Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-117/2023 07.02.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx xxxxxxxx 1983-cü il tarixində Şəki rayonu, Baş Küngüt kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əlilliyi olmayan, Şəki rayonu, Baş Küngüt kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: xx.xx.2023-cü il tarixli inzibati xəta barədə protokolda göstərilir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1806/2022 saylı, xx.xx.2012-ci il tarixli icra sənədinə əsasən icra sənədi üzrə borclu Şəxs hər ay hər uşaq üçün 140 manat olmaqla 280 manat aliment alınaraq X2 verilməlidir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)- 1837/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 2145 manat alınaraq "xxxx" ASC-nə ödənilməlidir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1806/2022 saylı, xx.xx.2012-ci il tarixli icra sənədinə əsasən icra sənədi üzrə borclu Şəxs hər ay hər uşaq üçün 140 manat olmaqla 280 manat aliment alınaraq X2 verilməlidir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1837/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 2145 manat alınaraq "xxxx" ASC-nə ödənilməlidir. Bildirmişdir ki, icra sənədləri üzrə tələbin məcburi icrası ilə bağlı borclunun adına hər hansı əmlak, əmək haqqı və pensiya aşkar edilməmişdir. Hazırda borclu Şəxs 1520 manat aliment borcu 2145 manat isə "xxxx" ASC-nə borcu vardır. Sözügedən borcların borclu tərəfindən icra edilmədiyi üçün borcluya dəfələrlə rəsmi və şifahi xəbərdarlıqlar edilmiş və xəbərdarlığa baxmayaraq icra sənədləri üzrə tələbin icrası təmin edilməmişdir. İcra sənədləri üzrə borclu Şəxs xx.xx.2023-cü il tarixdə Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinə dəvət edilmiş ondan həmin tarixdə izahat alınmışdır. Borcludan borcunun bu günə kimi hansı səbəbdən ödəmədiyi sual edilmişdir. Borclu izahatında maddi vəziyyətinin yaxşı olmadığını həmçinin borclu borcundan ödəniş etmək imkanının olmadığını bildir. Bununlada keçən müddət ərzində icra sənədləri üzrə tələbin icrası borclu Şəxs tərəfindən tam olaraq icra edilməmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Əlavə olaraq bildirmişdir ki, borclu xx.xx.2023-cü ildə saat 10:20-də İcra şöbəsinə gəlmiş və sonra 16:00-da məhkəməyə təqdim edilmişdir. Barəsində protokol tərtib olunmuş daha sonra məhkəməyə gəlmişlər. Protokolu müdadiə edir. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1806/2022 saylı, xx.xx.2012-ci il tarixli icra sənədinə əsasən icra sənədi üzrə ondan hər ay hər uşaq üçün 140 manat olmaqla 280 manat aliment alınaraq X2 verilməlidir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1837/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə ondan 2145 manat alınaraq "xxxx" ASC-nə ödənilməlidir. Bildirmişdir ki, aliment borcundan 1000 manatını ödəniş etmişdir. Lakin banka olan borcundan hər hansı ödəniş etməmişdir. Maddi imkanı aşağı olduğu üçün icra sənədində göstərilən borcunu tam ödəyə bilməmişdir. Bildirmişdir ki, fevral ayının 8-nə kimi aliment borcunu ödəyəcəkdir, banka olan borcundan da 500 manatını ödəyəcəkdir. O, hal-hazırda məktəbdə gözətçi işləyir. Aylıq 304 manat əmək haqqı alır. Bundan əlavə televizor ustası işləyir. Əmək haqqısı hazırda borcu olan digər banka yönəlmişdir. Lakin həmin borci özü ödəyir və əmək haqqısından aliment borcunun tutulmasına etirazı yoxdur. Əlavə olaraq bildirmişdir ki, o, xx.xx.2023-cü il tarixdə 10:20-də Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gəlmişdir. Barəsində protokol tərtib olunmuş daha sonra məhkəməyə gəlmişlər. Əməlindən peşmandır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi izahat verərək göstərmişdir ki, Şəxs qərəzli olaraq icra sənədlərindən yayınmır. Buna görə də inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X4 izahat verərək bildirmişdir ki, cavabdeh spirtli içki düşkünüdür. Qumar oynayır. Gəlirlərini qumara qoyaraq uduzmuşdur. Ailəsinə qarşı soyuq münasibətdə olmuşdur. Bildirmişdir ki, borclu qərəzli olaraq aliment borcunu ödəmir. Uşaqlarının saxlanılmasında çətinlik çəkir. Borclunun aliment ödəmək üçün imkanı var, lakin özü qərəzli olaraq onu icra etmir. Alimentin icra edilməsini məhkəmədən xahiş edir. Əks halda borclunun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, böyük icra məmurunun izahatları və digər sənədlərlə təsdiq olundu. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar böyük icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya böyük icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs olunmalıdır. Şəxs və böyük icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 07 fevral 2023-cü il tarixdən, saat 10:20 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına gətirilmiş və bundan sonra böyük icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 16:00-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs sərbəst hərəkət etmək imkanı 07 fevral 2023-cü il tarixdən, saat 10:20-dən məhdudlaşdırıldığından Şəxs həbsə alınmasının əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, 07 fevral 2023-cü il tarixdən, saat 10:20-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmasının əvvəli 07 fevral 2023-cü il tarixdə, saat 10:20-dən hesab edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-117/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-117/2023
07.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver