli icra sənədinə əsasən X4, X9, Şəxs, X1 tələbkar X7 qaytarılmamış qızıl zinət əşyaları və digər əşyaların dəyəri olan 7294 manat alınaraq X7 ödənilməlidir. Lakin halhazıradək Şəxs icra sənədi üzrə borcunu tam olaraq ödəməmişdir. Zərərçəkmiş isə icra sənədi üzrə borc məbləğinin bir dəfəyə ödənilməsini tələb edir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi izahat verərək göstərdi ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları və digər sənədlərlə təsdiq olundu. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs olunmalıdır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdən, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 12:30-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs sərbəst hərəkət etmək imkanı xx xxxxxx 2021-ci il tarixdən, saat 11:00-da məhdudlaşdırıldığından Şəxs həbsə alınmasının əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, xx xxxxxx 2021-ci il tarixdən, saat 11:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, xx xxxxxx 2021-ci il tarixdən, saat 11:00-dan hesablansın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar