Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-1160/2023 29.12.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Zərərçəkmiş şəxs X1 iştirakı ilə, 06 iyul 1967-ci ildə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, təcili yardımda işləyən, ünvan 1 ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin YPX Alayından daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə İXM-nin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması halına (hallarına) yol verilmişdir. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin YPX Alayının nümayəndəsi və barəsində inzibati xəta haqqında protokol tərtib olunan şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə inzibati xəta haqqında işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs X3 izahat verərək göstərmişdir ki, hadisə 12 oktyabr 2023-cü -cü il tarixdə axşam saatlarında özünə məxsus olan “Ford Fusion” markalı, **-RP-*** dövlət nömrə nişanlı avtomaşını ilə Yevlax-Zaqatala-Gürcüstan yolunun 39-cu km-də Cəfərabad kəndinə gedən yolda arvadı ilə birlikdə hərəkətdə olarkən qarşısına çıxan malı vurmuşdur. Hadisə zamanı ona məxsus olan avtomobilə də, maddi ziyan dəymişdir. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, İXP-5910484 saylı protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023cü il tarixdə Şəki rayonu ərazisində iri buyuzlu heyvanını asfalt örtüklü magistral yolun kənarında nəzarətsiz buraxaraq, zərərçəkmiş şəxsə maddi zərər vurduğuna görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 31 oktyabr 2023-cü il tarixli 313-109/2-28155/2023 nömrəli Azərbaycan Respublikası DİN-nin Şəki Şəhər-Rayon Polis Şöbəsinin BDYPİ-nin Yol patrul xidməti alayının 5-ci taqımına ünvanladığı məktubdan görünür ki, Şəki rayon heyvan sağlamlıq və baytarlıq xidmətləri idarəsinə ünvanlanmış sorğuya verilmiş cavaba əsasən ünvan 4eydiyyatda olmaqla yaşayan Şəxs məxsus Az-007797558 birka nömrəli iribuynuzlu heyvan xx.xx.2020-ci il tarixdə süni mayalanaraq xx.xx.2020-ci il taruixdə bir baş buzov doğulduğu və həmin tarixdən sonra elektron kənd təsərrüfaı informasiya sistemində qeydiyyatı olmadığı qeyd edilmişdir. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün izahatı, həmçinin Şəki ŞRPŞ-dən daxil olmuş materialla təsdiq olundu. Belə ki, işdə olan barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatından görünür ki, ona məxsus olan Az-007797558 birka nömrəli iribuynuzlu heyvanı təxminən bir və ya iki il bundan öncə satdığını, həmin heyvanın avtomobil tərəfindən vurulmasından xəbrinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinə əsasən, bu Məcəllənin 338.4 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:30 radələrində, özünə məxsus olan bir baş iri buynuzlu malı asfalt örtüklü magistral yolun kənarında nəzarətsiz buraxmış, nəticədə həmin bir baş iri buynuzlu heyvan X2 məxsus avtomobilə çırpılmış və nəticədə X2 maddi zərər dəymişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi vardır. Bu səbəbdən də məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinib, 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №3(075)-1160/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-1160/2023
29.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver