Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-1165/2024 10.12.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs Şəxs MMCnin nümayəndəsi X1 iştirakı ilə, Hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin rəisi X5 tərəfindən tərtib edilmiş, hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 25 oktyabr 2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilir ki, Şəxs MMC 35000.00 Avro məbləğində vəsaiti 26 sentyabr 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 17000.00 Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 27 sentyabr 2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla da hüquqi şəxs tərəfindən İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakrı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 izahat verərək bildirdi ki, “X4” şirkəti ilə aralarında 07 sentyabr 2022-ci il tarixdə “2011 X8” adlı avadanlığın alınması haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən ümumi dəyəri olan 300000 (üç yüz min) AVRO məbləğində pul ödənilmişdir. Göstərilən məbləğdə avadanlıq tam olaraq 4 (dörd) hissədən ibarət ölkəyə daxil olmuşdur. Bundan başqa həmin avadanlığın quraşdırılması ilə bağlı “X4” şirkəti ilə mühəndislik xidməti müqaviləsi bağlanmış və göstərilən xidmətin müqabilində 20.000 ABŞ dolları məbləğində pul “X4” şirkətinin hesabına ödənilmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; - xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs Şəxs MMC İXM-nin 430.4-cü maddəsinin tələblərini pozduğu üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. - 07 sentyabr 2022-ci il tarixli, 20220907 saylı satış müqaviləsindən görünür ki, satıcı “X4” şirkəti özünə məxsus “2011 X8” adlı cihazı müştəri Şəxs MMC-nə 300.000 Avro məbləğinə satmışdır. - 07 sentyabr 2022-ci il tarixli, 20220907-2 saylı mühəndislik xidməti müqaviləsindən görünür ki, alıcı Şəxs MMC satıcı “X4” şirkəti tərəfindən “2011 X8” adlı avadanlığın quraşdırılması ilə bağlı göstərilən xidmətin müqabilində 20.000 ABŞ dolları məbləğində pulu ödəməyi qəbul edir və öz öhdəsinə götürür. - “X4” şirkətinin kommersiya hesabından görünür ki, alıcı Şəxs MMC tərəfindən 20.000 ABŞ dolları məbləğində pul “2011 X8” adlı avadanlığın quraşdırılması ilə bağlı göstərilən xidmətin müqabilində satıcı “X4” şirkətinin hesabına ödənilmişdir. - “X4” şirkətinin servis formundan görünür ki, “Magnetom Espree” adlı avadanlıq ölkəyə gətirilmiş və 14 iyun 2024-cü il tarixdən 21 iyun 2023-cü il tarixdək X3raşdırılmışdır. Məhkəmə, inzibati xəta haqqında işin materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, Şəxs MMC ilə “X4” şirkəti arasında bağlanmış 07 sentyabr 2022-ci il tarixli, 20220907 saylı satış müqaviləsindən və həmin müqaviləyə əlavələrdən görünür ki, “X4” şirkəti 300.000 avro dəyərində avadanlığı Şəxs MMC-yə satmağı öhdəsinə götürmüşdür. Eyni zamanda 07 sentyabr 2022-ci il tarixli, 20220907-2 saylı mühəndislik xidməti müqaviləsindən görünür ki, alıcı Şəxs MMC satıcı “X4” şirkəti tərəfindən “2011 X8” adlı avadanlığın quraşdırılması ilə bağlı göstərilən xidmətin müqabilində 20.000 ABŞ dolları məbləğində pulu ödəməyi qəbul etmiş və öz öhdəsinə götürmüşdür. Həmin müqavilə əsasında “Magnetom Espree” adlı avadanlıq ölkəyə gətirilməsi və 14 iyun 2024-cü il tarixdən 21 iyun 2023-cü il tarixədək X3raşdırılması ilə bağlı Şəxs MMC tərəfindən “X4” şirkətinin hesabına 20.000 ABŞ dolları məbləğində pul ödənilmişdir. Belə olan halda Şəxs MMC tərtəfindən 35000.00 Avro məbləğində vəsaiti 26 sentyabr 2022-ci il tarixdə xaricə köçürülmüş olan məbləğin ölkəyə daxil edilməmiş hissəsi olan 17000.00 Avro hissəsi alıcı Şəxs MMC satıcı “X4” şirkəti tərəfindən “2011 X8” adlı avadanlığın quraşdırılması üçün ödənilmişdir ki, bu da həmin məbləğ üzrə ölkədən çıxarılmış pulun geri qayıtmaması kimi qəbul edilə bilməz. Bu isə onu göstərir ki, Şəxs MMC əməlində barəsində tərtib edilmiş EP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati xəta tərkibi yoxdur. Qeyd olunan hallar iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş materiallarla öz təsdiqini tapır. Ona görə də, məhkəmə Şəxs MMC-nin əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir. Göründüyü kimi hazırki işdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməllərində inzibati xəta tərkibi olmamasına görə barəsində başlanmış inzibati icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 53, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №3(075)-1165/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-1165/2024
10.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver