Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-117/2021 22.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki rayon məhkəməsinin hakimi Mehdiyev Elçin Məhəmməd oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair iş materiallarını nəzərdən keçirib müəyyən etdim: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə 22 fevral 2021-ci il tarixdə tərtib edilmiş MN-0469883 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.1-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. Həmin Məcəllənin 150.7-ci maddəsinə əsasən barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilən fiziki şəxs işləmirsə, yaxud onun əməkhaqqından və ya digər gəlirlərindən inzibati cərimənin ödənilməsi mümkün deyildirsə, eləcə də hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesabları barədə məlumat və ya hüquqi şəxsin hesabında pul vəsaiti olmadıqda, yaxud cərimə könüllü qaydada ödənilmədikdə inzibati cərimə tətbiq etmə haqqında qərar “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada məcburi icraya yönəldilir. Həmin Məcəllənin 150.9-cu maddəsinə əsasən fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı 2 ay müddətində, məhkəmənin məcburi icraya yönəldilmiş qərarı isə 15 gün müddətində icra olunmadıqda, icra məmuru bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. Hüquqi şəxslərə münasibətdə isə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məcburi icra tədbirləri davam etdirilir. Həmin Məcəllənin 529.1-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən Bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulan müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmənin icraatına Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş iş materiallarında olan Şəxs barəsində 22 fevral 2021-ci il tarixdə tərtib edilmiş MN-0469883 nömrəli inzibati xəta haqqında protokol və həmin protokola əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 yanvar 2016-cı il tarixli, 01 nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 92.2-ci maddəsi ilə təqsirli bilinərək, 2200 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 yanvar 2016-cı il tarixli, 01 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verilmədiyindən həmin qərar on gün sonra, yəni 22 yanvar 2016-cı il tarixdən qüvvəyə minmiş və həmin qərar icra edilməsi üçün Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 yanvar 2016-cı il tarixli, 01 nömrəli inzibati tənbeh vermə haqqında qərarı əsasında Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1 12 fevral 2016-cı il tarixdə icraata başlamaq haqqında qərar qəbul etmişdir. Beləliklədə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 yanvar 2016-cı il tarixli, 01 nömrəli inzibati tənbeh vermə haqqında qərarının qüvvəyə mindiyi gündən otuz gündən gec olmayaraq, yəni 22 fevral 2019-cu il tarixədək barəsində olan 2200 manat məbləğində inzibati cəriməni ödəməli olmuşdur. Lakin Şəxs cəriməsinin ödənilməsinin son müddəti olan 22 fevral 2019-cu il tarixədək inzibati cərimə onun tərəfindən ödənilmədiyi təqdirdə növbəti gündən başlayaraq 2 ay müddətində, yəni 22 aprel 2019-cu il tarixədək icraatında həmin icra işi olan icra məmuru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməli olduğu halda qanunvericiliyin bu tələbi pozularaq, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdən uzun müddət sonra, yəni 22 fevral 2021-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilən əsaslarla məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən 22 fevral 2021-ci il tarixdə tərtib edilmiş MN-0469883 nömrəli inzibati xəta haqqında protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə başlanılmış inzibati icraata inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1, 40, 43, 53, 104.1, 109.1, 109.1.1-ci, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən 22 fevral 2021-ci il tarixdə tərtib edilmiş MN-0469883 nömrəli inzibati xəta haqqında protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə başlanılmış inzibati icraata inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi əsası ilə xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elçin Mehdiyev. MƏHKƏMƏ İCLASİNDAN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL Şəki Rayon Məhkəməsi 22 fevral 2021-ci il tarixdə Şəki şəhərində Mən, Şəki Rayon Məhkəməsinin hakimi Mehdiyev Elçin Məhəmməd oğlu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair iş materiallarını Şəki Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdim. Prosessual hərəkət saat 17:10-da başlandı. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə 22 fevral 2021-ci il tarixdə tərtib edilmiş MN-0469883 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə başlanılmış inzibati məsuliyyətdən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Buna görə də bununla bağlı qərar qəbul etdim. Prosessual hərəkət saat 17:30-da qurtardı. Hakim Elçin Mehdiyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***-**-** www.shakicourt.gov.az Elektron ünvan İş № 3 (075)-117/2021 22 fevral 2021-ci il Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs (Şəki rayonu, Aşağı Göynük kəndi) Şəki Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 3 (075)-117/2021 saylı inzibati xəta haqqında iş üzrə qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: 01 vərəqə, 02 səhifə. Hakim Elçin Mehdiyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***-**-** www.shakicourt.gov.az Elektron ünvan İş № 3 (075)-117/2021 22 fevral 2021-ci il Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin rəisi, ədliyyə müşaviri cənab Məzahir Məmmədova Hörmətli Məzahir müəllim! Şəki Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 3 (075)-117/2021 saylı inzibati xəta haqqında iş üzrə qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: 01 vərəqə, 02 səhifə. Hörmətlə, Hakim Elçin Mehdiyev.
Məhkəmə qərarları › İş №3(075)-117/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-117/2021
22.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver