Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-115/2021 09.03.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Ərizəçi: X6, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və X5 nümayəndəsi X1 iştirakı ilə, X2 oğlunun Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Sərvətlər İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayət ərzəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Sərvətlər İdarəsinin xx xxxxxx 2020ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, onun evi dağa yaxın ərazidə yerləşir. 2010-cu ildə güclü yağış nəticəsində ona və bir neçə qonşuya ziyan dəymişdir. Bununla əlaqədar Şəki RİH-dən nümayəndə gəlmiş, həmin yerlərə baxış keçirilmiş və sonra onların göstərişi əsasında dağın “Yamac” adlanan ərazisində uzunluğu təxminən 200 metr olan kanal qazılmışdır. Eyni zamanda bələdiyyə tərəfindən də həmin kanal 2011-2012-ci illərdə təmizlənmişdir. İllər keçdikcə kanal yağışların yağması nəticəsində dolmuş, yağan yağışlar nəticəsində əmələ gələn sular onlarına təsərrüfatına ziyan vurmağa başlamışdır. Buna görə də o, 2020-ci ilin mart ayında həmin kanalın onun bağının yuxarı hissəsindən keçən 30 metr hissəsini təxminən 30 santimetr dərinliyində təmizlətmişdir. Buna görə də, 7 saylı Regional Ekologiya və Sərvətlər İdarəsinin nümayəndəsi onu 600 manat məbləğində cərimələmiş, səbəb kimi isə təmizlik işləri aparılarkən İdarədən icazənin alınmaması bildirilmişdir. Həqiqətən də təmizlik işləri apararkən heç bir orqandan icazə almamışdır. Lakin 2010-2012-ci illərdə həmin kanal bələdiyyə tərəfindən də qazılmış və hər hansı icazə alınmamışdır. Halbuki o, həmin təmizlik işlərini kanalın yağan yağış suları ilə dolması nəticəsində onun evinə və təsərrüfatına ziyan dəyməməsi üçün aparmışdır. Həmçinin göstərmişdir ki, 600 manat cərimə məbləğinin 320,97 manat hissəsini X8 üzrə Dövlət Fonduna ödənilməsini təmin etmişdir. Ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı 7 saylı Regional Ekologiya və X5 nümayəndəsi X4 izahat verərək göstərdi ki, sözügedən ərazi X14 X3 meşəbəyliyinin ərazisidir. X2 həmin ərazisə İdarənin məlumatı olmadan 30 santimetr dərinliyində kanal qazaraq torpağın münbit üst qatını korlamışdır. Buna görə də, X6 barəsində İXM-nin 244.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək 600 manat məbləğində cərimə edilmişdir. X11 həmin cərimə məbləğinin 320,97 manat məbləğinin X8 üzrə Dövlət Fonduna ödənilməsini təmin etmişdir. Hesab edir ki, qərar əsaslıdır. Buna görə də şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Sərvətlər İdarəsinin xx xxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun və onun əsasənda qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X11 2020ci ilin mart ayında X14 X3 meşəbəyliyinin ərazisində təxminən 30 santimetr dərinliyində kanal qazaraq torpağın münbit qatını korlamışdır. Buna görə də o, İXM-nin 244.2-ci maddəsinə əsasən 600 manat məbləğində cərimə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və X10 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 225 nömrəli məktubdan görünür ki, 7 saylı Regional Ekologiya və X10 tərəfindən, ətraf mühitə dair qanunvericiliyin tələblərini pozduğuna görə, Şəki rayonunun Bideyiz kənd sakini X7 qarşı tətbiq edilmiş 600 manat məbləğində cərimədən 320,97 manat məbləğinin X8 üzrə Dövlət Fonduna ödənilməsini təmin etmişdir. Məhkəmə tərəflərin izahatını və işdə olan sənədləri araşdıraraq hesab edir ki, X2 oğlunun şikayəti əsaslı deyildir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsinə əsasən Torpaqların (meşə fondu torpaqlarının) münbit qatının korlanmasına görə-fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İnzibati iş üzrə X11 şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. X6 2020-ci ilin mart ayında X14 X3 meşəbəyliyinin ərazisində 30 santimetr dərinliyində kanal qazaraq torpağın münbit qatını korlaması iş materiallarına əlavə edilmiş sənədlərlə, həmçinin onun məhkəmə iclasında vermiş olduğu etirafedici izahatı tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında 7 saylı Regional Ekologiya və X10 tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillər X2na göstərilmiş, o fotoşəkildə göstərilən kanalın müvafiq idarədən icazə almadan onun tərəfindən qazılmasını təsdiq etmişdir. Göründüyü kimi X11 2020-ci ilin mart ayında X14 X3 meşəbəyliyinin ərazisində 30 santimetr dərinliyində kanal qazaraq torpağın münbit qatını korlamışdır. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, X11 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Sərvətlər İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, X11 oğlunun Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Sərvətlər İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə ərizəsi əsaslı olmadığından təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X6 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Sərvətlər İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə ərizəsi təmin edilməsin. Qərardan surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-115/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-115/2021
09.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver