Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-1146/2023 13.12.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X5, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X2 iştirakları ilə, xx xxxxxxxx 1983-cü il tarixdə Şəki rayonu, Əliyar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx olan, əlilliyi olmayan, orta təhsilli, evli, işləməyən, Şəki rayonu, Çeşməli kəndində qeydiyyatda olan və yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X8 tərəfindən tərtib edilmiş 13 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 10 dekabr 2023-cü il tarixdə Şəki rayonu Çeşməli kəndində Əksəriyyət Atakişiyevin qapısını təpiklə vuraraq onu və həyat yoldaşını təhqir edərək xırda xuliqanlıq hərəkətlərinə yol vermişdir və beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X8 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, 10 dekabr 2023-cü il tarixdə, saat 20:45 radələrində Şəki rayonu, Çeşməli kəndində yaşayan X4 DİN 102 xidmətinə zəng edərək Rəşad adlı şəxsin evinə gələrək hücum etdiyini bildirmişdir. Araşdırma nəticəsində aydın olmuşdur ki, Şəxs 10 dekabr 2023-cü il tarixdə, saat 20:45 radələrində Şəki rayonu Çeşməli kəndində Əksəriyyət Atakişiyevin qapısını təpiklə vuraraq onu və həyat yoldaşını təhqir edərək xırda xuliqanlıq hərəkətlərinə yol vermişdir. Bundan sonra Şəxs polis şöbəsinə aparılmış və barəsində İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, onun həmkəndlisi Əksəriət Atakişiyevlə iki ilə yaxındır ki, qısqanclıq zəminində mübahisələri olmuşdur. O, 10 dekabr 2023-cü il tarixdə spirtli içki qəbul etmişdir. Bu zaman onun ağlına əvvəllər aralarında olan söz-söhbət düşmüşdür. O, Əksəriətə zəng vurmuş, onun və həyat yoldaşının ünvanına nalayiq ifadələr işlədərək təhqir etmiş, ona küçəyə gəlməsini bildirmişdir. Daha sonra o, Əksəriətgilin küçəsi tərəfə getdikdə Əksəriətin orada olmadığını görmüşdür. Bundan sonra o, Əksəriətin evinin qapısına təpiklə vuraraq onun və həyat yoldaşının ünvanına nalayiq ifadələr işlədərək qapını açmasını istədi. Lakin qapıya gələn olmamışdır. Daha sonra da o, bir neçə dəfə təpiklə qapını vurmuşdur. Bu zaman əl qapısı açıldı. Lakin o, həyətə daxil olmamışdır. Daha sonra qardaşı Rahib onu çağırmışdır. O da çıxıb öz evlərinə getmişdir. Əməlindən peşmandır. Onun barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X6 məhkəmə iclasında şəxsin əməlində inzibati xəta tərkibinin olmamasını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 ifadəsində göstərmişdir ki, qonşusu Şəxs təxminən bir il olar ki, onunla ədavət saxlayır. Bildirmişdir ki, 10 dekabr 2023-cü il tarixdə saat 19:40 radələrində evdə olan zaman Rəşad istifadəsində olan mobil nömrəsinə zəng etmişdir. Rəşadla danışan zaman onun sərxoş olmasını anlamışdır. Rəşad onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətmiş, onu kənddə olan kafeyə çağırmışdır. O, evdə həyat yoldaşını və 4 yaşlı nəvəsini qoyaraq kafeyə getmişdir. Kafedə 5 dəqiqə gözləmiş, lakin gələn olmamışdır. O, kafenin yanında gəzərkən qardaşı Rəhmanı görmüşdür. O, Rəhmana Rəşadın elədiyi hərəkətləri danışmışdır. Rəhman ona Rəşadın sərxoş olduğunu, bildirmiş, üzürxahlıq etmişdir. Bundan sonra o, evinə getmişdir. Bundan sonra o, evdə olarkən kimsə tərəfindən həyət darvazasının bərk təpiklə vurulduğunu görmüşdür. Müşahidə kamerasından baxan zaman həmin şəxsin Rəşad olduğunu görmüşdür. O, qapını açmaq istəmişdir. Lakin nəvəsi qorxduğu, həm də həyat yoldaşı təkid etdiyi üçün qapını açmamışdır. Daha sonra DİN 102 xidmətinə zəng vuraraq bu barədə məlumat vermişdir. O, səhər darvazaya tərəf getdikdə qapının açıq olduğu görmüşdür. Şəxs şikayətçidir. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 11:17-də tutulmuşdur. İş materiallarında olan “Şəxsi axtarış və fiziki şəxslərdə olan şeylərin yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs üzərinə baxış keçirilən zaman heçnə aşkar edilmişdir. İş materiallarında olan CD diskdəki videogörüntüdən görünür ki, Şəxs X1 həyət qapısına bir neçə dəfə təpiklə zərbələr endirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və zərəçəkmiş şəxsin izahatları, habelə iş materiallarında olan CD diskdəki videogörüntülərlə təsdiq edildi. Məhkəmə hesab edir ki, Şəxs ünvansız nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq əməli törədərək ictimai qaydanı pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 33.1.7 maddəsinin inzibati xətanın sərxoş halda törətməsi məsuliyyətini ağırlaşdıran haldır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, əmlak vəziyyətini, digər halları nəzərə alaraq, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Şəxs İnzibati həbsə alınmanın əvvəli inzibati qaydada tutulduğu vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib 05 (beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 13 dekabr 2023-cü il tarixdən saat 11:17-dən hesab edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №3(075)-1146/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-1146/2023
13.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver