Məhkəmə qərarları › İş №3(075)-1174/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-1174/2024

02.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-1174/2024 02.12.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs оğlunun iştirakı ilə, xx xxxxxx 1986-cı il tarixdə Şəki rayonu, Cumay kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx olan, Şəki rayonu, Cumakənd kəndində qeydiyyatda olmaqla yaşayan, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs оğlunun barəsində Аzərbаycаn Respublikаsı İnzibаti Xətаlаr Məcəlləsinin 272.3-cü maddəsi ilə Şəki ŞRPŞdən dаxil оlmuş inzibаti xətаyа dаir işə məhkəmənin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi: Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X3 tərəfindən tərtib edilmiş 11 noyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024cü il tarixdə Şəki rayonu, Cumakənd kəndində ov etməklə ov qaydalarını pozmuşdur. Аzərbаycаn Respublikаsı İnzibаti Xətаlаr Məcəlləsinin 272.3-cü maddəsinin tələblərini pozduğu üçün inzibati məsuliyyətə cəlb olunmuş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X3 izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə 5 nəfər şəxsin həmin tarixdə, saat təxminən 22:50 radələrində Şəki rayonu, Cumakənd kəndi ərazisində qanunsuz ovçuluq fəaliyyəti ilə məşğul olmaları barədə məlumat verilmişdir. Daxil olmuş məlumat əsasında Şəki ŞRPŞ-də vurulan dovşanlara və ovda istifadə olunan əşyalara iştirakçı və hal şahidlərinin birgə iştirakı ilə baxış keçirilmiş, fotoşəkilləri çəkilərək tərtib olunmuş müvafiq protokola əlavə edilmişdir. Şəxs, X5 və X4 xx.xx.2024-cü il tarixdə Şəki rayonu, Cumakənd kəndi ərazisində ov qaydalarını pozmuşlar. Ovlanmış 2 baş boz dovşanın ovlanmasına görə təbiətə 22 manat məbləğdə ziyanlıq dəymişdir. Toplanmış materiallara əsasən Şəxs əməlində İXM-nin 272.3-cü maddəsinin tərkib əlamətləri mövcuddur. Bu səbəbdən onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs оğlu izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə Səxavət adlı tanışı ona zəng edərək İlkin adlı tanışının onlara qonaq gəldiyini, onunla ova getmək istədiklərini, onu da dəvət etdiklərini bildirmişdir. Bu məqsədlər onlar kənddə görüşmüş, o, tüfənglə getmişdir. Onlar kəndinə palmet adlanan ərazisində ov etmişlər. Ova İlkinin avtomobili ilə getmişlər. O, avtomobildə arxa oturacaqda əyləşərək, iki ədəd dovşanı tüfənglə vurmuşdur. Ovdan geri qayıdanda isə polis əməkdaşları tərəfindən saxlanılmışlar. Onun ov etmək üçün icazəsi yoxdur. Əməlindən peşmandır. İlk dəfədir ki, qanunsuz ovla məşğul olmuşdur. Dovşanlar və silahı müsadirə olunmuşdur. Ona yüngül cəza verilməsini xahiş edir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 01 noyabr 2024-cü il tarixli qərardan görünür ki, HK-1/1983 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs, X5 və X2 həmin əməlinə görə inzibati məsuliyyətə cəlb olunması üçün qəbul edilmiş qərarın surətinin şöbənin aidiyyatı xidmət sahəsinə göndərilməsi qərara alınmışdır. İşdə olan fotoşəkillərdən görünür ki, bir sıra şəxs qanunsuz ov etməklə, tüfənglə 2 baş dovşanı ovlamışlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin xx.xx.2024-cü il tarixli, 17/843 saylı ekspert rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş 1 ədəd silah zavod üsulu ilə istehsal edilmiş, “İj-18” modelli, 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, lülə nömrəsi “M36579” olan, lüləaltı yatağının nömrəsi “A05080” olan, daxili çaxmaqlı, təklüləli tüfəngdir - yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir. MEM-in Şəki regional bölməsində müvafiq texniki şərait (tir) olmadığından ekspert qarşısında qoyulmuş “tüfəngin atəşə yararlı olun-olmaması müəyyən edilsin” sualını cavablandırmaq mümkün olmamışdır. Tədqiqata təqdim edilmiş 08 ədəd patron 16 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz (hamarlüləli) odlu ov tüfənglərində, istifadə edilmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə hazırlanmış patronlardır, istifadəyə (atəşə) yararlıdırlar. xx.xx.2023-cü il tarixli, 753 saylı şəhadətnamədən görünür ki, “İj-18” modelli, 16 kalibrli, təklüləli, “M36579” nömrəli yivsiz tüfəng Şəxs saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri işə əlavə edilmiş inzibati xəta haqqında protokol, işə əlavə edilmiş digər sənədlərlə, o cümlədən onun etirafedici izahatı ilə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs İXM-nin 272.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, həmçinin cəmiyyətin maraqlarını, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati xətanın törədilməsində istifadə olunan alət müsadirə edilməməklə inzibati cərimə tətbiq etməyi məqsədəmüvafiqdir. Qeyd edilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı İnzibаti Xətаlаr Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə qərаrа аldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati xətanın törədilməsində istifadə olunan alət müsadirə edilməməklə 1000 (bir min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar