Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-1145/2023 15.12.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəki ŞRPŞ-dən daxil olmuş olunmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı materialı araşdırıb, m ü ə y y ə n e t d i: Şəki Rayon Məhkəməsinə 13 dekabr 2023-cü il tarixdə Şəki ŞRPŞ-dən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Şəxs barəsində tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 13 iyul 2023-cü il tarixdə Şəxs X1 nəqliyyat vasitəsinin arxa şüşəsini sındırmış, bununla da o, İXM-in 232-1-ci maddədində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyindən, protokol və ona əlavə edilmiş sənədlər səlahiyyətli orqana geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokola əsasən Şəxs İXM-in 232-1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilsə də, protokolda onun tərəfindən zərər çəkmiş şəxsin əmlakına vurulmuş ziyanın məbləği dəqiq göstərilməmiş, həmçinin inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadın və Şəxs barəsində tərtib olunmuş protokolun tarixləri qeyd edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqdainzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 100.1.9-ci maddəsində göstərilir ki, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər inzibati xəta haqqında protokolda göstərilməlidir. Göründüyü kimi, İXM-nin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş şəxsin barəsində inzibati tənbeh tətbiq edilməsi zamanı onun vurduğu ziyanın məbləğinin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Şəxs təqsirli bilindiyi halda, əmlaka dəymiş ziyanın məbləği müəyyən edilmədən ona İXM-in 232-1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi mümkün deyil. Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 100 və 109.1.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəki ŞRPŞ-dən daxil olmuş MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №3(075)-1145/2023
Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-1145/2023
15.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver