Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-1158/2024 19.11.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İnzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş şəxs X8 oğlunun iştirakı ilə, X8 oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nın baş inspektoru X5 tərəfindən qəbul edilmiş 28 oktyabr 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli protokol və həmin protokol əsasında qəbul edilmiş TP ******* nömrəli qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nın baş inspektoru X5 tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında 28 oktyabr 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərara əsasən X8 oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 150 (bir yüz əlli) manat məbləğində cərimə edilmişdir. İnzibati xəta haqqında qərar və protokoldan narazı qalan X8 oğlu şikayət verərək, həmin qərarın və inzibati xəta haqqında protokolun ləğv edilməsini xahiş etmişdir. B.R.Mürşüdov şikayətini onunla əsaslandırmışdır ki, "X6" markalı, 77SJ396 dövlət qeydiyat nişanlı avtomobil onun mülkiyyətimdədir. Həmin nəqliyyat vasitəsinin oturacaq saylarını artıraraq 15+1 yerli mikroavtobus kimi avadanlıqlaşdırılması üçün xx.xx.2024-cü ildə Qəbələ şəhər "xxxx" Müəssisəsinə yerləşdirmişdir. Nəticədə xx.xx.2024-cü ildə nəqliyyat vasitəsini servisdən çıxararaq idarə etməyə başlamışdır. Qanunun tələbinə əsasən nəqliyyat vasitəsinin tipi dəyişdirildikdən sonra 10 gün müddətinə müvafiq Qeydiyyat və texniki Baxış şöbəsindən təkrar qeydiyyatdan keçirilməlidir. Buna baxmayaraq xx.xx.2024-cü il Şəki DYPB-nin HTM-i polis Baş leytenantı Namiq Yusubov tərəfindən saxlanılmışdır. Saxlanılma səbəbini soruşduqda bildirmişdir ki, nəqliyyat vasitəsinin tipi dəyişdirilib və qeydiyyatdan keçirilmədən idarə edilməsi yol verilməzdir. Buna görə nəqliyyat vasitəsinin duracağa yerləşdirilməli olmasını qeyd etmişdir. Heç bir protokol tərtib etmədən nəqliyyat vasitəsini duracağa yerləşdirmişdir. Bu barədə mənə xx.xx.2024-cü il tarixli AKT təqdim edilmişdir. Şəki DYPB-nin HTM-i polis Baş leytenantı Namiq Yusubovun hərəkətlərini qanunsuz hesab etdiyi üçün həmin gün axşam DİN-ə elektron müraciət ünvanlamışdır. Bundan sonra xx.xx.2024-cü il tarixində onu bölməyə dəvət edərək nəqliyyat vasitəsi təhvil verilmiş və barəsində həmin tarixli İXP ******* protokol tərtib edilmişdir. Protokolla razılşamamış və qanunsuz olmasını özlərinə bildirmişdir. Bundan sonra ona sms vasitəsilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə (nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması) inzibati qaydada cərimə edilməyi barədə məlumat daxil olmuşdur. Qərarın surətini əldə edə bilmədiyi üçün internet resuslarından (https:/ le-xidmet.mia.gov .az/) müvafiq qərarın məlumatlarını əldə etmişdir. xx.xx.2024-cü il tarixli TP6836556 nömrəli inzibati xəta barədə qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə ilə onu 150 manat cərimə etmişdirlər. Həmin qərarla razılaşmır, həmin qərarı qanunsuz və əsassız hesab edir. Səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səlahiyyətli orqan nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə səlahiyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında qərardan şikayət verən şəxs X8 oğlu şikayət ərizəsində göstərdiklərini qeyd edərək barəsində tətib olunmuş, protokol və inzibati tənbeh vermə haqqında qərarın icraatına xitam verilərək cərimə məbləğinin üzərindən götürülməsini məhkəmədən xahiş etdi. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, 28 oktyabr 2024-cü il tarixli, TP seriyalı, ******* saylı qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. İş materiallarında olmaqla məhkəmə baxışındatədqq edilmiş; 28 oktyabr 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 Azərbaycan Respublikasının İXM-nin 327.2-ci və 329.1-ci maddələrinin tələblərini pozmuşdur. Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nın baş inspektoru X5 tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında 28 oktyabr 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərardan görünür ki, X8 oğlu idarə etdiyi normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 150 (bir yüz əlli) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikqası Qəbələ şəhər "xxxx" müəssisəsinin 25 oktyabr 2024-cü il tarixli, 23 nömrəli arayışından görünür ki, X2 məxsus 2008 buraxlış ili olan “X7” markalı **- SJ-*** nömrəli avtomaşın xx.xx.2024-cü il tarixdə Qəbələ "xxxx" müəssisəsinə qəbul olunmuşdur. Sifarişçinin gətirdiyi avadanlıqlar əsasında avtomaşına oturacaqlar quraşdırılmışdır. Oturacaqların sayı 15 (on beş) ədəddir. Azərbaycan Respublikqası Qəbələ şəhər "xxxx" müəssisəsinin 25 oktyabr 2024-cü il tarixli, 341902 nömrəli ödəniş qəbzindən görünür ki, X3 tərəfindən ** SJ *** nömrəli avtomaşına 15 ədəd oturacaq quraşdırılması üçün 300 manat ödəniş etmişdir. Azərbaycan Respublikqası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin X2 ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-13-16-/2-M-73722 nömrəli məktubundan görünür ki, “X7” markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı “vaqon” tipli yük avtomobilinin oturacaqlarının sayının artıraraq “vaqon” tipli 15+1 yerli mikroavtobus kimi istifadə olunması barədə Baş DYP İdarəsinə daxil olmuş müraciətinə baxılmışdır. Təkrarən bildirilmişdir ki, avtomobilin texniki vəziyyəti barədə DYP-nin müqayinə aktı ilə yanaşı quraşdırılacaq avadanlıqlara və quraşdırma işlərini həyata keçirəcək ixtisaslaşdırılmış texniki təmir stansiyasının görülən işlərinin təhlükəsizlik zəmanətinə dair müvafiq təqdim ediləcəyi təqdirdə müraciətinizə müsbət cavab verilə bilər. Məhkəmə baxışında qanuniliyi müvafiq qaydada mübahisələndirilən inzibati xəta haqqında qərar verilmiş şikayətin məzmununun qarşılıqlı müqayisəsi və iş materiallarının tədqiqi nəticəsində müəyyən edildi ki, X3 tərəfindən ona məxsus olan “vaqon” tipli yük avtomobili olan “X7” markalı **-SJ-*** nömrəli avtomaşına mikroavtobus kimi istifadə olunması üçün on beş ədəd oturacaq yerləşdirilməsi aşkar olunmuş, onun barəsində İXMnin 342.2.2-ci maddəsi ilə qərar qəbul edilmiş və həmin qərarda X9 şəhər-rayon Polis Şöbəsinin DYPB-nın baş inspektoru X5 tərəfindən İXM-nin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək 150 manat cərimə edilmişdir. Bəhruz MÜrşüdov barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və qəbul edilmiş qərarla razılaşmayaraq, məhkəməyə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə, şikayətin dəlilləri ilə qismən razılaşaraq qeyd edir ki, X3 barəsində inzibati xəta haqqında qərar qəbul edilərkən iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar araşdırılmamışdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 342.2.2-ci maddəsində normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Qanunun tələbinə görə, İXM-nin 342.2.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin yaranması üçün normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməlidir. Hazırki iş üzrə səlahiyyətli orqan tərəfindən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılması müəyyən edilsədə həmin avadanlığın nə vaxt və harada quraşdırılması aydınlaşdırmadan X1 İXM-nin 342.2.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında qərar qəbul etmişdir. Göründüyü kimi X3 barəsində inzibati məsuliyyət müəyyən edən qanunun norması düzgün tətbiq edilməmişdir. X4 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarda inzibati xəta haqqında işə baxılarkən səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş hallar göstərilməmiş, qərarın məzmununda sadəcə Bəhruz Mürşüdova məxsus nəqliyyat vasitəsinə normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılması qeyd edilməklə (İXM-nin 342.2.2-ci maddəsinin dispozisiyasının məzmununu) kifayətlənilmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 115.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən müəyyən edilmiş hallar inzibati xəta haqqında qərarda göstərilməlidir. İş materiallarında olan Qəbələ şəhər "xxxx" müəssisəsinin 25 oktyabr 2024-cü il tarixli, 23 nömrəli arayışından görünür ki, X2 məxsus 2008 buraxlış ili olan “X7” markalı **- SJ-*** nömrəli avtomaşın xx.xx.2024-cü il tarixdə Qəbələ "xxxx" müəssisəsinə qəbul olunmuş və 25 oktyabr 2024-cü il tarixdə ödəniş edilərək avtomobil mülkiyyətçiyə təhvil verilmişdir. “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun; 27-ci maddəsinin 4-cü hissəsinin 4-cü bəndinə əsasən nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri dəyişdirildiyi və ya qeydiyyat məlumatlarının dəyişdirilməsini tələb edən digər halların yarandığı vaxtdan on gün ərzində onlara məxsus olan mexaniki nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirməli və daimi uçota aldırmalıdırlar. 81-ci maddəsinə əsasən bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Göründüyü kimi, X3 barəsində inzibati xəta haqqında qərar qəbul edilərkən normativ tələblər pozulmaqla, nəqliyyat vasitəsinə on beş ədəd oturacağın quraşdırılması ilə bağlı xüsusat aydınlaşdırılmamış, ümumiyyətlə inzibati xəta haqqında araşdırma zamanı “X7” markalı **-SJ-*** dövlət nömrə nişanlı avtomobilə Bəhruz Mürşüdov tərəfindən oturacaqların nə vaxt quraşdırılması müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə araşdırma X1 hüquqları pozulmaqla həyata keçirilmişdir. Belə ki, İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Barəsində inzibati xəta haqqında iş üzrə qərar verilmiş şəxs X1 xx.xx.2024cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-də inzibati xəta haqqında qərar qəbul olunarkən iştirakının təmin edildiyi, inzibati xəta haqqında işə baxılmanın yeri və vaxtı barədə ona məlumat verildiyi iş materialları ilə müəyyən olunmur. Məhkəmə hesab edir ki, bu hal X1 Azərbaycan Respublikası İXM-nin 61-ci maddəsində təsbit olunmuş hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Bu isə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneədir. İşin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması üçün barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı zəruridir. Bundan əlavə qeyd edilməlidir ki, qanunvericilik İXM-in 342.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq, həmin işlər üzrə faktiki halları hərtərəfli araşdırmaqla qərar qəbul etmək səlahiyyətini məhkəməyə deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə etmişdir (İXM-nin 43.1-ci maddəsi, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndi). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Qeyd edilən qanunvericilik aktlarını nəzərə alaraq məhkəmə hesab edir ki, İXM-nin 342.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair qəbul edilmiş qərardan şikayət verildiyi halda, məhkəmə yalnız iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında şikayət verilmiş qərarın qüvvədə olan qanunvericiliyə uyğun olubolmamasını yoxlayır, müstəqil qaydada həmin inzibati xəta haqqında iş üzrə sübutlar toplamaqla faktiki halları araşdırmamalıdır. Beləliklə, məhkəmə hesab edir ki, X8 oğlunun İXM-in 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı işin yuxarıda qeyd olunan mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları və ziddiyyətli məqamları araşdırılmadığından 28 oktyabr 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi vəya dəyişdirilməsi üçün əsasdır. 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Bundan başqa məhkəmə qeyd edir ki, X3 şikayətində əlavə olaraq səlahiyyətli orqan tərəfindən onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun da ləğv edilməsini xahiş etmişdir. Şikayətin həmin dəlilini əsassız hesab edərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində yalnız inzibati xəta haqqında iş üzrə qərarlardan və ya qərardadlardan şikayət verilməsi nəzərdə tutulmuş, inzibati xəta haqqında protokoldan şikayət verilməsi isə nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə hesab edir ki, şikayət həmin hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 131, 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. X8 oğlunun Azərbaycan Respublikası İXM-in 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nın baş inspektoru X5 tərəfindən 28 oktyabr 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №3(075)-1158/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-1158/2024
19.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver