Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-1162/2024 21.11.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Bəylar oğlunun iştirakları ilə, 02 noyabr 1958-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, ünvan 1 ünvanda yaşayan Şəxs Bəylar oğlunun haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Şəxs Bəylar oğlunun Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 28 oktyabr 2024-cü il tarixdə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X3 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Şəxs Bəylar oğlu xüsusi icazə olmadan mülki ov silahını saxlama və daşıma qaydalarını pozmuş və bu səbəbdən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs Şəki ŞRPŞ-da verdiyi ifadəsində sözügedən ov tüfənginin babasından onlara sənədsiz ov tüfəngi qaldığını, həmin sənədsiz ov tüfəngini evində saxladığını səmimi etiraf etmişdir. O, tərtib etdiyi inzibati xəta haqqında protokolun əsaslı olduğunu bildirmiş və qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Bəylar oğlu izahat verərək bildirmişdir ki, ondan aşkar edilmiş ov tüfəngi mərhum qardaşına məxsus olmuş, qardaşı təhmətə getdikdən sonra həmin ov tüfəngini köhnə yarımtikilidə qeydiyyatda olmadan babasının xatirəsini qorumaq məqsədi ilə gizli şəkildə saxlamışdır. 9 avqust 2024-cü ildə yolda olduğu zaman polis əməkdaşları ona yaxılaşaraq, qanunsuz mülki ov silahı saxlayıb-saxlamadığı barədə onu sorğu-sual etmişlər. Mən də onlara babasına məxsus olan silahı köhnə tikilidə saxladığını səmimi olaraq bildirmiş və həmin ov tüfəngini polis əməkdaşlarına təqdim etmişdir. Etdiyi hərəkətin qanun pozuntusu olduğunu bilməmiş, əməlindən peşman olmuş və bir daha bu cür hərəkətlərə yol verməyəcəkdir. O, qeyd etdiklərinin nəzərə alınaraq qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilməklə tədqiq edilmiş; Azərbaycan Repsublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin 3- 16-16-2-17/716 nömrəli, 27 avqust 2024-cü il tarixli ekspert rəyinin nəticəsindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd 24 kalibrli, “İJ” markalı, nömrəsi silinmiş, xarici çaxmaqlı, təklüləli (yivsiz) zavod üsulu ilə hazırlanmış, nasaz vəziyyətdə olan odlu ov silahıdır. Şəki ŞRPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis leytenantı X2 cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, HK-1/1500 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs Bəylar oğlunun inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surəti şöbənin aidiyyatı üzrə xidmət sahəsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, Şəxs Bəylar oğlunun qeyd olunan hərəkətləri Şəki ŞRPŞ-dan daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Bəylar oğlunun əməlini səmimi etiraf etməsini və əməlindən peşman olması (İXM 32.1.1) məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Bəylar oğlunun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Bəylar oğlunun Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq etməyi və silahın müsadirə edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Bəylar oğlu Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat məbləğində inzibati cərimə edilsin. İş üzrə Azərbaycan Respublikası DİN-nin X8 İdarəsində saxlanılan 1 ədəd 24 kalibrli, “İJ” markalı, nömrəsi silinmiş, xarici çaxmaqlı, təklüləli (yivsiz) zavod üsulu ilə hazırlanmış, nasaz vəziyyətdə olan ov tüfəngi dövlət nəfinə müsadirə edilsin. Qərarın İcrası Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Ceyhun Əhmədov
Məhkəmə qərarları › İş №3(075)-1162/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-1162/2024
21.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver